Məhkəmə qərarları › İş №2(019)-60/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-60/2020

02.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-60/2020 02.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının Cavabdeh qarşı Balakən rayonu Şambul kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarının 2/3 hissəsinin naturada ayrılması və cavabdehin onlara düşən 2/3 hissəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,Balakən rayonu Şambul kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan və onlara ayrılan 2/3 hissəsinin naturada onlara ayrılması və həmin torpaq sahəsinin 2/3 hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin faktiki istifadə vəziyyəti ilə naturada iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 hissədə payının, cəmi 2/3 hissədə paylarının naturada bölünməsi və Cavabdeh onlara düşən 2/3 hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onunla əsaslandırmışlar ki, təmsil etdiyi şəxslər Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-324 kod 40116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərüffatı təyinatlı torpaq sahəsindən İddiaçı1 1/3 hissəsində, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızına 1/3 hissəsində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)-147/2019 nömrəli qətnaməsi ilə onların iddia tələbi təmin edilmiş, onların Cavabdeh ümumi birgə mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən 0,83 ha kənd təsərüffatlı təuinatlı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı1 və 1/3 hissəsinə Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının paylarının müəyyən edilməsi qət edilmişdir. Onlar Cavabdeh ilə mübahisəni məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması üçün dəfələrlə cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Ona görə də iddiaçılar göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hal-hazırda iddiaçılar Balakən rayonu Şambul kəndində yerləşən 0,83 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsindən 1/3 və 1/3 paylar olmaqla 2/3 hissəsində olan paylarının naturada bölünməsi, Cavabdeh təmsil etdiyi şəxslərə düşən 2/3 hissəsində olan topaq sahəsindən çıxarılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin 0,30 ha torpaq sahəsi ayrı torpaqdır və ekspert rəyinə görə onun naturada bölünməsi mümkündür. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-324 KOD 40116018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon x3 19 may 1998-ci il tarixli, 07 saylı qərarı ilə Balakən rayonu Şambul kəndi ərazisindən Cavabdeh, İddiaçı1 və x2 0,83 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)- 147/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının və x1 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1/3 hissəsinə İddiaçı1 və 1/3 hissəsinə Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 30861 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əlavə edilmiş sxem 1 və 2-nin göstəricilərinə əsasən Balakən rayonu, Şambul kəndində yerləşən İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin faktiki istifadə vəziyyəti ilə naturada iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 hissədə payının, cəmi 2/3 hissədə paylarının naturada ayrılması mümkündür. Bölgü sxemi rəyə əlavə edilmişdir. İddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ikinci hissəsi, yəni 0,53 ha torpaq sahəsinə isə yalnız bir tərəfdən yolu olduğu üçün və yerləşmə vəziyyətinə görə iddiaçılar və cavabdehlər arasında bölünməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 iyun 2020-ci il tarixli, 30861 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçılar Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək JN-324 kod 40116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərüffatı təyinatlı torpaq sahəsindən İddiaçı1 1/3 hissəsində, Hidayətova (Nuriyeva) Gülnar Məhəmməd qızına 1/3 hissəsində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)-147/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıların və Cavabdeh ümumi birgə mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən 0,83 ha kənd təsərüffatlı təuinatlı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı1 və 1/3 hissəsinə Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçıların Cavabdeh ilə mübahisəni məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması üçün dəfələrlə cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir.Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Hal-hazırda iddiaçılar Balakən rayon Şambul kəndində yerləşən 0,83 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin ayrıca yerləşən 0,30 ha sahəsinin hər birinin 1/3 hissə payının, ümumi 2/3 hissə paylarının naturada bölünməsi, Cavabdeh onlara düşən 2/3 hissəsində olan topaq sahəsindən çıxarılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Ekspert rəyinə əsasən Balakən rayonu, Şambul kəndində yerləşən İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin faktiki istifadə vəziyyəti ilə naturada iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 hissədə payının, cəmi 2/3 hissədə paylarının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. x6 Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən x6 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək,ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin faktiki istifadə vəziyyəti ilə naturada iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 hissədə payının, cəmi 2/3 hissədə paylarının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsi iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 payı, cəmi 2/3 payları ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılmalı və Cavabdeh həmin 0,30 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızına naturada düşən 2/3 hissəsindən çıxarılmalıdır. Həmçinin ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızına ödənilməli, ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyi üçün iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatdan 25 manatı Cavabdeh və 25 manatı iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabınaödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı1, Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızı və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsi iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızının hər birinin 1/3 payı, cəmi 2/3 payları ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılsın; Cavabdeh həmin 0,30 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızına naturada düşən 2/3 hissəsindən çıxarılsın; iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızına ödənilsin;iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatdan 25 manatı Cavabdeh və 25 manatı iddiaçılar İddiaçı1 və Hidayətova (Nəbiyeva) Gülnar Məhəmməd qızından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar