Məhkəmə qərarları › İş №2(019)-609/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-609/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-609/2020 22.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, qızı X2 xx xxxxxxx 2002-ci ildə Balakən rayonu Hənifə kəndində doğulması, atası o-Ərizəçi, anası Maraqlı şəxs1 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx xxxxxxx 2002-ci ildə Balakən rayonu Hənifə kəndində Maraqlı şəxs1 doğulması, atasının Ərizəçi və anasının Maraqlı şəxs1 olması faktının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, X4 onun qızıdır. X4 onun Maraqlı şəxs1 faktiki nikahından xx.xx.2002-ci ildə Balakən rayonu Hənifə kəndində ev şəraitində doğulmuşdur. Maraqlı şəxs1 qızları Sonanı 6 aylıq ikən onun himayəsində qoyaraq, çıxıb getmişdir. Günay Yevlax şəhərindən İmamqulu adlı bir şəxslə ailə quraraq, onunla haradasa yaşayır. Qızı Sonanın anası Maraqlı şəxs1 yerini müəyyən etmək mümkün deyildir. Qızı Sonaya sənəd düzəltmək üçün anası Günaya müraciət etmişlər. Lakin Maraqlı şəxs1 gəlmək üçün maddi imkanı olmadığını bildirmişdir. İndi qızı Sonanın 17 yaşı var, lakin heç bir sənədi yoxdur. Maraqlı şəxs2nə müraciət etsə də, Sonaya doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmirlər. Doğum faktının müəyyən edilməsi X3 doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. O, qızı Sonaya bu sənədi başqa qaydada ala bilmir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 nümayəndəsi və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş vəməhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs2 nümayəndəsinin və Maraqlı şəxs1 iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğludur. Oğlu ƏrizəçiMaraqlı şəxs1 ilə faktiki nikahından xx.xx.2002-ci ildə X1 rayonu Hənifə kəndində ev şəraitində doğulmuşdur. Oğlu Şahverdi qızına onun adını vermişdir. Sonanın anası Maraqlı şəxs1 onu 6 aylıq ikən oğlunun himayəsində qoyaraq, çıxıb getmişdir. Doğum faktının müəyyən edilməsi X3 doğum haqqında şəhadətnamə almaq üçün vacibdir. Həqiqətən X2 atası Ərizəçi, anası isə Maraqlı şəxs1dır.X4 xx.xx.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Maraqlı şəxs1 doğulmuşdur. Uşağın anası Maraqlı şəxs1 yerini bilmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış imtina rəyində göstərilir ki, uşaq tibb müəssisəsindən kənarda doğulduğundan, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərinin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə Ərizəçi qız övladının doğumunun qeydə alınmasından imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 734 nömrəli arayışdan görünür ki, X4 həqiqətən Hənifə kəndində yaşayır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 944 nömrəli arayışdan görünür ki, X4 həqiqətən xx xxxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə faktiki nikahından xx.xx.2002-ci ildə X1 rayonu Hənifə kəndində ev şəraitində doğulmuşdur. Maraqlı şəxs1, Sonanı 6 aylıq ikən ərizəçinin himayəsində qoyaraq, çıxıb getmişdir. Ərizəçi qızı Sonanın doğumunun qeydə alınması və ona müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs2nə müraciət etsə də, Maraqlı şəxs2 Sona Allahverdiyevanın doğumunun qeyd edilməsi üçün heç bir sənədi olmadığından, doğumu qeydə almaq və müvafiq sənəd verməkdən imtina etmişdir. Göstərilən faktın müəyyən edilməsi ərizəçiyə qızı X2 adına doğum haqqında şəhadətnamə almaq üçün vacibdir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmir. Uşağın anası Maraqlı şəxs1 yerini müəyyən etmək mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X2 xx xxxxxxx 2002-ci ildə Balakən rayonu Hənifə kəndində Maraqlı şəxs1 doğulması və X2 anasının Maraqlı şəxs1 və atasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X2 xx xxxxxxx 2002-ci ildə Balakən rayonu Hənifə kəndində Maraqlı şəxs1 doğulması və X2 anasının Maraqlı şəxs1 və atasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar