Məhkəmə qərarları › İş №2(019)-605/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-605/2021

08.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-605/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nurəddinoviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X2 miras qalmış 0.249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına cavabdeh X1 tərəfindən çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılmasına və və cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddinoviç məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 08.06.2021-ci il tarixə, saat 17.10-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi İddiaçı Nurəddinoviçin adından Nümayəndə tərəfindən imzalanmışdır. Lakin hazırki iddia ərizəsinə iddiaçının nümayəndəsi kimi göstərilən Nümayəndə iddiaçı kimi göstərilən İddiaçı Nurəddinoviç ilə yaxın qohumluq münasibətlərini və qanuna görə yaxın qohum kimi onu nümayəndə kimi təmsil etmək və o cümlədən onun adından iddia ərizəsini imzalamaq səlahiyyətlərini təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə və s.) əlavə edilməmişdir. Bu da Nümayəndə iddiaçı kimi göstərilən İddiaçı Nurəddinoviçin adından iddia ərizəsini imzalamaq səlahiyyətlərinin olmaması nəticəsinə gəlməyə əsas yaradır. Belə olan halda İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış ərizə kimi qəbul edilməklə, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Repsublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ərarvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Nurəddinoviçin Cavabdeh qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin yaradılan maneənin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar