Məhkəmə qərarları › İş №2(019)-579/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-579/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-579/2020 29.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Ramaan qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində ümumi paylı mülkiyyətdə olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Tülü kəndində ümumi paylı mülkiyyətdə olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Balakən rayonunun Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Onun və üzvlərinin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən köhnə və yeni tikilmiş evləri vardır. Həmin mülk mərhum nənəsi X5 tərəfindən ona 1990-cı illərdə bağışlanmışdır. Həmin mülkdə olan köhnə ev nənəsindən qalma ev olmuşdur. Həmin əmlaka dair ƏMDK yanında DƏDRX-dən xx.xx.2020-ci il tarixdə öz adına çıxarış almışdır. Həmin çıxarış Daşınmaz Əmlakın dövlət Reyestrində 29 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mərhum valideynləri onunla yaşamışlar. 2004-cü ildə anası X1 vəfat etmişdir. Anasının vəfatından sonra atası X8 təxminən bir il sonra Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş və atasına məxsus Balakən rayonu Talalar kəndində yerləşən 0.7 ha torpaq sahəsində özləri üçün ev tikənədək, müvəqqəti olaraq onlara evində yaşamağa icazə vermişdir. Onlara aid mülkə heç bir rəsmi qeydiyyatları olmamışdır. X8 ilə Cavabdeh faktiki nikahlarından uşaqları olmamışdır. Cavabdeh evə gəldiyi gündə ailələrində münaqişə yaratmiş, əsassız mübahisələr başlamış, dəfələrlə atası onu evdən qovmuş, lakin atasının yumşaq xasiyyətindən istifadə edərək, yenidən öz qohumlarının vasitəsilə evlərinə geri qayıtmışdır. Mərhum atası kənd ağsaqqalı kimi tanınmış, hər kəsin rəğbətini qazanmış bir insan omuşdur. O cümlədən özləri ziyalı, müəllim ailəsidir. Cavabdeh ailələrinə yaraşmayan, utancverici davranışları və öz aqressiv hərəkətlərini davam etdirməklə ailələrinə nifaq salmış, günlərini qara etmişdir. Bu söz-söhbətdən demək olar ki, elə ilk vaxtlardan atası şəkər xəstəsi olmuşdur. Beləliklə xx.xx.2018-ci ildə atası kəskin şəkər və ürək xəstəliyindən ölmüşdür. Atası sağlığında Cavabdeh heç bir etimad etmədiyindən, onunla nə rəsmi nikah qeyd etdirmiş, nədə ki özünə məxsus əmlaklarından ona heç bir pay vəsiyyət etməmişdir. Atasının ölümündən sonra cavabdehə onu onlara bağlayan heç bir bağın olmadığını bildirərək, evlərindən çıxıb getməsini və tez bir zamanda onlardan kənarlaşmasını tələb etmişlər, lakin o, inadkarlıq edərək evdən çıxmır. Bununla bağlı aidiyyatı qurumlara yazılı və şifahi qaydada müraciət etmiş, lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı1 mərhum nənəsi X5 tərəfindən İddiaçı1 1990-cı illərdə bağışlandığını, həmin fərdi yaşayış evinin tam mülkiyyət hüquq u üzrə İddiaçı1 adına, həmin evin yerləşdiyi 0,2521 ha həyətyanı torpaq sahəsinin isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alındığını, cavabdehin iddiaçının ailə üzvü, yaxın qohumu və digər qohumu olmadığını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh İddiaçı4 məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdeh İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, uzun illərdir ki, Balakən rayonu Tülü kəndində yaşayır. 2005-ci ildə İddiaçı1 atası X8 ilə qeyri-rəsmi nikaha girmiş və xx xxxxxx 2018-cı ilə, yəni Yəhya Abdullayev ölənə qədər onun qeyri-rəsmi həyat yoldaşı olmuşdur. X19 rəsmi nikah bağlamamış və həmçinin yaşadığı və İddiaçı1 adına qeydiyyata alınan sözügedən evə pasport qeydiyyatı olmamışdır. Həmçinin evdə yaşadığı zaman İddiaçı1 və digər iddiaçılarla heç bir ümumi təsərrüfat aparmamışdır. Son iki-üç ildə yoldaşı Yəhya Abdullayev yataq xəstəsi olanda da ona özü baxmışdır. Əri Yəhya yataq xəstəsi olanda ya oğlu Eyyub, ya da onun arvadı bir gün də olsun xəstə atasının qayğısına qalmamışlar. Əri vəfat edəndən sonra bir ildir ki, Eyyubla arvadı onunla yola getmir, ondan evdən çıxıb getməsini tələb edirlər. O, hər ay 130 manat sosial müavinət alır. Onun fərdi yaşayış evi olan qardaşı vardır. Onun başqa gedəcək, qalacaq yeri yoxdur. Əgər gedəcək yeri olsa idi, onların söz-söhbətlərinə, təhqirlərinə dözməyib, çıxıb gedərdi. Həm də mərhum yoldaşı Yəhya Abdullayev ona həmin evdə qalmasını tapşırmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxxxx 2018-cı il tarixli, AZ-İ 971334 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-cı ildə ölmüşdür. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 919 nömrəli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi tarixədək Talalar kəndində qeydiyyatda olmuş və yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xx xxxxxxxx 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X8 JN-006F nömrəli Torpağın Mülkiyyətə X2 məxsus olan 0.07 (yeddi sot) ha həyətyanı torpaq sahəsini və JN-1205 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Dövlət Aktında ona məxsus olan 0,51 ha (əlli bir sot) mülkiyyət (pay) torpağını oğlanları Abdullayev Şöyüb Yəhya oğluna və X6 bərabər payla vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, torpaq sahəsi ümumi birgə İddiaçı3, torpaq sahəsi ümumi birgə İddiaçı4 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********05-10301 olan, 07 invertar qeydiyyat nömrəli xx xxxxxx 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, torpaq sahəsi ümumi birgə İddiaçı3, torpaq sahəsi ümumi birgə X9, torpaq sahəsi ümumi birgə İddiaçı4 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı, Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********05-10301 olan, 07 invertar qeydiyyat nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə İddiaçı1, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Vəkil və Cavabdeh dinləyib, işdə olan sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 mərhum nənəsi X5 tərəfindən İddiaçı1 1990-cı illərdə bağışlanmış, həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ciiltarixdə, sonra isə xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2005-ciildə İddiaçı1 atası X8 Cavabdeh ilə qeyri-rəsmi evlənmiş, onlar iddiaçıya məxsus həmin evdə yaşamışlar. Lakin Cavabdeh və X8 rəsmi nikaha girməmiş, həmçinin Cavabdeh mübahisəli evdə qeydiyyatda olmamışdır. Cavabdeh və X4 bu nikahdan uşaqları olmamışdır. Cavabdeh İddiaçı1 ilə və digər iddiaçılarla ümumi təsərrüfat aparmamış, İddiaçı1 və digər iddiaçıların ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı1 atası X8 ölmüşdür. Onun ölümündən sonra İddiaçı1 Cavabdeh ona məxsus evdən çıxmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçıya məxsus evdən çıxmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “X13”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X20 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən o cümlədən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyəti açıqlanmaqla, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları» nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» adlanır və həmin fəsilə saxlanılmalı olan ailənin başqa üzvlərinin dairəsi konkret şəkildə göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ögey oğul və qazların ögey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilən hüquqi yanaşmaya uyğun olaraq əgər yaşayış sahəsi mülkiyyətçisinin qohumu olan şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilmiş həmin beş qrup şəxslər dairəsindən birinə daxil deyilsə, mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz və yaşayış sahəsinin mülkiyyətçisi öz ailə üzvü hesab edilməyən həmin qohumlarının öz qanuni mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdıran istənilən hərəkət və hərəkətsizliklərinə son qoyulmasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı1 atası X8 ilə rəsmi nikaha girməmişdir. Cavabdeh İddiaçı1 qanunda nəzərdə tutulmuş ailə üzvü, digər ailə üzvü, yaxın qohumları və digər qohumları sırasına daxil deyildir. İddiaçı1 ona ailə üzvü, digər ailə üzvü olmayan, həmçinin ona münasibətdə yaxın qohum və digər qohumlar kateqoriyasına daxil olmayan Cavabdeh ilə ümumi təsərrüfat aparmamışdır, o, Cavabdeh saxlamaq vəzifəsi daşımır. Ona görə də Cavabdeh həm qanunun analogiyası tətbiq edilməklə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin tələbləri baxımından, həm də hazırki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyi baxımından 2005-ci il tarixdən yaşadığı və İddiaçı1 xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə sahiblik etmək və həmin evdən istifadə etmək hüququna malik deyildir. Bu konteksdə məhkəmə qeyd edir ki, sözügedən evə heç bir hüququ olmadan Cavabdeh həmin evdə yaşamaqla evə sahiblik etməsi və evdən istifadə etməsi İddiaçı1 Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş mənzil hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, evə heç bir hüququ olmayan cavabdehin həmin evdə qalması və həmin evə qanunsuz sahiblik və istifadəni həyata keçirməsi İddiaçı1 mülkiyyət və mənzil hüquqlarına əsassız müdaxilədir; belə bir müdaxilə qanunda nəzərdə tutulmamışdır, bu müdaxilə hər hansı ictimai maraq tələblərinə uyğun deyildir, məqsədə mütənasib deyildir və demokratik cəmiyyətdə zəruri deyildir. Belə ki, mülkiyyət hüquqlarının belə məhdudlaşdırılmasının müddəti müəyyən olunmamış, mülkiyyətə müdaxilə ilə bağlı iddiaçıya hər hansı kompensasiya ödənilmiş, bununla da iddiaçı ağır maddi məhrumiyyətlər yükünə məruz qalmaqla ədalətli tarazlıq prinsipi pozulmuşdur. Şübhəsizdir ki, bu müdaxilə ilə cavabdeh tərəfindən İddiaçı1 xüsusi mülkiyyətində olan evə sahiblik etmək, evdən istifadə etmək və ona dair sərəncam vermək hüquqları və bu hüquqların məcmusunda ifadə olunan mülkiyyət hüquqları pozulur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, İddiaçı1 həmin evə pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində ümumi paylı mülkiyyətdə olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbinə hüquqi qiymət verərək, hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, İddiaçı2 İddiaçı1 rəsmi nikah əsasında arvadı olsa da, iddia predmetini təşkil edən fərdi yaşayış evi onların birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunan daşınmaz əmlak deyildir. Belə ki, həmin fərdi yaşayış evi İddiaçı1 nənəsi X5 tərəfindən İddiaçı1 bağışlanmış və bu əsasla onun həmin əmlaka mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbləri baxımından sözügedən həmin ev İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə aid daşınmaz əmlak deyildir. Bu xüsusda İddiaçı2 həmin evə dair sərəncam vermək, o cümlədən cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək hüququ mövcud deyildir. Digər tərəfdən evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və evin yerləşdiyi 0.2521 ha torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, torpaq sahəsi ümumi birgə İddiaçı3, torpaq sahəsi ümumi birgə X9, torpaq sahəsi ümumi birgə İddiaçı4 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 İddiaçı1lə birgə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi üzərində sərəncam vermək, o cümlədən həmin evdən cavabdehin çıxarılmasını tələb etmək hüquqları yaranmır. Belə ki, qanuna görə (Mülki Məcəllənin 146.2-ci maddəsi) daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin hüququn daşınmaz əmlakın dövlət qeydiyatından sonra yaranır. İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə həmin evə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqların qeydiyyatı isə fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyatı kimi qəbul oluna bilməz. Sözügedən evə yalnız İddiaçı1 mülkiyyət hüquqları vardır, onun da cavabdehin evdən çıxarılması tələbi məhkəmə tərəfindən əsaslı hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verərək,hesab edir ki, iddia qismən-İddiaçı1 iddia tələbi hissəsində təmin edilməklə Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, X17, İddiaçı4 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbi hissəsində isə təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən-İddiaçı1 iddia tələbi hissəsində təmin edilsin və Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, X17, İddiaçı4 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın; iddia digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbi hissəsində təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı1 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar