Məhkəmə qərarları › İş №2(019)-569/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-569/2021

21.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-569/2021 21.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızının cavabdehlər Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinə və Cavabdeh2nə qarşı Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinin əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün dəymiş zərərin və məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızı cavabdehlər Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhər Nizami 1 saylı tam orta məktəbin 11.02.2021 -ci il tarixdə qüvvəyə minmiş 10 sentyabr 2020-ci il tarixli 25 saylı əmrinin ləğv edilməsi, işə bərpa, məcburi proqul dövrü üçün dəymiş zərərin (əmək haqqı üzrə) və 2016-2017-ci dərs ili üzrə istifadə etmədiyi əmək məzuniyyət hüququnun (56 günlük) həyata keçirilməsi və məzuniyyət pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib, Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinin əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün dəymiş zərərin və məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət pulunun ödənilməsi tələbinə dair iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərərək, mülki işin baxılmamış saxlanması haqqında qərar qəbul etməklə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qayrarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin nümayəndəsi və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin cavabdehlərdən işin mahiyyəti üzrə həll olunmasını tələb etdikləri barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızının cavabdehlər Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinə və Cavabdeh2nə qarşı Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinin əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün dəymiş zərərin və məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızının cavabdehlər Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinə və Cavabdeh2nə qarşı Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbinin əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün dəymiş zərərin və məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Aslanova Nəzı̇ rə Məhəmməd qızına qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar