Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-590/2020 22.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızına qarşı cavabdehin ona məxsus yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızının ona məxsus Balakən rayonu Talalar kəndində yerləşən evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək, cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızına qarşı cavabdehin ona məxsus yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu və işin mahiyyəti üzrə baxılıb həll olunmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə İddiaçı cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızına qarşı cavabdehin ona məxsus yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarlmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Baradova (İbrahimova) Gülnar Eldar qızına qarşı cavabdehin ona məxsus yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-590/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-590/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver