Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-591/2020 17.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Balakən rayonu Mahamalar kəndində yerləşən oğulları-Cavabdeh1 məxsus 1997-ci ildə inşa edilmiş fərdi yaşayış evinə köçürülmələri, həmin fərdi yaşayış evindən istifadə və evə sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 xüsusi mülkiyyət hüququnun qeydə alındığı Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 iddialarını müdafiə edib, onunla əsaslandırmışlar ki, onlar 1996-cı ildə özlərinə məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evlərini satıb, 1997-ci ildə evin satılmasında əldə etdikləri vəsait hesabına oğulları Cavabdeh1 məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən 0.08 ha torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişlər. Onlar ahıl yaşda olduqlarına görə evi oğulları Nürəddinin adına rəsmiləşdirmək qərarına gəlmişlər. Həmin yaşayış evinə xx.xx.2011-ci ildə oğulları Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən MA seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Onlar hər ikisi 1997-ci ildən həmin evdə qeydiyyatda olmaqla 2014-cü ilə kimi həmin evdə yaşamışlar. Onlara məxsus hər bir əmlakları hazırda da həmin evdədir. Borcları olduğuna görə 2014-cü ildə işləmək məqsədilə X2 şəhərinə getmişlər. Orada işləyib, bütün borclarını ödəyib, 2019-cu ildə Balakən rayonuna qeydiyyatda olduqları və yaşadıqları evə geri qayıdan zaman gəlinləri Cavabdeh2 onları evə buraxmamışdır. Həmin vaxtdan onlar kirayələrdə yaşayırlar. Onun- İddiaçı1 79 yaşı olmaqla əlildir, gözləri görmür. Onlar dəfələrlə Cavabdeh2 evə köçüb orada yaşamaq istəklərini bildirsələr də, Məlahət onları evə buraxmır. Cavabdeh2 evin qapılarını qıfıllayaraq, Bakı şəhərinə getmişdir və orada yaşayır. Oğulları Cavabdeh1 onların həmin evdə yaşamalarına heç bir maneçilik törətmir. Belə ki, oğulları Cavabdeh1la Cavabdeh2 arasında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(019)-893/2016 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Onların başqa yaşayış yeri yoxdur. Heç yerdə işləmirlər, pensiya ilə dolanırlar, başqa gəlir yerləri yoxdur. Onlar dəfələrlə oğulları-iş üzrə Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçüb, orada yaşamağa cəhd göstərsələr də, Cavabdeh2 onları evə buraxmamış və ora qayıdıb yaşamalarına maneçilik törətmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə teleqram göndərərək,ona məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən evdə İddiaçı1 və İddiaçı2 yaşamasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin ondan iddia tələbinə etirazla bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-cı il tarixdə verilmiş 833, 834, 835 nömrəli arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2 və Arzumanova X1 yerləşən 1998-ci il tarixdə inşa olunmuş fərdi yaşayış evində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********63-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi 6 №li reyestr kitabının 93 №li vərəqində xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********63-10301 olan, 1220 invertar qeydiyyat nömrəli xx xxxxxx 2011-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon VVAQ şöbəsi tərəfindən xx xxxxx 1971-ci ildə verilmiş A3 seriyalı 200097 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Dostali oğlu ilə X10rasında nikah Balakən rayon VVAQ şöbəsində xx xxxxx 1971-ci il tarixdə 48 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Arzumanova soyadı verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçıların bildirdliyinə görə 1996-cı ildə özlərinə məxsus Balakən rayonunun Mahamalar kəndində yerləşən fərdi yaşayış evlərini satıb, 1997-ci ildə evin satılmasında əldə etdikləri vəsait hesabına oğulları Cavabdeh1 məxsus Balakən rayonunun Mahamalar kəndində yerləşən 0.08 ha torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişlər. Onlar yaşlı olduqlarına görə evi oğlunun Nürəddinin adına rəsmiləşdirmək qərarına gəlmişlər. Həmin yaşayış evinə xx.xx.2011-ci ildə oğulları Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçıların hər ikisi 1998-ci ildən həmin evdə qeydiyyatda olmaqla 2014-cü ilə kimi həmin evdə yaşamışlar. İddiaçılara məxsus əşyalar hazırda da həmin evdədir. İddiaçılar 2014-cü ildə işləmək məqsədilə X2 şəhərinə getmişlər. 2019-cu ildə Balakən rayonuna qeydiyyatda olduqları və yaşadıqları evə geri qayıdan zaman gəlinləri Cavabdeh2 onları evə buraxmamışdır. Həmin vaxtdan onlar kirayələrdə yaşayırlar. iddiaçılar dəfələrlə Cavabdeh2 evə köçüb orada yaşamaq istəklərini bildirsələr də, Cavabdeh2 onları evə buraxmır. İddiaçıların oğulları Cavabdeh1 onların həmin evdə yaşamalarına razıdır və bu barədə məhkəməyə teleqramla da müraciət etmişdir. Cavabdeh1la Cavabdeh2 arasında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(019)-893/2016 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçıların başqa yaşayış yeri yoxdur. Onlar heç bir yerdə işləmirlər, pensiya ilə dolanırlar, başqa gəlir yerləri yoxdur. İddiaçılar əmək qabiliyyətli deyillər. İddiaçılar dəfələrlə oğulları-iş üzrə Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçüb, orada yaşamağa cəhd göstərsələr də, Cavabdeh2 onları evə buraxmamış və evə qayıdıb yaşamalarına maneçilik törətmişdir. İddiaçılar iradəsindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, həmçinin mübahisəli ev yaşayış üçün yararlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evində 2014-cü ilə kimi yaşadığından, Cavabdeh1 ailə üzvü olduğundan və cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçılar mübahisəli evə dair cavabdehlərlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, onların daimi yaşayış yeri həmin ev sayıldığından, iddiaçıların qeydiyyatda olduğu yer və daimi yaşayış yeri Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi olduğundan, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə istifadə hüquqları müəyyən olunmalı və onlar həmin evə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kormitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsi əmlakdan istifadə hüququnu mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülikiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Bu xüsusda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X8 evin mülkiyyətçisi kimi qeydə alınmış Cavabdeh1 valideynləri olduğundan və Ailə Məcəlləsinin yuxarıda göstərilən normalarına əsasən Cavabdeh1 öz valideynlərini saxlamaq vəzifəsi daşıdığından, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin mənası baxımından Cavabdeh1 ailə üzvləri sayılırlar və iddiaçıların iddia predmetini təşkil edən evə istifadə hüquqları vardır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar birinci cavabdehin valideynləri olmaqla ailə üzvləri olduğundan, qanuna görə həmin cavabdeh iddiaçıları saxlamaq vəzifəsi daşıdığından, iddiaçılar mübahisəli evdə yaşayan cavabdehlərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşadığından, iddiaçıların qeydiyyatda olduğu və daimi yaşadığı ünvan mübahisəli ev olduğundan iddiaçılar İddiaçı1 və X8 həmin evdən istifadə və evə sahiblik hüququ əldə etmişlər. Məhkəmə iddiaçıların iradəsinin ziddinə olaraq mübahisəli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onların Azərbaycan Respublikası Konstitusiyasının 43 və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X9 X6 müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və X9 X4 iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla əlaqədar X12 Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, X12 Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, X12 Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. X12 Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, X12 Məhkəməsinin 2000-X) və X5rşı iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X12 Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair X12 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Məhkəmə X12 Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən hesab edir ki, iddiaçılarının əşyalarının həmin evdə olması, həmin evin iddiaçıların daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqələrinin olmasına görə həmin evi Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından iddiaçıların mənzili adlandırmaq olar. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən də yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar cavabdehlərlə bərabər surətdə həmin evdən istifadə hüququna malik olduğundan, onların həmin evdən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqlarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi ilə bağlı iş üzrə mötəbər sübutlar əsasında müəyyən olunmuş faktoloji və hüquqi əsaslar iddianın tam qanuni və əsaslı olması nəticəsinə gəlməyə zəmin yaradır və məhkəmə də bu faktoloji halları yuxarıda dəyərləndirmiş və iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli yuxarıda göstərilən hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 xüsusi mülkiyyət hüququnun qeydə alındığı Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməlidir. Həmçinin iddia təmin olunduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 xüsusi mülkiyyət hüququnun qeydə alındığı Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilsin və İddiaçı1 və İddiaçı2 həmin evə köçürülsün; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-591/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-591/2020
17.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver