Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-553/2020 07.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil2, cavabdeh Balakən rayonu Katex 1 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının müdiri Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı əmrin ləğv edilməsi və əvvəlki iş yerinə Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasında xadimə-dayə işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxx 2015-ci il tarixdə 50 nömrəli əmrlə Balakən rayonu Katex kənd 1 saylı körpələr uşaq bağçasına müvəqqəti olaraq xadimə-dayə təyin olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 1 nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinin müddəti bitdiyinə görə işinə xitam verilmişdir. Hər iki əmr cavabdeh bağça müdirəsi Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi kobud surətdə pozulmuşdur. Belə ki, onunla müddətli əmək müqaviləsi bağlanarkən daimi işçi Ölkəliyeva Nigar Adil qızı xx.xx.2015-ci il tarixdən analıq məzuniyyətinə buraxılmışdır. İşlədiyi müddətdə xx xxxx 2019-cu il tarixli 16 nömrəli əmrlə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər 126 günlük növbəti hamiləliyə, doğuma qədər və doğumdan sonrakı məzuniyyətə buraxılmışdır. xx.xx.2017-ci il tarixdə işçi Ölkəliyeva Nigar Adil qızı öz xahişi ilə tutduğu vəzifədən azad edilərək, başqa işə keçirilmiş, xx.xx.2017-ci il tarixdə isə Əhmədova (Çuxova) Aynur İmran qızı müddətsiz əmək müqaviləsi əsasında işlədiyi həmin vəzifəyə təyin olunmuşdur. Onun işdən çıxarılmağı üçün belə bir oyun qurulmuşdur. O, öz işinin öhdəsindən gəldiyi halda nəyə görə cavabdeh onunla yox, Əhmədova (Çuxova) Aynur İmran qızı ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. Bundan başqa onun xx.xx.2019-cu il tarixdə Aliyə adlı qızı anadan olmuşdur. Bu halda da onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən işçilər və hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində öz əksini tapmışdır. Onun hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Bu barədə aidiyyatı orqanlara müraciət etmişdir. Dövlət Əmək Müfəttiş Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2020ci il tar məktubunda göstərilmişdir ki, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqavilənə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Bu səbəbdən işəgötürən Taralova X5 Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hal bir daha sübut edir ki, cavabdeh Qanunun tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsində Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər qoyulmuşdur. Baxmayaraq ki, o, işlədiyi müddətdə Əmək müqaviləsinin tələblərini bir dəfə də olsun kobud surətdə pozmamış, işinə vicdanla yanaşmışdır. Cavabdeh Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin müdiri Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasına xadimə-dayə vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yeri olan Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə xadimə-dayə vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsassızdır. Belə ki, İddiaçı xx xxx 2015-ci il tarixdə 50 nömrəli əmrlə Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə müvəqqəti olaraq bir il müddətinə xadimə- dayə təyin olunmuşdur. xx xxxxxx 2016-cı il tarixdən o xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. xx xxxxx 2017-ci il tarixdə isə xx xxxxxx 2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə o öz ərizəsinə əsasən işinin icrasına başlamış, xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən azad edilərkən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Eyni zamanda İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində xx xxxxxx 2020ci il tarixli 1 nömrəli əmrinin ləğv edilməsi tələbini qoymuşdur. İddiaçı isə bundan 05 ay müddət keçdikdən sonra iddia qaldırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən qanunun normalarını sadalasa da, iddia müddətini ötürməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürməsi barədə məhkəməyə vəsatət verməmişdir. Halbuki, iddiaçı iddia ərizəsinin qeyd hissəsində koronavirus infeksiyasının ölkə ərazisində yayılması ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan məhkəməyə vaxtında müraciət edə bilmədiyini etiraf etmişdir. 05 ay sonra İddiaçı mübahisənin məhkəmədə mübahisələndirilməsi üçün Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli əmrinin surətini tələb etmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsində göstərilən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu öz təqsiri üzündən ötürmüşdür.Qeyd edilənləri nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2015-ci il tarixli 50 nömrəli əmrdən görünür ki, Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının 1 b/qrup xadimədayə Ölkəliyeva Nigar Adil qızı xx.xx.2015-ci il tarixdə bağçadan analıq məzuniyyətinə buraxıldı, onun yerinə müvəqqəti olaraq Xanlayeva (İsmayılova) Məmməd qızı müvəqqəti olaraq təyin edilsin. (Əsas Ölkəliyevanın xəstəlik vərəqəsi). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli əmrdən görünür ki, Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının müvəqqəti işlə təmin olunmuş 1 b/qrupun xadimə-dayəsi İsmayılova (Xanlayeva) Əminə Məmməd qızının xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi bitdiyinə görə işinə xitam verilsin. (Əsas xx.xx.2015-ci il tarixli onunla bağlanmış əmək müqaviləsi). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli 16 nömrəli əmrdən görünür ki, Katex 1 saylı körpələr evi uşaq bağçasının müvəqqəti xadimə-dayəsi X12 xx.xx.2019-cu i tarixdən 27.Xİ-2019-cu il tarixə qədər 126 günlük müqavilə müddəti bitmədiyi üçün növbəti hamiləliyə, doğuma qədər və doğumdan sonrakı məzuniyyətə buraxılsın. (Əsas Xanlayevanın 986577 №li xəstəlik vərəqəsi). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən Balakən rayon İcra Hakimiyyəti Başçısının Katex kənd icra nümayəndəliyi ilə işçi İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Balakən rayon İcra Hakimiyyəti Başçısının Katex kənd icra nümayəndəliyi X23 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya Sistemində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə Balakən rayon İcra Hakimiyyəti başçısının Katex kənd İcra nümayəndəliyi ilə X12 arasında Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə işə götürülməsi ilə əlaqədar bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli 54 nömrəli əmrdə göstərilmişdir ki, X1 1 saylı körpələr evi uşaq bağçasının 1 böyük qrup əvəzedici xadimə dayəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məziyyətinə buraxılsın. 1 böyük qrupun daimi işlə təmin olunmuş əsas xadimə dayəsi xx.xx.2016-cı il tarixdə öz işinə başlasın. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 2017-ci il tarixli Balakən rayonu Katex kənd 1 saylı Körpələr evi-uşaq bağçasının 2 nömrəli əmrdən çıxarışdan görünür ki, Balakən rayonu Katex kənd 1 saylı Körpələr evi uşaq bağçasının əvəzedici xadimə dayəsi X12 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılsın. (Əsas X6 ərizəsi) İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli 21 nömrəli əmrdə göstərilmişdir ki, Ölkəliyeva Nigar Adil qızı- Katex kənd 1 saylı körpələr evi uşaq bağçasının orta qrupun xadimə dayəsi (1 oklad işi) xx.xx.2017-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilsin. Onun 1 oklad işinin 0.5 oklad işi kiçik qrup dayəsi Məmmədova Ayselə və 0.5 okladı isə texniki işçilərin məzuniyyət işinin əvəzedicisi X9 həvalə edilsin. xx.xx.2017-ci il tarixdən-xx.xx.2017-ci il tarixə kimi Məmmədova Ayselin işi 0.83 oklad müvəqqəti hesab edilsin. Məmmədova Günelin işi 0.5 oklad müvəqqəti hesab edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli 22 nömrəli əmrdə göstərilir ki, X13 və X2 1 saylı körpələr eviuşaq bağçasınınmüvəqqəti işi əvəz edən işçiləri xx.xx.2017-ci il tarixdən işdən azad edilsin. Onların əvəz etdiyi 1 oklad iş Rayon İcra Hakimiyyətindən göndərilən X14 həvalə edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Balakən rayon Katex kənd 1 saylı körpələr eviuşaq bağçasının1 nömrəli Əmrdən çıxarışda göstərilir ki, ki, Balakən rayonu Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin əvəzedici xadimə dayəsi İsmayılova (Xanlayeva) Əminə Məmməd qızı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinin müddəti bitdiyinə görə işinə xitam verilsin.(Əsas X7 ilə bağlanmış əmək müqaviləsi). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli ********** nömrəli məktubda göstərilmişdir ki, «Sizin Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasında müddətsiz müqavilə əsasında işlə təmin edilməyinizlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığınız təkrar müraciətinizə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qax regional ərazi şöbəsində baxılmışdır. Balakən rayon İcra Hakimiyyətinin Başçısının Katex kənd X22 üzrə Nümayəndəliyinin Qax regional mərkəzinə ünvanladığı məktubdan və təqdim etdiyi sənədlərdən məlum oldu ki, Siz xx xxx 2015-ci il tarixdən etibarən Katex kənd 1 saylı uşaq bağçası-körpələr evində müddətli müqavilə əsasında əvəzçilik üzrə xadimə vəzifəsinə işə qəbul olunmuşunuz. xx xxxxxx 2016-cı il tarixdə siz hamiləliyə və doğuşa görə sosial məzuniyyət hüququndan istifadə etmisiniz. Həmçinin xx xxxxx 2017-ci il tarixdən ərizəniz əsasında qismən ödənişli sosial məzuniyyətə buraxılmısınız. Siz sosial məzuniyyətə çıxdıqda müddətsiz əmək müqaviləsi əsasında çalışan Nigar Ölkəliyeva öz işinə qayıtmışdır. xx xxxxxxx 2017-ci il tarixdə Nigar Ölkəliyeva öz ərizəsinə əsasən işdən azad edilmiş, xx xxxxxxx 2017-ci il tarixdə Əhmədova (Çuxova) Aynur İmran qızı müddətsiz əmək müqaviləsi əsasında həmin vəzifəyə işə qəbul edilmişdir. Sizinlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Sizə istifadə edilməmiş məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Bu səbəbdən işəgötürən Taralova X5 Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmişdir.Qeyd olunanlarla razılaşmadığınız təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır». Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin,cavabdehin nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı xx xxx 2015-ci il tarixdə Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinin 50 nömrəli əmri ilə əvəzçilik üzrə xadimə-dayə işinə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdən o,xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə, xx xxxxx 2017-ci il tarixdə isə xx xxxxxx 2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə o öz ərizəsinə əsasən işinin icrasına başlamış, xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. İsmayılova X11 Rayon Katex kənd 1 saylı Körpələr evi uşaq bağçasının xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli əmri ilə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin hallarını, İddiaçı Balakən rayon Katex kənd 1 saylı uşaq bağçası körpələr evinə müddətli əmək müqaviləsi ilə xadimə-dayə işinə qəbul edilməsini, müqavilə müddəti başa çatdıqdan sonra onun işinə xitam verilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxx 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Hazırkı işdə iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulmamasını nəzərə alaraq hesab edir ki, iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasına qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Balakən rayonu Katex kənd 1 saylı körpələr evi uşaq bağçasına qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-553/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-553/2020
07.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver