Məhkəmə qərarları › İş №2(019)-510/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-510/2020

05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-510/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1961-ci ildə keçmiş Ermənistan SSR-nin Amasiya rayonunun Güllücə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun doğumunun qeyd edilməsi faktınını müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci ildə Keçmiş Ermənistan SSR-n Amasiya rayonu Güllücə kəndində doğulmuşdur. Onun valideynləri Amasya rayonunun Güllücə kənd sakinləri X7 və anası X3 olmuşdur. Atası Ermənistanda 1984-cü ildə, anası Bahar isə 2016-cı ildə Azərbaycanda vəfat ediblər. Valideynlərinin arasında rəsmi nikah olmamışdır. xx xxxxxxx 1982-ci ildə Ermənistan SSR Amasya rayonu Güllücə kənd sakini X4 ilə evlənmişdir. Onunla birgə nikahlarından 5 uşağı olmuşdur. Uşaqlarından 3-ü Ermənistan SSR-də, 2-si isə Azərbaycan Respublikası Balakən rayonunda doğulmuşlar. Belə ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistandan məcburi köçkün olaraq Azərbaycan Respublikasına gəlmişdir. 1988-ci ildən bu günə qədər Balakən rayonunun Talalar kəndində ailəsilə birlikdə yaşayır. Bu müddətdə onun şəxsiyyətini təsdiq edən heç bir rəsmi sənədi olmamışdır. Belə ki, ona məxsus Ermənistan SSR tərəfindən verilmiş doğum şəhadətnaməsi Talalar kəndində yaşadıqları ev yanarkən yanmışdır. Hal- hazırda Azərbaycan Respublikası vətəndaşına aid şəxsiyyət vəsiqəsi almaq istəyir. Belə ki, həyat yoldaşı X4 və uşaqlarının hamısı Azərbaycan vətəndaşıdırlar. O da öz adına şəxsiyyətini təsdiq edən rəsmi sənəd almaqla Azərbaycan Respublikası vətəndaşlarına aid hüquqlardan istifadə etmək istəyir. Halhazırda təqaüd yaşındadır. Yaşa görə təqaüd də ala bilmir. Doğum şəhadətnaməsi alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin orada ona doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Belə ki, o, doğum faktını və yerini təsdiq edən tibb müəssisəsinin sənədini, həkim arayışını şöbəyə təqdim edə bilməmişdir. Buna görə də bu faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır. Ərizəçi xx xxxx 1961 -ci ildə keçmiş Ermənistan SSR-nin Amasiya rayonunun Güllücə kəndində anası X3 və atası X1 doğulmuşdur. Ərizəçi məxsus Ermənistan SSR-də verilmiş doğum şəhadətnaməsi Balakən rayonu Talalar kəndində yaşadıqları ev yanarkən yanmışdır. Hal-hazırda Səriyyə Azərbaycan Respublikası vətəndaşına aid şəxsiyyət vəsiqəsi almaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 da şahid X6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 1982-ci il tarixdə verilmiş 493311 №-li nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Ərizəçi arasnıda nikah xx xxxxxxx 1982-ci il tarixdə bağlanmış və nikah bağlanandan sonra arvada Qəmbərova soyadı verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi doğum tarixi xx xxxx 1961-ci il, doğum yeri isə Ermənistan SSR Amasiya rayonu Güllücə kəndi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən x xxxxxx 1983-cü il tarixli, İV-SL 286163 №-li, xx xxxxxx 1984-cü il tarixli, İV- SL 449211 №-li, xx xxxxx 1987-ci il tarixli, V- SL 357903 №-li, xx xxxxxx 2017-ci il tarixli, AZ-T 018121 №-li xx xxxx 2000-ci il tarixli, İ-AZ 142185 №-li doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından xx xxxx 1983-cü ildə X5, xx xxxxxxxx 1984-cü ildə X8, xx xxxx 1987-ci ildə X9, xx xxxxxx 1989-cu ildə X10 və 05 mart 200-ci ildə X2 adında uşaqları doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il il tarixli, 1565 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi həqiqətən Talalar kənd sakinidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il il tarixli, 1565 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi xx.xx.1982-ci ildən rəsmi nikahla evlidir. Ərizəçi 1988-ci ildən Ermənistan qovulan qaçqın kimi Talalar kəndində yaşayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 1961-ci ildə Keçmiş Ermənistan SSR-nin Amasiya rayonu Güllücə kəndində doğulmuşdur. Onun valideynləri Amasya rayonunun Güllücə kənd sakinləri X7 və anası X3 olmuş, atası Ermənistanda 1984-cü ildə, anası Bahar isə 2016-cı ildə Azərbaycanda vəfat etmişlər. Valideynlərinin arasında rəsmi nikah olmamışdır. Ərizəçi xx xxxxxxx 1982-ci ildə Ermənistan SSR Amasya rayonu Güllücə kənd sakini X4 ilə evlənmiş, onların birgə nikahından 5 uşağı doğulmuşdur. Ərizəçi ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistandan məcburi köçkün olaraq Azərbaycan Respublikasına gəlmişdir və 1988-ci ildən bu günə qədər Balakən rayonunun Talalar kəndində ailəmlə birlikdə yaşayır. Bu müddətdə onun şəxsiyyətini təsdiq edən heç bir rəsmi sənədi olmamışdır. Belə ki, ona məxsus Ermənistan SSR tərəfindən verilmiş doğum şəhadətnaməsi Talalar kəndində yaşadıqları ev yanarkən yanmışdır. Ərizəçi hal- hazırda Azərbaycan Respublikası vətəndaşına aid şəxsiyyət vəsiqəsi almaq istəyir. Belə ki, həyat yoldaşı X4 və uşaqlarının hamısı Azərbaycan vətəndaşıdırlar. O da öz adına şəxsiyyətini təsdiq edən rəsmi sənəd almaqla Azərbaycan Respublikası vətəndaşlarına aid hüquqlardan istifadə etmək istəyir. Ərizəçi təqaüd yaşındadır. Yaşa görə təqaüd də ala bilmir. Ərizəçi doğum şəhadətnaməsi alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Belə ki, o, doğum faktını və yerini təsdiq edən tibb müəssisəsinin sənədini, həkim arayışını şöbəyə təqdim edə bilməmişdir. Buna görə ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin doğum haqqında qeydiyyat sənədləri Ermənistanda olduğundan, həmçinin ərizəçinin doğum haqqında şəhadətnaməsi yandığından, o, doğumun qeydə alınmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ona Azərbaycan Respublikasının vətəndaşlağına aid sənədləri almaq və pensiya təyin olunması üçün müvafiq təşkilatlara müraciət etmək üçün lazımdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, nəzərə alaraq, hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi anası X3 və atası X7 olmaqla xx xxxx 1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllücə kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi anası X3 və atası X7 olmaqla xx xxxx 1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllücə kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar