Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-5/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Ramazan oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Ramazan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Balakən rayonu Püştətala kəndində yerləşən 1.162 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə baxışı iclasının 19 iyul 2023-cü il tarixə saat 11.40-a təyin olunmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh Ramazan oğlu 19 iyul 2023-cü il tarixə saat 11.40-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədikləri və işə onların iştirakı olmadan baxmağı xahiş etmədikləri üçün İddiaçı Cavabdeh Ramazan oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Ramazan oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın; bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-5/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-5/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver