Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-60/2024 24.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, tərcüməçi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1985-ci ildə inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəçini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X15 Timofeyevna 14 iyun 2006-cı ildə vəfat etdikdən sonra ondan ünvan 1ində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmiş JN-1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət evi miras qalmışdır. Anasının vəfatından sonra həmin miras əmlaklara sahiblik etməklə həmin mirası faktiki olaraq qəbul etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə miras əmlak olan, ünvan 1ində yerləşən X4 miras qalmış 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun vərəsələri olan X12, Cavabdeh1 və İddiaçı arasında payları bərabər olmaqla bölüşdürülmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, xx.xx.2022-ci il tarixdə isə digər vərəsələr ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinə 1/3 hissə olmaqla reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlərlə aralarında səngiməyən çox söz-söhbətlər və mübahisələr olduğuna görə qeyd edilən torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasını, cavabdehlərin onun payına uyğun verilmiş ərazidən çıxarılmasını tələb etmişdir. ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-931/2022 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən e-2(019)-119/2023 nömrəli mülki iş üzrə 10 mart 2023-cü il tarixli, 3-21-3-47/2-891/2023 №-li mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla 1/3 hissə X7, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Nəsərəddin oğluna düşən 1/3 hissəsinin naturada ayrılması həmin torpaq sahəsində yerləşən tikili bölündükdən sonra paylarına düşən 1/3 hissəsinin naturada ayrılmasına baxıla bilər. Qeyd etmək istəyir ki, həmin tikilini 1985-ci ildə tikmişdir. Həmin tikili əsaslı tikili hesab edilmir. Lakin bu tikili paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyindən və tikinti norma və qaydalarına uyğun inşa edilmədiyindən həmin tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyildir. Bundan əlavə həmin tikilinin mövcud olması torpaq sahəsinin naturada ayrılmasını mümkünsüz edir. Eyni zamanda həmin qanunsuz tikilidən istifadə ilə bağlı aralarında mübahisələr vardır. Hazırda həmin qanunsuz tikilinin olması onun mülkiyyətindən istifadə etmək hüquqlarının, torpaq sahəsindən payının ayrılması ilə bağlı iddianı mümkünsüz etdiyindən həmin tikilinin sökülməsi qərarına gəlmişdir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, ünvan 1ində yerləşən, anasından miras qalmış, paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, onun və mərhum qardaşı Vadimin qızı- Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Onların hər birinin 1/3 hissə payları vardır. Onun və qardaşı Vadimin ailə üzvülərinin sözügedən torpaq sahəsində olan tikilidən başqa yaşayış yerləri yoxdur. İddiaçı iddiası əsassızdır. Həmin tikilinin sökülməsi üçün əsaslar yoxdur. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək göstərdi ki, ünvan 1ində yerləşən,paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1 və onun təmsil etdiyi qızı- Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Onların hər birinin 1/3 hissə payları vardır. Onların sözügedən torpaq sahəsində olan tikilidən başqa yaşayış yerləri yoxdur. İddiaçı iddiası əsassızdır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN1096 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8 ünvan 1i ərazisindən 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Gərəkli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 12 may 2023cü il tarixdə verilmiş 100 nömrəli arayışda göstərilir ki, reyestr nömrəsi **********3532 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaqda yerləşən tikili, Balakən rayon Dövlət Arxivinin 26 oktyabr 2018-ci il tarixli 369 saylı arayışına əsasən 1985-ci ildə tikilmişdir. Əsaslı tikili hesab edilmir. Hazırda həmin tikili mərhum X5 üç vərəsəsi arasında mübahisələndirilir. İşdə olan Balakən Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(019)-34/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ölmüş cavabdeh X7 hüquqi varisləri Cavabdeh2, X11, X13 və cavabdeh Nümayəndə qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsi üzərində istifadə etmək üçün inşa etdiyi yardımçı saraya cavabdehlər tərəfindən, daxil olmaqla istifadə etməyinə maneələr yaratmaları, həmin saraydan icazəsi olmadan istifadə etməklə, qanunsuz çəkdikləri kommunal xətlərin ləğv edilməsi və mülkiyyətində olan yardımçı sarayı ona təhvil vermələri tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan, Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan tikili İddiaçı Nəsrədldin oğlunun, Cavabdeh1 və Cavabdeh2 mərhum atası X7 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir. Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi hüdudları daxilində tikilinin yerləşmə vəziyyəti tərtib edilmiş Yerquruluşu planında göstərilmişdir. Mübahisə predmeti olan , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan tikilinin yaşayış üçün yararlı olub-olmaması və tikinti norma qaydalarına uyğun inşa edilibedilməməsi idarənin səlahiyyəti xaricindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/6077 nömrəli ekspert rəyində göstərilir ki,qərardadın 1-ci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan tikilinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mərhum atası X7 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: xx.xx.2023-cü il tarixli 10/6077 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə material mərkəzə təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. Qeyd:Tikililərin yaşayış üçün yararlı olub-olmamasının müəyyən edilməsi mühəndis – texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 2-ci sualının 1-ci hissəsi üzrə tədqiqat aparılmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-23/2024 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı reyestr nömrəsi **********32 olan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissənin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında , eyni predmet barəsində və eyni əsas üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli ,2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(107)-624/2024 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 268 nömrəli arayışda göstərilmişdir ki, “verilir İddiaçı ondan ötrü ki, vərəsəsi olduğu X5 adına 18 saylı Zaqatala Ərazi İdarəsinin Zaqatala və Balakən rayon inzibati ərazi vahidləri üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin və arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. Məhkəmə iddiaçı və məhkəmə iclasına gəlmiş cavabdehin, digər cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi ünvan 1ində yerləşir, onların mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir və hər birinin 1/3 hissə payı vardır. Torpaq sahəsindən mülkiyyətçilərin payı naturada ayrılmamışdır. Həmin torpaq sahəsində 1985-ci ildə inşa olunmuş, əsaslı tikili hesab edilməyən tikili vardır. İddiaçı həmin tikilinin sökülməsini tələb edir, cavabdehlər isə tikilinin sökülməsinə etiraz edirlər. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.1-215.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-215.5-ci maddələrinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə işin hallarını, mübahisəli tikilinin İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini, torpaq sahəsində hər bir mülkiyyətçinin 1/3 hissə paylarının olmasını, torpaq sahəsindən mülkiyyətçilərin payının naturada ayrılmamasını, həmin tikilinin əsaslı tikili olmamaqla torpaq islahatından əvvəl- 1985-ci ildə inşa olunmasını, İddiaçı həmin tikilinin sökülməsini bütün mülkiyyətçilərin mənafeyi üçün deyil, öz mənafeyi üçün tələb etməsini, cavabdehlərin tikilinin sökülməsinə etiraz etmələrini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci və mütəxəssis rəyinin verilməsi üçün ödənmiş 95 manat xərc iddiaçının özünə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-60/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-60/2024
24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver