Məhkəmə qərarları › İş №2(019)-545/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-545/2021

21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-545/2021 21.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə iştirakı ilə Ərizəçi anadan mənşəyinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi oğu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı il tarixdə Balakən rayon Hənifə kəndində doğulmuş Ərizəçi anadan -X3 doğulmaqla mənşəyinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə yaşadığı Balakən rayonunun Hənifə kəndində evdə doğulmuşdur. X2, anası isə X7r. X2 22.03.2009-cu ildə vəfat etmişdir. Anası isə sağdır. 1982-ci ildə ona Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə ilə şəxsiyyəti müəyyən edən sənəd almışdır. Notariat hərəkətinin aparılması ilə əlaqədar notariusa müraciət edərkən doğum haqqında şəhadətnamə ondan tələb edilmişdir. O, həmin şəhadətnaməni təqdim edərkən yararsız olduğu, yəni həmin şəhadətnamədə doğulduğu tarixi, doğumunun qeydə alındığı akt qeydinin nömrəsinin yazılmadığı, valideynləri barədə məlumatların isə düzgün qeyd edilmədiyi ona bildirildi. Doğum haqqında şəhadətnaməni yenidən götürmək üçün Maraqlı şəxsnə müraciət edən zaman aydın oldu ki, onun doğumu haqqında akt qeydi aşkar edilmədi, ümumiyyətlə onun doğumu qeydə alınmamışdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyinə görə Maraqlı şəxs tərəfindən doğumunun qeydə alınmasından imtina edilərək məhkəməyə müraciət edə bilməsi ona izah edilmişdir. O, 1956-cı ildə anasının deməsinə görə ev şəraitində doğulmuşdur. Savadsızlıqdan doğumu barədə heç bir sənədləşmə aparılmamışdır. Anası hal-hazırda sağdır. Doğumu barədə şəhadətnamə almamağı vərəsəlik ilə bağlı notariat hərəkətlərinin aparılmasına mane olur. Bu isə hüquqlarının pozulması ilə nəticələnir. Qeyd edilənləri nəzərə alib ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə göstərdi ki, Ərizəçi 24.09.2020-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olduğunu bildirmiş və onun doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin onun doğumunun müəyyən edilməsi şöbədə mümkün olmamış və bundan imtina edilmişdir. Ərizəçiyə bununla bağlı Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır. Ərizəçi xx.xx.1956-cı ildə Balakən rayonu Hənifə kəndində X4 və Çıraqi Səkinə Həsən qızının qeyri-rəsmi nikahından doğulmuşdur. Ərizəçi valideynləri savadsız olduğuna görə ona doğum haqqında şəhadətnamə almamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24.09.2021-ci il tarixli, 04 saylı imtina rəyindən görünür ki, vətəndaş Ərizəçi doğumunun qeydə alınmasından imtina edilmiş, vətəndaş Ərizəçi qeydiyyat şöbəsinin rəyindən Balakən Rayon Məhkəməsinə şikayət edə bilməsi izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, 751 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X10 barəsində Maraqlı şəxsndə nikah haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 01.01.1953-24.09.2020-ci illərə dair nikah akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, 752 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X11 22 mart 2009-cu ildə ölmüş, ölüm haqqında 08 aprel 2009-cu il tarixli, 45 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, 750 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 1953-1959-cu illərə dair ilkin, 1957-2020-ci illərə dair isə bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, 473 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs doğum haqqında 1953-1959-cu illərə dair ilkin, 1957-2020-ci illərə dair isə bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Balakən rayonu Hənifə kəndində doğulmuşdur. İşdə olan 18.09.2020-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinini izahatlarını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1956-cı ildə X11 və X6 qeyri-rəsmi nikahlarınan doğulmuşdur. Ərizəçi xx.xx.1956-cı ildə Balakən rayonu Hənifə kəndində X3 xəstəxadan kənarda həkim köməyi olmadan evdə doğulmuşdur. Hal-hazıra kimi onun mənşəyi müəyyən olunmamış və onun doğumu qeydə alınmamışdır. Ərizəçi Həsən oğlunun anadan mənşəyinin müəyyən olunması ona yeni doğum haqqında şəhadətnamə almaq və atasından qalmış mirası qəbul etmək üçün lazımdır. Ərizəçi anadan mənşəyinin müəyyən olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən bundan imtina edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyytada uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında iməlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.1956-cı ildə Balakən rayonu Hənifə kəndində X3 doğulması (anadan mənşəyi) müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: Ərizə təmin edilsin. X1 xx.xx.1956-cı ildə Balakən rayonu Hənifə kəndində X3 doğulması (anadan mənşəyi) müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar