Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-592/2021 27.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-Nümayəndə1 iştirakı ilə Ərizəçi doğum şəhadətnaməsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "X14" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona- xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1940-cı il tarixdə Balakən rayonun Sarıbulaq kəndində anadan olmuş, atası X7, anası X8r. Qeyd edir ki xx.xx.1964-ci il tarixdə X19 ilə nikah bağlamış, lakin 06.05.1965-ci il tarixdə mərhum əri X19 xəstəlikdən vəfat etmişdir. Sonra isə X15 ilə faktiki nikah münasibətlərində yaşamışdır. O, savadı olmayan evdar xanım olduğu üçün nikah bağlamaq lazım olduğunu bilməmişdir. Birinci əri də özü nikah mərasimini təşkil etmişdir. Sonra isə Rəşidova soyadını aldığını bilmiş və ona Rəşidova soyadıyla vəsiqə vermişlər. Lakin 26.09.2005-ci il tarixdə hipertoniya xəstəliyindən ikinci əri X15 vəfat etmişdir. O, yaxın zamanlara qədər sənədləşmə işləri və soyadının düz yazılmasının vacibliyini anlamamış, lakin müəyyən sənədləşmə işləri getdiyinə görə anlamışdır ki, həm bütün sənədləşmə işlərinə nəzarət etmək, həm də öz hüquqlarını bilmək lazımdır. O, ikinci nikahı ilə bağlı Maraqlı şəxs1nə, Qeydiyyat, Notariat Baş İdarəyə və hətta Milli Arxiv İdarəsinə sorğu vermişdir ki, öyrənsin ki, hansı əsaslarla ona Rəşidova soyadı verilmişdir, lakin heç bir nikah müqaviləsi aşkarlanmamışdır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu vermişdir ki, hansı əsaslarla o, Rəşidova soyadı ilə şəxsiyyət vəsiqəsi almışdır. Nikah müqaviləsi təqdim edilibsə, xahiş edib ki, surətini ona təqdim etsinlər. Lakin ona qeyri-adi cavab gəldi ki, o, doğum şəhadətnaməsi əsasında sovet pasportu almışdır, onun da əsasında vəsiqə almışdır və 25.12.1980-ci il tarixli, AZ1434658 saylı doğum şəhadətnaməsində soyadı Rəşidova yazılmışdır. Onun doğum şəhadətnaməsində soyadı Cirinqova yazılıb və sənədin tarixi başqa 01.07.1968 (lakin qeydiyyata alınıb 08.02.1940-ci il tarixdə) yazılıb, amma həminki seriyası AZ1434658 yazılıb, lakin üstündə 25.12.1980-ci il tarixli ştamp vardır. BPQMİ-nin məktubundakı guya “Rəşidova” olan doğum şəhadətnaməsinin seriyası ilə əlində olan “Cirinqova” soyadı olan doğum şəhadətnaməsinin seriyası eynidir. Demək bu da təsdiq edir ki doğum şəhadətnaməsində olan Cirinqova həqiqətən şəxsiyyət vəsiqəsində olan Rəşidova ilə eyni şəxsdir. Düşünür ki, mərhum əri Ramazan öz maraqları naminə o vaxtki Pasport Masasına saxta doğum şəhadətnaməsi düzəltdirib verib, həmin seriya və tarixlə ki, elə biliblər originaldı və daxili pasport veriblər. 1980-cı il elə həmin ikinci ərilə faktiki nikah münasibətlərində yaşadıqları dövrə təsadüf edir və onların adət-ənənə ilə toyları olmuşdur. Sadəcə yəqin müəyyən səbəblərə görə istəməyib ki, nikah bağlasınlar. Eyni zamanda istəyib ki, hamı bilsin ki, arvadıdır, ona görə bir yolnan öz soyadını ona vermək üçün bu yola əl atıb. Doğum şəhadətnaməsində olan X4 şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyniləşdirmə faktı təsdiq edilməli və hüquqi qiymət verilməlidir ki, o, şəxsiyyət vəsiqəsini dəyişərək, Cirinqova soyadını götürsün. Sonra da yenidən özünün və bacısının doğum şəhadətnaməsi barədə sorğu verilsin, götürsün və notariusda vərəsəlik işini bitirsin. Qeyd edir ki, X20 onun bacısı olmuş, o,1930-cı il tarixdə dünyaya gəlmiş və mərhum bacısı 03.10.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Sadəcə soyadında problem olduğu üçün bacısının doğum şəhadətnaməsi barədə sorğu verə bilmir. 1930-cu il 91 il əvvələ təsadüf etdiyi üçün ola bilər ki, hətta həm Maraqlı şəxs1ndə, həm də Milli Arxiv İdarəsində sənəd aşkarlanmasın. Çünki bildiyi qədər bütün sənədlər arxivdə maksimum 75 il qorunur. Lakin qeyd edir ki, soyadı və ata adı eynidir. Demək Pirdas xanımın onun bacısı olmasını qəbul etmək olar. Mərhum bacısının ölənə qədər əri və övladı olmamışdır. Bacısı keçmiş əri X1 ilə 22.10.1981-ci il tarixdə nikahlarını pozmuşlar. Miras qoyanın birinci dərəcəli varisləri olmadığı təqdirdə, ikinci dərəcəli varislər sırasında olan varislər həqiqi məcburi payı olan varislər sayılır. X15 ilə birgə nikah münasibətlərindən 08.12.1969-cu təvəllüdlü X16 adlı övladı olub. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-Nümayəndə1 oğlu ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinlənib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "X14" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona- xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi ( Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd soveti tərəfindən 01 iyul 1968-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1940-cı ildə anadan olmuş, atası X7, anası X17 qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən 02.07.2007-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən 13 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 095488 nömrəli ölum haqqında şəhadətnamədən görünür ki, Cirinqova Pirdas Əli qızı 03.10.2020-ci il tarixdə ölmüş, bu barədə ölum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10 ayının 10 günündə 314 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd soveti tərəfindən 04 fevral 1988-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı 250711 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 117.01.1988-ci ildə anadan olmuş, atası Nümayəndə1, anası X18 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 yanvar 2008-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X20 daş barıdan üçtü kirəmitli,iki mərtəbəli, cəmi dörd otaqlı evini X2 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd soveti tərəfindən 01 sentyabr 1964-cü ildə verilmiş İ-İE seriyalı 451140 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X19 ilə Cirinqova İkramat Əli qızı arasında xx.xx.1964-cü il tarixdə 43 nömrə ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Caniyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd icra nümayəndəliyi tərəfindlən 11 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 135526 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 06.05.1965-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1965-ci ilin 05 ayının 08 günündə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 135525 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 oğlu 26.09.2005-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin 09 ayının 27 günündə 22 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 sentyabr 1964-cü il tarixli AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə1 xx.xx.1964cü ildə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1964 ilin sentyabr aynının 20-də 180 nömrə ilə lazımi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 11 mart 2021-ci il tarixdi verilmiş 271 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, Cirinqova Pirdas Əli qızı barəsində Maraqlı şəxs1ndə doğum haqqında akt qeydi aşkar edilməmimşdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş 270 nömrəli nikahın pozulması haqqında akt qeydindən çıxarışdan görünür ki, X1 ilə X11 nikahın pozulması haqqında 22.10.1981-ci il tarixdə 50 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19.02.1990-cı ildə tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X20 vəfat etdiyi günə kimi ona məxsus olan yaşayış evini, xırda ev əmlakını və onun harada və nədən ibarət olmasından asılı olmayaraq bacısı oğlu Nümayəndə1 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 29 mart 2021-ci il tarixli, 018-19781R-4221 nömrəli məktubdan görünür ki, o, 25.12.1980-ci il tarixdə Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfidən verilmiş AZ1434658 nömrəli doğum haqqında şəhadətnamə əsasında soyadı “RƏŞİDOVA” qeyd olunmaqla XİV-654185 nömrəli keçmiş SSRİ nümunəli pasportla təmin edilmişdir. Sonradan həmin sənəd əsasında 04.07.2007-ci il tarixdə ilk dəfə Balakən RPŞ tərfindən ona AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin bildirilir ki, bacısı X20 ilk dəfə 30.06.2005-ci il tarixdə Balakən RPŞ tərəfindən AZE-02754703 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və vəfat üçün ona məxsus şəxsiyyət vəsiqəsi 07.11.2021-ci il tarixdə deaktivləşdirilmişdir. Qeyd olunmalıdır ki, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin əldə olunması ilə əlaqədar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etməsi məqsədəmüvafiqdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ünvanlanmış 17 aprel 2021-ci il tarixli, 05/76- 487-115 nömrəli məktiubdan görünür ki, Maraqlı şəxs1 arxivində Ərizəçi nikahı barədə akt qeydi araşdırılarkən məlum olmuşdur ki, xx.xx.1964-cü il tarixdə Balakən rayonu Meşəşambul kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 43 saylı nikah akt qeydi ilə Caniyev Ömər Mustafa oğlu və Cirinqova İkramat Əli qızı arasında nikah bağlandıqdan sonra Caniyeva soyadını qəbul etmişdir. Təqdim etdiyi doğum haqqında şəhadətnamədən də görünür ki, nümayəndəsi olduğu İkramat Əli qızının nikahdan əvvəl soyadı Cirinqova olmuşdur.X19 08.05.1965-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 saylı ölum haqqında akt qeydinə əsasən 06.05.1965-ci il tarixdə vəfat etmişdir. X15 ilə faktiki nikahlarından doğulan X5 barəsində 08.12.1969-cu il tarixdə Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 116 saylı doğum haqqında akt qeydində ata haqqında qeydin əsası nikaha əsasən deyil, ata-ananın birgə ərizəsinə əsasən qeyd edilmişdir. X10 vəfat etdiyi 06.05.1965-ci il tarixdən Rəşidov Ramazan Rəşid oğlunun vəfat etdiyi 26.09.2005-ci il tarixədək onun nikah bağlayaraq Cirinqova və ya Caniyeva soyadından Rəşidova soyadını qəbul etməyinə dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən bildirilir ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən 02.07.2007-ci il tarixdə verilmiş AZE seriyalı 05767493 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi Əli qızı ilə X3, həmçinin X12 eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan 17.04.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında… 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında… Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yenə də həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Sözügedən qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinin şərhi ilə bağlı məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar xüsusi icraat işlərində söhbət sənəd verən orqan tərəfindən belə səhvin düzəldilməsinin qeyri-mümkün olduğu hallarda həmin sənəddə olan səhvin aşkar edilməsi yolu ilə faktın müəyyən edilməsindən gedir. MPM-nin 307.2.5-ci maddəsində qanunverici bəzi hüquqmüəyyənedici sənədlərin-hərbi sənədlərin, pasportun, vətəndaşlaqı vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların verdiyi şəhadətnamələrin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini istisna edir. Belə ki, həmin sənədlərdə olan bütün səhvlər belə sənədləri vermiş orqanlar (təşkilatlar) tərəfindən aradan qaldırıla bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadının düzgün yazılmaması, məlumatın yaddan çıxıb yazılmaması və s.) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» ın 1-ci bəndinə əsasən şəxs səhvlərin düzəldilməsi üçün bu orqanlara (ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə, yəni vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlara və ya konsulluq idarəsinə) müraciət etməlidir. Həmin orqanlar səhvin düzəldilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında rəy qəbul etdikdə, əvvəl verilmiş şəhadətnamə ləğv edilir və yeni şəhadətnamə verilir. Əgər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edərsə, Azərbaycan Respublikası MPM-nin 339-341-ci maddələrinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edilə bilər, hüquq haqqında mübahisə olduqda isə şəxsin vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi barədə xahişinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ərizəçinin doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış və ona 01 iyul 1968-ci il tarixli, AZ ******* №-li doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində, nə də digər qanunvericilik aktlarında müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat orqanları və sair) tərəfindən verilən şəhadətnamələrin, o cümlədən doğum haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Əksinə qanun bu halı istisna edir. Belə ki, həmin şəhadətnamələrdə, o cümlədən doğum haqqında şəhadətnamədə olan səhvlər belə orqanlar tərəfindən aradan qaldırıla bilər. Qanunvericiliyin tələbinə görə əgər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan belə aktların (o cümlədən doğumun) qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina etdikdə, onda şəxs Azərbaycan Respublikası MPM-nin 339-341-ci maddələrinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarını qeydinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Hüquqa dair mübahisə olduqda isə bu, iddia icraatı qaydasında həyata keçirilir. Hazırki işdən görünür ki, Ərizəçi soyadının düzgün yazılmaması ilə bağlı doğum haqqında akt qeydindəki qeydin düzgün olmamasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası MPM-nin 339-341-ci maddələrinə əsasən məhkəməyə müraciət etməli olduğu halda, səhvən «X14» yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən olunması qanunda nəzərdə tutulmadığından, hazırki ərizə qanunun tələblərinə uyğun olmamaqla əsassızdır və ona görə də təmin oluna bilməz. İş üzrə ərizəçi və onun nümayəndəsi tərəfindən ərizədə göstərilən tələbin qanuni və əsaslı olması hər hansı mötəbər sübut təqdim edilməklə sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə ərizənin üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi "X14" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona- xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi ( Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Həmçinin ərizə təmin edilmədiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinə məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi "X14" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona-xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi ( Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin; hazırki iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-592/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-592/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver