Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-60/2022 07.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qantayeva Rahilə Tamrazovnanın katibliyi, iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 Nurəddin qızının nümayəndəsi və vəkili Nümayəndə1 Maisovnanın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Nürəddin oğlunun, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 Nurəddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Nürəddin oğlu, Əliyeva ( (Aslanova) Maral Rüstəm qızı, Kutal (Aslanova) Aynurə Nurəddin qızı, İddiaçı4 Nürəddin oğlu və İddiaçı5 Nurəddin qızı cavabdehlər Cavabdeh1 Zeynalabid oğluna və Cavabdeh2 Əli qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-435 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 Nürəddin oğlu, Əliyeva (Aslanova) Maral Rüstəm qızı, Kutal (Aslanova) Aynurə Nurəddin qızı, İddiaçı4 Nürəddin oğlu və İddiaçı5 Nurəddin qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatdadırlar. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ailələrinin ümumi birgə mülkiyyətinə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 435 KOD 40108018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2002-ci ildə ümumibirgə mülkiyyətçi və ailə başçısı olan X9 həmin torpaq sahəsinin 0.49 ha hissəni, 11 avqust 2004-cü il tarixdə isə digər mülkiyyətçi olan X23 isə həmin torpaq sahəsinin digər 0.25 ha hissəsini Cavabdeh1 müvəqqəti olaraq icarəyə vermişdir. Onlar bir müddət Balakən rayonunda yaşamadıqlarından torpaq sahəsindən istifadə edə bilməmişlər. Bundan istifadə edən cavabdehlər uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər və ondan gəlir və mənfəət götürürlər. Son illərdə dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar torpaq sahəsindən çıxmırlar, əksinə torpaq sahəsini öz adlarına rəsmiləşdirmək istəyirlər. Bununla bağlı hər iki cavabdeh onlara qarşı qeyd olunmuş torpaq sahəsinə dair “ Alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(019) -136/2021 saylı qətnaməsi ilə onların iddiası rədd edilmişdir. Həmin qətnamənin surətini də ərizələrinə əlavə etmişlər. Məhkəmənin qətnaməsi qüvvəsini aldıqdan sonra da dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar mülkiyyətlərində olan torpaq sahəsindən çıxmırlar və istifadə etməkdə davam edirlər. Buna görə də qeyd olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbi ilə Məhkəməyə müraciət etməli olmuşlar. Məhkəməyə Kutal ( Aslanova) Aynurə Nurəddin qızı bildirir ki, ərə getdikdən sonra Kutal soyadını qəbul etmişdir. Bundan başqa ataları X7 25.07.2020-ci il tarixdə vəfat etmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1,Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 Nurəddin qızının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Zeynalabid oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə JN :435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları becərmək üçün iddiaçılara verilmişdir. Cavabdehlərin ailə başçısı olan X9 ona maddi vəziyyətinin ağır olduğunu, ona görə də pay torpaqlarını satmaq istədiyini, elə bir adam olsa, yanına göndərməsini demişdir. Bir neçə gündən sonra X4 yanına gedərək, torpağı almaq istədiyini bildirmiş, razılaşmışlar. X9 ilk növbədə 435 saylı planşetdə olan torpağı satmaq qərarına gəlmişdir. Torpağın alqı-satqısı üçün 2002-ci il 26 avqust tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinə getmişlər. Nürəddin Aslanov birinci növbədə 435 saylı planşetdə yerləşən 0.49 ha torpağı birdəfəlik ona bağışlamağı ilə bağlı izahat yazmışdır. Həmin izahat Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qazbinə bələdiyyəsinin sədrinin məsləhəti ilə bir neçə nəfərin iştirakı ilə akt tərtib edilməsinin də lazım olduğu bildirilmişdir. Həmin 2002-ci il 26 avqust tarixli aktda da X9 tərəfindən 0.49 ha torpağın birdəfəlik Cavabdeh1 bağışladığı təsdiq edilmişdir. Həmin akt yeddi nəfər-X15, X10, Cavabdeh2, X21, Cavabdeh1 və X9 tərəfindən imzalanmışdır. Aktın yekununda X9 tərəfindən torpağın Cavabdeh1 təhvil verildiyi və alıcı tərəfindən də alındığı qeyd edilmişdir. Birdəfəlik bağışlama olsa da, X1 pulla 500 min (beş yüz min-50 şirvan) manat pul vermişdir. İki il sonra isə X4 arvadı X23 yanına gələrək, Dövlət Aktının 435 V və 435 W planşetlərində qalan 0.25 ha torpağı da almasını istəmişdir. X25 ilə 11 avqust 2004-cü il tarixdə Qazbinə bələdiyyəsinə getmişlər. X3 bələdiyyəsində izahat yazaraq, torpağı daimi olaraq ona verdiyini qeyd etmişdir. Qazbinə bələdiyyəsinin sədri izahatı bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra X3 bələdiyyəsinə də ərizə ilə müraciət edərək (11.08.2004-cü il tarixdə) 0.25 ha torpağı daimi olaraq X11 verdiyini həm öz adından, həm də ailə üzvlərinin adından verdiyini təsdiq etmişdir. O, Qazbinə bələdiyyəsinin sədri Murtuzəli Əmətovun iştirakı ilə X2 pulla 350 min manat (35 şirvan) pul vermişdir. Eyni zamanda İddiaçı1 hal- hazırda Bakı şəhərində işləyir. 2020-ci ilin yanvar ayında rayona gəlmişdi. Atasının xəstə olduğunu, onun yanına gəldiyini demişdir. Məhkəməyə verib torpağın alqı satqısını başa çatdırmalarını bildirmişdir. Həm də atası Nürəddin də ona 0.74 ha pay torpağının alqı satqısını yekunlaşdırmasını dediyini qeyd etmişdir. O və arvadı Cavabdeh2 da İddiaçı1 az-çox narazılıq varsa, bildirməsini demişlər. Elşad bir az narazı olduğunu büruzə vermişdir. Arvadı Cavabdeh2 torpaq alınıb satılmasında halallıq lazım olduğunu bildirmişdir. Ona görə də İddiaçı1 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat pul da vermişlər. Bundan başqa həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün onlar külli miqdarda xərc çəkmişlər. İddiaçıların iddia tələbini əsassız hesab edir.Torpaq o şərtlə qaytarıla bilər ki, onların torpaq sahəsinə çəkdikləri bütün xərclər ödənsin. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əli qızı iddianı qəbul etməyərək cavabdeh Cavabdeh1 Zeynalabid oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-435,KOD 40108018 olan Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998ci il tarixli 08 nömrəli qərarı ilə X6, X16, X12, İddiaçı4 Nürəddin oğluna, İddiaçı1 Nurəddin oğluna və İddiaçı5 Nurəddin qızına Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(019)- 136/2021nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, X14, X12 və İddiaçı5 qarşı JN-435 KOD 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli 2(107)-858/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Əli qızının verdiyi apellyasiya şikayəti təmin edilməmiş,Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(019)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 2(102)-5189/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Cavabdeh1 Zeynalabid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-858/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 095346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov Nürəddin Ziyavəddin oğlu 25.07.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə balakən rayonu Mahamalar kəndi ərazisindən iddiaçıların ümumi birgə mülkiyyətinə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsindən isə cavabdehlər istifadə edirlər. İddiaçılar cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinə heç bir hüquqları olmamasına baxmayaraq həmin torpaq sahəsindən çıxmırlar. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə mübahisə predmeti olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1 Zeynalabid oğlunun və Cavabdeh2 Əli qızının heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etmələrini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların mülkiyyət hüquqlarının pozulmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli qızı iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Zeynalabid oğlu və Cavabdeh2 Əli qızı iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-60/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-60/2022
07.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver