Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-511/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Yeznayeva (Yusubova) Cənnət Mustafa qızının iştirakı ilə, Ərizəçi mirasın qəbul etmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonunun Şərif kəndində yerləşən mərhum bacısı X2 JN- 2xx xxx 40100048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0.38 ha kənd təsərrüfatı təyinatlı torpağın miras olaraq onun tərəfindən qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixində Balakən rayonunun Şərif kəndində doğulmuşdur, həmin kənddə yaşayır. Onun X5 adlı bacısı xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Dövlət tərəfindən torpaq islahatı aparılarkən bacısı Gülxanımın mülkiyyətinə 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə JN- 2xx xxx 40100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Bacısı Gülxanım vəfat etdikdən sonra onun mülkiyyətinə verilmiş 0.38 ha pay torpaq sahəsindən o, istifadə edir. Faktiki olaraq ondan miras qalmış əmlakı əldə etmişdir. Hal-hazırda bacısından miras qalmış bu torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Bununla bağlı Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Balakən rayon Dövlət Notariat Kontorunda bacısı Gülxanımın ölümündən sonra mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünü bildirilərək, məhkəməyə müracəit etməli olduğunu ona izah etmişlər. Onların valideynləri: ataları X6 xx.xx.1991-ci ildə, anaları X9 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onun Maraqlı şəxs3 və X7 adında 2 bacısı və Maraqlı şəxs2 adlı bir qardaşı vardır. Onlar heç vaxt bacısı Gülxanım Yusubovadan miras qalmış qeyd olunmuş torpaq sahəsindən istifadə etməmiş, bu miras əmlakla maraqlanmamışlar. O, hüquqi məlumatsızlığından bacısı Gülxanımdan miras qalmış əmlaka dair vərəsəliyin açılması, mirasın qəbulu edilməsi və bununla bağlı vərəsəlik şəhadətnaməsini əldə edilməsi üçün vaxtında Dövlət Notariat Kontoruna müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3, Yeznayeva (Yusubova) Cənnət Mustafa qızı və Maraqlı şəxs2 izahatlarında göstərdilər ki, bacıları mərhum X1 qalmış mirası bacıları Ərizəçi faktiki qəbul etmişdir. Belə ki, Ərizəçi Musafa qızı mərhum X4 məxsus olmuş 0,38 ha torpaq sahəsini əkib-becərmiş və torpaq sahəsini qorumuşdur. Hazırda da həmin torpaq sahəsi Ərizəçi faktiki sahiblik və istifadəsindədir. Onlar isə Gülxanım Yusubovadan qalmış mirası qəbul etməmişlər. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 372 nömrəli arayışdan görünür ki, X5 vəfat etdiyi xx xxxxxx 2016-cı ildə Balakən rayonu Şərif kəndində daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: bacısı Ərizəçi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon ZAQS şöbəsi tərəfindən xx xxxx 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X6, anası X10yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Şərif kənd soveti tərəfindən xx xxxx 1956-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1956-ci il tarixdə anadan olmuş, atası X6, anası X10yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxx 1991-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 1999-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1999-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2016-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında akt qeydindən çıxarışdan görünür ki, X13 və X3 nikahının pozulması haqqında xx xxxx 1989-cu ildə 24№-li akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra qadına Yusubova soyadı verilmişdir. İşdə olan Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxx 2020-cı il tarixli, 419 nömrəli məktubdan görünür ki, Ərizəçi X1 miras qalmış əmlakın qəbulu müddətini ötürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-266 KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X8 xx xxx 1998-ci il tarixli, 07 saylı qərarı ilə Balakən rayonu Şərif kəndi ərazisindən X4 0,38 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Balakən rayonunun Şərif kəndində doğulmuşdur, həmin kənddə yaşayır. Onun X5 adlı bacısı xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra onun Ərizəçi, Maraqlı şəxs3, Yeznayeva (Yusubova) Cənnət Mustafa qızı və Maraqlı şəxs2 vərəsələri qalmışlar. Ərizəçi bacısı Gülxanım vəfat etdikdən sonra ondan miras qalmış 0.38 ha pay torpaq sahəsini əkib-becərməklə və torpaq sahəsini qorumaqla Gülxanım Yusubovadan qalmış mirası faktiki qəbul etmişdir. Digər vərəsələr isə X1 qalmış mirası qəbul etməmişlər. Hal-hazırda ərizəçi bacısından miras qalmış 0,38 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. O, hüquqi məlumatsızlığından bacısı Gülxanımdan miras qalmış əmlaka dair vərəsəliyin açılması, mirasın qəbulu edilməsi və bununla bağlı vərəsəlik şəhadətnaməsini əldə edilməsi üçün vaxtında Dövlət Notariat Kontoruna müraciət etməmişdir. Ərizəçi ona bacısı Gülxanım Yusubovanın mirasının qəbulu haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanı bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinin tələblərinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik, onun istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı hərəkətləri, həmçinin onun lazımi qaydada saxlanması, miras əmlakla bağlı vergilərin və digər ödənişlərin ödənilməsi barədə istənilən hərəkəti ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən mərhum bacısı X1 qalmış mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum bacısı X1 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: ZaminTahirov
Məhkəmə qərarları › İş №2(019)-511/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-511/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver