Məhkəmə qərarları › İş №2(019)-523/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-523/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-523/2020 13.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı iki uşaqla evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun 2 uşağı-X3 və X4 ilə birlikdə Balakən rayonunun Katex kəndində yerləşən, Cavabdeh yaşadığı, 2010-cu ildə tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2009cu ilin sonunda Cavabdeh ilə evlənmiş, nikahları xx xxxx 2010-cu il tarixdə 150 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 2 uşaqları olmuşdur. X3-xx.xx.2010-cu ildə, X4-xx.xx.2014-cü il tarixdə doğulmuşdurlar. Mehman ilə evlənərkən onun valideynləri ilə birlikdə yaşadığı Balakən rayonunun Katex kəndində yerləşən atası X1 məxsus evə gəlin köçmüş, 2010-cu ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. Dekabr ayından sonra isə birgə yaşadıqları dövrdə Katex kənd bələdiyyəsindən almış olduğu həyətyanı torpaq sahəsində tikdirdiyi evdə yaşamışlar. Uşaqlardan oğlu Turan da həmin evdə birgə yaşadıqları dövrdə dünyaya gəlmişdir. Uşaqları və özü həmin evdə qeydiyyatdadırlar. Son illərdə həyat yoldaşı Mehmanla aralarında müntəzəm olaraq ailə münaqişələri baş verir. Bir yerdə yaşamaları dözülməz hal almışdır. Buna görə də uşaqların hər ikisini özü ilə apararaq Balakən rayonunun Qazma kəndində yerləşən atası evinə getmişdir. Hal-hazırda da 2 uşaqla atasına məxsus Qazma kəndində yerləşən evdə yaşayır. Orada onun valideynləri, qardaşı öz ailəsi ilə yaşayırlar. Onun orada 2 uşaqla yaşaması çox çətindir. Uşaqların hər ikisi də Katex kənd orta məktəbində təhsil alır. Uşaqlarını öz evində baxıb böyütmək istəyir. Dəfələrlə cavabdehdən tələb etsə də cavabdeh onu evə buraxmır. Buna görə də evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 2009-cu ilin sonunda İddiaçı ilə evlənmiş, nikahları xx xxxx 2010-cu il tarixdə 150 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 2 uşaqları olmuşdur. X3-xx.xx.2010-cu ildə, X4-xx.xx.2014-cü il tarixdə doğulmuşdurlar. 2010-cu ildə Katex kəndində ev tikdirmişlər və həmin ilin dekabr ayında tikdirdikləri evə köçüb orada yaşamağa başlamışlar. Lakin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı iki uşağı ilə birlikdə onun yaşadığı evə köçürülməsinə heç bir etirazı yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 575191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxx 2010-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Alqayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 533830 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 399288 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 2009-cu ilin sonunda qeyrirəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını xx xxxx 2010-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 150 nömrə ilə rəsmiləşdirmişlər. İddiaçı heç bir qeyd şərt olmadan, cavabdehin yaşadığı Balakən rayonunun Katex kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlin köçüb birgə təsərrüfat aparmaqla həmin evdə yaşamışdır. 2010-cu ildə tərəflər Balakən rayonu Katex kəndində ev tikdirərək köçüb orada yaşamışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Şahin və xx.xx.2014-cü ildə Turan adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmış, iddiaçı uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. İddiaçının daimi yaşayış yeri sözügedən evdir, onun əmlakı da həmin evdədir. Cavabdeh iddiaçını evə buraxmadığından o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı yaşadığı mübahisə predmeti olan ev heç kimin mülkiyyətində olmamışdır, hazırda da heç kimin mülkiyyətində deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2009-cu ilin sonunda yarandığından qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edən 30-cu maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətdə olan evdən istifadə ilə bağlı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilən normaların məzmunundan məlum olduğu kimi sahiblik, istifadə və sərəncam hüquqlarının məcmuyu mülkiyyət hüququnu təşkil edir, yəni şəxsin hər hansı əşyaya mülkiyyət hüququnun olması üçün onun həmin əşyaya sahiblik, istifadə və sərəncam hüquqlarının malik olması zəruridir. Mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehin sözügedən evə mülkiyyət hüququ yaranmamışdır. Ona görə də hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanun analogiyası). Məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasındakı mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 68.1-68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 27.2-ci madəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan yaşayış evinin hüquq münasibətlərinin yarandığı zaman və hazırda da heç kimin mülkiyyətində olmamasını, evin birgə nikah dövründə tikilməsini, iddiaçının 2010-cu ildə cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan özlərinin yaşadıqları evə köçürülməsini, iddiaçının cavabdehlə birgə təsərrüfat aparmasını, iddiaçının hazırda da daimi yaşayış yerinin həmin ev olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşaqları-17.09. 2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X4 ilə birlikdə Balakən rayonu Katex kəndində yerləşən, Cavabdeh yaşadığı evə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları-xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X4 ilə birlikdə Balakən rayonu Katex kəndində yerləşən, Cavabdeh yaşadığı evə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar