Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-59/2021 04.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsində saxlanması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla, Cavabdeh arasında Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsində xx xxxxxxx 2011-ci il tarixdə qeydiyyatdan keçmiş nikahın pozulması,birgə nikahdan olan oğlu- Nəzirli Musanın və qızı- Nəzirli Mələyin himayəsində saxlanması, Cavabdeh ilə birgə nikahdan olan övladları Nəzirli Musanın və Nəzirli Mələyin saxlanmaları üçün onlar yetkinlik yaşına çatanadək hər birinə hər ay 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat alimentin Cavabdeh tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsində rəsmi qeydiyyatdan keçirməklə xx xxxxxxx 2011ci il tarixdə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan olan oğlu Musa xx xxxxxx 2013-cü il tarixdə, qızı Mələk isə xx xxxxxx 2016-cı il tarixdə dünyaya gəlmişdir. Cavabdeh ilə ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşməyə başlamışdır. Ailə münasibətlərini qaydasına salmağa dəfələrlə cəhd etsə də, cavabdehin ailə münasibətlərinə məsuliyyətsiz yanaşması nəticəsində onun bu cəhdləri uğursuz olmuşdur. Cavabdeh dəfələrlə onu döymüş və uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol vermişdir. O bir müddət əvvəl kirayə yaşadıqları mənzildən çıxıb getmiş, həmin vaxtdan da uşaqlarla və onunla, ailənin dolanışığı ilə maraqlanmır, uşaqların saxlanması üçün ona heç bir köməklik göstərmir. Cavabdeh ilə ilə aralarında olan narazılıqlardan sonra hesab edir ki,cavabdehlə bir ailə kimi yaşamaq qeyrimümkündür. Cavabdehə ailədə normal vəziyyəti bərpa etmək məqsədi ilə etdiyi müraciətlər cavabsız qalmışdır.Aralarındakı nikah formal xarakter daşıyır, ailələri dağılmış və onun bərpası mümkün deyildir. Cavabdeh ilə bir müddətdir ki, ayrı yaşamalarına baxmayaraq, o, ailənin bərpası üçün heç bir cəhd etməmişdir,uşaqların saxlanması üçün heç bir köməklik göstərməmişdir. Nikah pozularkən uşaqların onun himayəsində saxlanması, onların mənafeyinə tam uyğundur, gələcəkdə düzgün tərbiyə və təhsil almaları üçün zəruridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək göstərmişdir ki, məhkəmə iclasında səhhəti ilə əlaqədar və himayəsində azyaşlı övladlarının olması səbəbi ilə iştirak edə bilməyəcəkdir. İşə onun onun iştirakı olmadan baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 714949 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə Xəlilova Günay Əkrəm qızı arasında xx xxxxxxx 2012-ci il tarixdə 1701 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Nəzirli soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18820036 nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Nəzirli Musa xx xxxxxx 2013-cü ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci-ci il tarixdə verilmiş AZE seriyalı 18820033 nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəzirli Mələk xx xxxxxx 2016-cı ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı qızı nikahlarını xx xxxxxxx 2011-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə cavabdeh Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 2013-cü ildə X5 və 21 yanvar 2016-cı il tarixdə Nəzirli Mələk Eldar qızı adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar. Uşaqların hər ikisi iddiaçının himayəsindədir.Tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar.İddiaçı nikahın pozulmasını təkidlə tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərə barışıq üçün üç ay vaxt verilsə də barışmamalarını, iddiaçının nikahın pozulmasına təkid etməsini, uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı qızı ilə Cavabdeh oğlu arasında bağlanmış Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində xx xxxxxxx 2011-ci il tarixdə 1701 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahdan olan uşaqları- 09 dekabr 2013-cü ildə doğulmuş Nəzirli Musa Eldar oğlu və 21 yanvar 2016-cı ildə anadan olmuş X4 anaları İddiaçı yanında saxlanmalı, ərizənin verildiyi 31 avqust 2020-ci il tarixdən başlayaraq 09 dekabr 2013-cü ildə doğulmuş Nəzirli Musa Eldar oğlunun və 21 yanvar 2016-cı ildə anadan olmuş Nəzirli Mələk Eldar qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilməli, iddia qalan hissədə təmin edilməməli, 20 manat dövlət rüsumu xərci Cavabdeh oğlundan alınıb İddiaçı verilməli, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində xx xxxxxxx 2011-ci il il tarixdə 1701 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahdan olan uşaqları-xx xxxxxx 2013-cü ildə doğulmuş X5 və xx xxxxxx 2016-cı ildə anadan olmuş Nəzirli Mələk Eldar qızı anaları İddiaçı qızının yanında saxlansınlar. 31 avqust 2020-ci il tarixdən başlayaraq 09 dekabr 2013-cü ildə doğulmuş Nəzirli Musa Eldar oğlunun və 21 yanvar 2016-cı ildə anadan olmuş Nəzirli Mələk Eldar qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh oğlundan hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 20 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı qızına verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı qızından 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh oğlu həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-59/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-59/2021
04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver