Məhkəmə qərarları › İş №2(019)-564/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-564/2020

16.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-564/2020 16.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, x1 qarşı məhkəməyə daxil olmuş doğum faktının tanınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: x3 qarşı məhkəməyə ərizə ilə müraciət edərək, onun atasının x6, anasının isə x4 olması və ona müvafiq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin hazırki ərizədə maraqlı şəxsin (Balakən rayon Qeydiyyat Şöbəsi) adı və ünvanı göstərilməmişdir. Həmçinin ərizəsinin tələbi düzgün göstərilməmişdir. Belə ki, uşağın anadan mənşəyi müəyyən deyildirsə, onda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44cü maddəsinə əsasən şəxsin hansı qadından doğulması (analıq) barədə ərizə ilə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktının müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 307.2.10cu maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət olunmalıdır. MPM-nin 307.2.3-cü maddəsində qeyd olunmuş o cümlədən doğumun qeyd edilməsi faktı həmin doğum qeyd edildikdən sonra buna dair sənədlər məhv olduqda və ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmədikdə müəyyən olunur. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, x1 qarşı məhkəməyə daxil olmuş doğum faktının tanınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi geri qaytarılmalı və x2 ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: x1 qarşı məhkəməyə daxil olmuş doğum faktının tanınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi geri qaytarılsın; x2 ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar