Məhkəmə qərarları › İş №2(019)-516/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-516/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-516/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili və Cavabdeh2 nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iki uşaqla birgə cavabdehlərə məxsus evə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun iki uşaqla birgə qeydiyyatda olduqları, cavabdehlərə məxsus mənzilə köçürülməsi və istifadə hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək iki uşaqla birgə qeydiyyatda olduqları cavabdehlərə məxsus evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh1 oglu onun keçmiş əri, Cavabdeh2 isə qaynanasıdır. O, Cavabdeh1la el adəti ilə toy mərasimi keçirilməklə evlənmişdir və bundan sonra özünə məxsus cehiz əşyaları ilə cavabdehlərə məxsus olan evə gəlin köçmüşdür. Gəlin köçdükdən sonra Cavabdeh1 ilə xx xxxxxx 2007-ci il tarixində Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsində nikahlarını 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2011-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir.Uşaqlarının yaşından da göründüyü kimi xeyli bir müddət birgə yaşadıqdan sonra keçmiş həyat yoldaşı ona qarşı əsassız iftiralar ataraq onu azyaşlı uşaqlarının və anasının yanında alçaltmağa, təhqirlər etməyə başlamışdır.Cavabdehdən ona etdikləri hərəkətlərinə son qoymasını, evdə özünü tərbiyəli aparmasını xahiş, tələb etsə də o buna məhəl qoymadan öz əməllərini davam etdirməyə başlamışdır. lş o həddə çatmışdır ki, onların ailədə birgə yaşamaları mümkünsüz olmuşdur. Beləliklə keçmiş ərinin ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-293/2020 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Nikahları məhkəmə tərəfindən pozulduqdan sonra cavabdehlər onu və iki azyaşlı uşağını evə buraxmayaraq onları evdən qovmağa başlamışlar. Hal-hazıra kimi onun bütün cehiz əşyaları və uşaqların pal-paltarları pasport qeydiyyatında olduğu cavabdehlərə məxsus evdə qalmaqdadır. Onlar evdən qovulandan sonra ata evinə getmək məcburiyyətində qalsalar da orada ev darısqal olduğundan ata evində yaşamaq qeyri mümkündür. Həmin evdə uşaqlarının təlim tərbiyəsi ,onların təhsillə məşğul olmalarına heç bir şərait yoxdur. O, gəlin köçdüyü evə köçüb uşaqlarını orada böyütmək istəyir. Fərdi yaşayış evi hazırda dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli evdə yaşamaq hüququnun gerçəkləşməsi üçün onların həmin evdə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Onların mübahisəli evdə yaşamaq və həmin evdən istifadə etmək hüquqları vardır. Dəfələrlə mübahisəli evə qayıdıb yaşamaq istəmələrinə baxmayaraq cavabdehlər onu evə buraxmamış, ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2007-ci ildə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci ildə Milana və xx xxxxxxx 2011-ci ildə Murad adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçıdan ayrılmış və Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqların anasının yanında qalmaları və uşaqların saxlanması üçün hər ay hər bir uşağa 110 manat sabit pul məbləğində aliment ödənməsi qət edilmişdir. İddiaçının cehiz əşyaları hazırda onların evindədir. İddiaçının iddia tələbi ilə razı deyil, çünki iddiaçının evə köçürmə tələb etdiyi ev anası Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da almışlar. Ev anasının xüsusi mülkiyyətində olduğuna görə iddiaçının həmin evə köçürülməsinə etiraz edir. İddiaçının onlar yaşayan evə gəlib onlarla birlikdə yaşaması mümkün deyildir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi X2 Fərhad İdris oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-293/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış və xx xxxxxx 2007-ci il tarixdə Balakən rayon Xalatala kənd İcra Nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2011ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında saxlanılmaları, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 iddiaçı Cavabdeh1 alınıb, cavabdeh Əhmədova Xalidə Abdusəməd qızına verilməsi, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh1 hər uşağa görə ayda 110 manat olmaqla hər ay cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq, cavabdeh İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırki qətnamə üzrə təyin olunan alimentin tutulmasının xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 iddiaçı Cavabdeh1 alınıb, cavabdeh İddiaçı verilməsi barədə hazırki məhkəmə qətnaməsinin icra edildiyi vaxtdan hesablanması, cavabdeh İddiaçı 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 504 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh1 ilə X1 arasında xx xxxxxx 2007-ci ildə 12 nömrə ilə nikah qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 503 nömrəli doğum haqqında çıxarışın surətindən görünür ki, X7 xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 505 nömrəli doğum haqqında çıxarışın surətindən görünür ki, X11 xx xxxxxxx 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Xalatala kəndində yerləşən 0.1835 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 107.10 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh2, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 X8, X4, X9 və Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə nikahlarını Balakən rayon İcra Hakimiyyəti Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirməklə Cavabdeh1 ilə evlənmişdir. İddiaçı Cavabdeh1, onun ailə üzvlərinin yaşadıqları evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2008-ci ildə X7 və xx xxxxxxx 2011-ci ildə isə X11 adında iki uşaqları doğulmuşdur. İddiaçı 2020-ci kimi həmin evdə yaşamışdır. Cehiz əşyaları həmin evə yerləşdirilmiş, hal-hazırda da oradadır. İddiaçı və uşaqların hər ikisi həmin evdə qeydiyyatdadırlar. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı Cavabdeh1 ayrılmış, o, vaxtdan atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-293/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqların hər ikisinin iddiaçının yanında saxlanmaları və uşaqların saxlanmaları üçün hər ay hər uşağa 110 manat sabit pul məbləğində aliment qət edilmişdir. İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə qayıdıb orada yaşamaq istəsə də cavabdehlər onu evə buraxmır və ora qayıdıb yaşamasına maneçilik törədirlər. İddiaçının başqa yerdə yaşayış sahəsi yoxdur. Onun daimi yaşayış yeri sözügedən evdir. Cavabdehlər iddiaçını evə buraxmadıqlarından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı mübahisəli evə gəlin köçərkən və orada yaşadığı müddətdə həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamış, ümumi sahəsi 107.10 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına, evin yerləşdiyi 0.1835 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, X8, X4, X9 və Cavabdeh1 adına xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər xx xxxxxx 2007-ci-ci ildən sonra yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsi isə yaşayış binasının mülkiyyətçisi ilə orada yaşayan ailə üzvüləri arasındakı münasibətləri tənzimləyir. Tərəflər arasında hüquq münasibətləri yarana zaman mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanun analogiyası). Məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasındakı mübahisəyə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını,valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında hüquq münasibətləri yaranarkən və iddiaçı həmin evdə yaşadığı müddətdə mübahisəli yaşayış evinin heç kimin mülkiyyətində olmamasını, iddiaçının cavabdehlər tərəfindən heç bir qeyd şərt olmadan həmin evə köçürülməsini, iddiaçının cavabdehlərlə birgə təsərrüfat aparmasını, iddiaçının hazırda da daimi yaşayış yerinin həmin ev olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşaqları- xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X7 və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X11 ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 107.10 kv/m olan fərdi yaşayış evinə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları-xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X7 və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X11 ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 107.10 kv/m olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar