Məhkəmə qərarları › İş №2(019)-5/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-5/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-5/2025 23.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı2 nümayəndəsi- vəkili Nümayəndə və ölmüş İddiaçı1 hüquq varisi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 2ində yerləşən 0.18 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2ində yerləşən iddiaçılara məxsus JN 1097 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.18 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2ində yaşayırlar. ünvan 2ində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi və 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.11 ha həyətyanı torpaq sahəsinə JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 2.84 ha torpaq sahəsinə isə JN 1097 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi müxtəlif ərazilərdə yerləşir.Onlara məxsus olan 0.11 ha həyətyanı və 0.2326 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə müraciət etmişdirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Balakən rayon şöbəsinin əməkdaşları qeyd edilən torpaq sahələrində ölçmə işləri aparmaq üçün gəlmiş, əmlaklar üzərində mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına tərəflərindən şərait yaradılmamışdır. Belə ki, həmin torpaq sahələri Cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz istifadə edilir. Cavabdeh isə onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmir. 0.23 ha torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır.Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi- vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 hüquq varisi X11 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1097 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X15, X4, X7, X8, X5, X1 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 622A KOD 40102018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 0.11 ha həyətyanı torpaq sahəsi X15, X4,X7, X8,X5, X1 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 621A KOD 40102018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 0.12 ha həyətyanı torpaq sahəsi X16, X9, X17 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 №li reyestr kitabının 23 №li vərəqində xx.xx.2021-ci il tarixdə 1/3 hissə X9, 1/3 hissə X17 və Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********20 olan, AA seriyalı 602512 inventar qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2ində 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 249 nömrəli arayışda göstərilir ki, X18 həqiqətən Hənifə kənd sakinidir. Onun torpaq payı satılmayıb, payçılar arasında mübahisə yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 25 nömrəli arayışda göstərilir ki, aqrar islahatı zamanı X12 və ailəsinə 104 saylı Dövlət Aktına əsasən verilmiş torpaq sahəsindən halhazırda 0.1070 ha sahə onun mülkiyyətindədir. Həmin torpaq sahəsini istifadə edir və vergi borcunu özü ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.1998 tarixdə ölmüş X16 ünvan 2ində yaşayan arvadı X18, ünvan 2ində yaşayan oğlu Cavabdeh və ünvan 1 ünvanında yaşayan oğlu X28 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2001 tarixdə X22 verilmiş seriya nömrəsi JN 104 KOD 40102018 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.5 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş 3-21-3-47/2-441/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001 -ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4, X7, X8, X5, X1 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 1097W cizgisində 0.64 ha, 1097R cizgisində 1.97 ha, 1097 cizgisində 0.23 hektar olmaqla, ümumilikdə 2.84 hektar işlənilmişdir. Həmin cizgilərdə göstərilən 1097 W cizgisində 0.64 ha və 1097R cizgisində 1.97 ha torpaq sahələri çöl torpaqlarından işlənilmiş və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi isə iddiaçının həyətyanı torpaq sahəsinə bitişik ərazidən işlənilmiş və vətəndaşın naturada istifadə etdiyi torpaq sahəsi hüquqmüəyyənədici sənədlərdə göstərilən ölçülərə uyğun deyildir.

2. JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4 X7, X8, X5, X23 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi JN 621 KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon AİK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində X16, X9, X17 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hər birinə 1/3 hissə olmaqla X9, X17 və Cavabdeh paylı birgə mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 10** KO ***02018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.2 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məlumat üçün bildiririk ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********20 olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən 0.1070 ha torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. 3.JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4, X7, X8, X6,X23 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı, mübahisəli 1097 cizgisində qeyd edilən 0.23 ha torpaq sahəsi ilə bağlı bildirirlər ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada istifadə etdikləri torpaq sahələri və hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2025-ci il tarixli 10/8865 nömrəli ekspert rəyində göstərilir ki; Məhkəmə Ekspertizası mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38n müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001 -ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4, X7, X8, X5, X1 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 1097W cizgisində 0.64 ha, 1097R cizgisində 1.97 ha, 1097 cizgisində 0.23 hektar olmaqla, ümumilikdə 2.84 hektar işlənilmişdir. Həmin cizgilərdə göstərilən 1097 W cizgisində 0.64 ha və 1097R cizgisində 1.97 ha torpaq sahələri çöl torpaqlarından işlənilmiş və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi isə iddiaçının həyətyanı torpaq sahəsinə bitişik ərazidən işlənilmiş və vətəndaşın naturada istifadə etdiyi torpaq sahəsi hüquqmüəyyənədici sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Qərardadın ikinci sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4 X7, X8, X5, X23 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi JN 621 KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon AİK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində X16, X9, X17 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hər birinə 1/3 hissə olmaqla X9, X17 və Cavabdeh paylı birgə mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 10** KO ***02018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.2 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məlumat üçün bildiririk ki, cavabdeh və iddiaçının hal-hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********20 olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən 0.1070 ha torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X15, X4, X7, X8, X5, X23 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı, mübahisəli 1097 cizgisində qeyd edilən 0.23 ha torpaq sahəsi ilə bağlı bildirirlər ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada istifadə etdikləri torpaq sahələri və hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddiaçının hüquq varisinin, digər iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi və 2.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.11 ha həyətyanı torpaq sahəsinə JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 2.84 ha torpaq sahəsinə isə JN 1097 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən Cavabdeh və onun ailə üzvlərinin qanunsuz istifadə etdiklərini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, mülkiyyətin müdafiəsini nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərindən məlum olur ki, iddiaçının tələbinin təmin edilməsi üçün üç şərt mövcud olmalıdır: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrindən Cavabdeh və onun ailə üzvlərinin qanunsuz istifadə etdiklərini göstərsələr də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçıların vəsatəti əsasında iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 mütəxəssisləri və ekspert tərəfindən də iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı2 mübahisəli torpaq sahələrinin birgə mülkiyyətçisi olduğunu iddia etsə də, sözügedən torpaq sahələrinə aid hüquq müəyyənedici sənədlərdə o, mülkiyyətçi kimi qeyd edilməmişdir. Belə ki, JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə birgə mülkiyyətçilər olaraq X24, X13,X19, X20, X14 , X10 və İddiaçı2 Felikis qızı qeyd edilmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı2 və ölmüş İddiaçı1 hüquq varisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X21 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 2ində yerləşən 0.18 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı2 və ölmüş İddiaçı1 hüquq varisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X21 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar