Məhkəmə qərarları › İş №2(019)-494/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-494/2021

29.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-494/2021 29.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Nurəddinoviçin vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı Nurəddinoviçin Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nurəddinoviç Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X2 miras qalmış 0.249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin 8 saylı Zaqatala Ərazi idarəsinə həvalə edilməsi və cavabdeh X1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddinoviç və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 19.02 .2021-ci il tarixə, saat 11.30-a təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə işə iddiaçının və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı Nurəddinoviçin vəkili Vəkil1 hazırki iddianın İddiaçı Nurəddinoviçin adından onun tərəfindən imzalandığını, lakin İddiaçı Nurəddinoviçin bununla bağlı ona hələ etibarnamə vermədiyini, gələcəkdə belə etibarnaməni verəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişlər. İş materiallarından görünür ki, İddiaçı Nurəddinoviçin Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi İddiaçı Nurəddinoviçin adından Vəkil1 tərəfindən imzalanmışdır. Lakin hazırki iddia ərizəsinə Vəkil1 İddiaçı Nurəddinoviçin nümayəndəsi olmasını və onun adından hazırki iddia ərizəsini imzalamasına səlahiyyətinin olmasını təsdiq edən hər hansı sənədi (müvafiq qaydada təsdiq olunmuş etibarnaməni) əlavə edilməmişdir. Belə olan halda İddiaçı Nurəddinoviçin Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasını cavabdeh DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi buna slahiyyəti olmayan şəxs tərəfindən imzalanmış ərizə kimi qəbul edilməklə, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Nurəddinoviçin Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Nurəddinoviçin Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar