Məhkəmə qərarları › İş №2(019)-537/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-537/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-537/2020 01.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxxx” ASC-nə və «xxxxx» MMC BOKT-na qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "xxxxx Azərbaycan” QBKT MMC-nin hesabına xx.xx.2020-ci il tarixli TT**********019296 saylı qəbzlə ödədiyi 2963 (iki min doqquz yüz altmış üç) ABŞ dolları həcmindəki borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və İddiaçı “xxxxxxxxxxxxxxx" ASC-nin hesabına xx.xx.2020-ci il tarixli ATC**********1057073 saylı qəbzlə ödədiyi 2300 (iki min üç yüz) manat həcmindəki borcun, həmçinin əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonu Qullar kəndində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. "xxxxx Azerbaijan” QBKT ilə ünvan 2 yaşayan Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə imzalanmış **********7950 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi "xxxxx Azerbaijan" QBKT ilə onun arasında xx.xx.2014-cü il tarixli **********7950-725204 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh əvvəllər kredit öhdəliyini icra etsə də sonradan müqavilə öhdəliklərini pozmuş və ödəniş etməkdən yayınmışdır. Bununla bağlı kredit ödənişində çətinliklər yarandığından kredit təşkilatı tərəfindən borcluya güzəştlər tətbiq edilmiş, o cümlədən sonuncu dəfə qalıq borc məbləği ilə bağlı əvvəlki müqavilənin müddətinin uzadılmasına dair onunla **********8817 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılsa da Cavabdeh yenə də müqavilə öhdəliyini yerinə yetirməmişdir. Belə olduğu halda "xxxxx Azerbaijan" QBKT zamin kimi ona qarşı borc tələbini irəli sürmüş, yaşadığı ünvana xəbərdarlıq məktubu ünvanlamışdır. Bir neçə dəfə Cavabdeh götürdüyü krediti müəssisəyə geri ödənilməsi barədə xəbərdarlıq etsə də heç bir nəticə verməmişdir. Ona görə də məcburiyyət qarşısında Cavabdeh 2963 ABŞ dolları borc qalığı (qismən güzəştlə) tərəfindən "xxxxx Azerbaijan" QBKT-nin hesabına ödənilmişdir və bu barədə xx.xx.2020-ci il tarixli TT**********019296 saylı qəbz verilmişdir. Eyni zamanda "xxxxx Azerbaijan" QBKT tərəfindən borcun tam şəkildə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 2020/999/1418 saylı arayış təqdim olunmuşdur. Bundan başqa, "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə ünvan 2 yaşayan Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə imzalanmış 036CASA161620003 saylı kredit müqaviləsinəəsasən Cavabdeh 3642 AZN kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə onun arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh əvvəllər kredit öhdəliyini icra etsə də sonradan müqavilə öhdəliklərini pozmuş və ödəniş etməkdən yayınmışdır. Belə olduğu halda "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı zamin kimi ona qarşı borc tələbini irəli sürmüş, yaşadığı ünvana xəbərdarlıq məktubu ünvanlamışdır. Bir neçə dəfə Cavabdeh götürdüyü krediti müəssisəyə geri ödənilməsi barədə xəbərdarlıq etsə də heç bir nəticə verməmişdir. Ona görə də məcburiyyət qarşısında Cavabdeh 2300 manat borc qalığı tərəfindən "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı hesabına ödənilmişdirvə bu barədə xx.xx.2020-ci il tarixli ATC**********1057073 saylı qəbz verilmişdir. Eyni zamanda "xxxxxxxxxxxxxxx” ASC-nin Zaqatala filialı tərəfindən borcun tam şəkildə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 3593 saylı arayış təqdim olunmuşdur. Göründüyü kimi Cavabdeh yuxarıda göstərilən hər iki kredit müəssisəsi qarşında olan kredit öhdəliyini icra etməmiş, həmin öhdəliklər (2963 ABŞ dolları və 2300 AZN) zamin kimi onun tərəfindən həyata keçirildiyindən həmin məbləğlərdə zərər ortaya çıxmışdır. Cavabdeh qeyd olunan məbləğləri keçən müddət ərzində könüllü şəkildə ona ödəmədiyindən 2963 ABŞ dolları və 2300 AZN-nin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxx» MMC BOKT-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxxxxxsı» ASC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə ünvan 2 yaşayan Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə imzalanmış 036CASA161620003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3642 AZN kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə həmin tarixdə iddiaçı Adıgözəlov Elşçən Telman oğlu arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh əvvəllər kredit öhdəliyini icra etsə də sonradan müqavilə öhdəliklərini pozmuş və ödəniş etməkdən yayınmışdır. Belə olduğu halda "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı zamin kimi İddiaçı qarşı borc tələbini irəli sürmüşdür. İddiaçı Cavabdeh 2300 manat borc qalığını "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialının hesabına ödəmiş və bu barədə İddiaçı xx.xx.2020-ci il tarixli ATC**********1057073 saylı qəbz verilmişdir. Eyni zamanda "xxxxxxxxxxxxxxx” ASC-nin Zaqatala filialı tərəfindən borcun tam şəkildə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 3593 saylı arayış təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alıb qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “xxxxxxxxxxxxxxx” Zaqatala filialı tərəfindən ASC-i tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli 3593 nömrəli arayışdan görünür ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Zaqatala filialında Cavabdeh zamin durduğu, məbləği 3642 AZN olan xx.xx.2016-cı il tarixli 036CASA161620003 saylı kredit müqaviləsi üzrə zaminlik öhdəliyi bağlanmışdır. Hal-hazırda “xxxxxxxxxxxxxxx” ASC-də İddiaçı aktiv zaminlik öhdəliyi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxxx Azerbaijan» MMQBKT Mühasibatlıq bölməsi tərəfindən Cavabdeh və zamini İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 2020/999/1418 nömrəli arayışdan görünür ki, “xxxxx Azerbaijan” Məhdud Məsuliyyətli X1 qarşısında **********8817 kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, "xxxxx Azerbaijan” QBKT ilə ünvan 2 yaşayan Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə imzalanmış **********7950 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi "xxxxx Azerbaijan" QBKT ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli **********7950-725204 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh əvvəllər kredit öhdəliyini icra etsə də sonradan müqavilə öhdəliklərini pozmuş və ödəniş etməkdən yayınmışdır. Bununla bağlı kredit ödənişində çətinliklər yarandığından kredit təşkilatı tərəfindən borcluya güzəştlər tətbiq edilmiş, o cümlədən sonuncu dəfə qalıq borc məbləği ilə bağlı əvvəlki müqavilənin müddətinin uzadılmasına dair onunla **********8817 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılsa da Cavabdeh yenə də müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bü səbəbdən "xxxxx Azerbaijan" QBKT zamin kimi İddiaçı qarşı borc tələbini irəli sürmüş, yaşadığı ünvana xəbərdarlıq məktubu ünvanlamışdır. Ona görə də məcburiyyət qarşısında Cavabdeh 2963 ABŞ dolları borc qalığı (qismən güzəştlə) iddiaçı tərəfindən "xxxxx Azerbaijan" QBKT- nin hesabına ödənilmişdir "xxxxx Azerbaijan" QBKT tərəfindən borca tam şəkildə xitam verilmişdir. Bundan başqa, "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə ünvan 2 yaşayan Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə imzalanmış 036CASA161620003 saylı kredit müqaviləsinəəsasən Cavabdeh 3642 AZN kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı ilə İddiaçı arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilə öhdəliklərini pozaraq ödəniş etməkdən yayındığı üçün "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı zamin kimi iddiaçıya qarşı borc tələbini irəli sürmüş, yaşadığı ünvana xəbərdarlıq məktubu ünvanlamışdır. Ona görə də İddiaçı Cavabdeh 2300 manat borc qalığını "xxxxxxxxxxxxxxx" ASC-nin Zaqatala filialı hesabına ödənilmişdir. Bundan sonra "xxxxxxxxxxxxxxx” ASC-nin Zaqatala filialı tərəfindən borca tam şəkildə xitam verilmişdir. Lakin Cavabdeh ödənilmiş məbləğləri iddiaçıya qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki , iddia təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən "xxxxx Azərbaycan” QBKT MMC-nin hesabına xx.xx.2020-ci il tarixli TT**********019296 saylı qəbzlə ödədiyi 2963 (iki min doqquz yüz altmış üç) ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və “xxxxxxxxxxxxxxx" ASC-nin hesabına xx.xx.2020-ci il tarixli ATC**********1057073 saylı qəbzlə ödədiyi 2300 (iki min üç yüz) manat borc pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin . Cavabdeh İddiaçı tərəfindən "xxxxx Azərbaycan” QBKT MMC-nin hesabına ödənilmiş 2963 (iki min doqquz yüz altmış üç) ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və “xxxxxxxxxxxxxxx" ASC-nin hesabına ödənilmiş 2300 (iki min üç yüz) manat borc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar