Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-61/2022 13.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının mülkiyyət hüququ üzrə ona məxsus olan Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları,cavabdehlər tərəfindən vurulmuş 1600 manat dəyərində maddi zərərin ödənilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayonu, Şambul kəndində yaşayır. Xüsusi mülkiyyətində torpaq sahələri, o,cümlədən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin Torpaq sahəsini 2013-cü il tarixdə cavabdehlərdən almışdır. Həmin torpaq sahəsinə dair hüquqları 18.05.2020-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmışdır. Mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsindən 2013-cü ildən 2020-ci ilin yazınadək istifadə etmişdir. 2020-ci ilin yaz aylarında ot biçini zamanı Cavabdeh1 torpaq sahəsinin qapısına qıfıl vurmuş və müxtəlif bəhanələr edərək onu həmin torpaq sahəsinə buraxmayacağını bildirmişdir. Halhazıradək heç bir ot biçimi etməyinə imkan verməmişdirlər. Bununla bağlı 31.05.2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsindən ona məhkəməyə müraciət etməyi izah edilmişdir. 2 ildən artıqdır ki, o, ot biçinini həyata keçirə bilmir. Halbuki, hər il həmin 0.6381 ha torpaq sahəsindən 4 çalım ot biçir. Hər çalımda 50 tay ot götürmüşdür. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Ümumilikdə 8 çalım ot cavabdehlər tərəfindən yığılmış və ona maddi ziyan vurulmuşdur. 8 çalım otdan hər çalımda 50 ot presi götürdüyünü nəzərə alınsa, ümumi 400 ot presi təşkil edir. 1 ədəd pres otun bazar qiyməti 4 manatdır. 400 ot presinin bazar qiyməti 1600 manat təşkil edir. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmalarına dair müraciət etsə də nəticə vermədiyi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdehlərə qarşı Balakən Rayon Məhkəməsinin icraatında əvvəl də bu barədə mülki iş olmuşdur.Daha sonra məhkəməyə müraciət edərək mülki iş və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə ilə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ona görə də o yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki mülki iş üzrə (2(019)-32/2021) ekspertiza keçirilmişdir. Ekspertiza rəyindən narazı qaldığı üçün yenidən tərəfindən “X5” MMC-yə müraciət olunmuşdur. “X5” MMC –in 16 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, “Naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki istifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X1 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə istinadən JN512 saylı dövlət aktının 512 Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsi ilə ortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir (ortofotoplan ərizəyə əlavə olunur). Ekspert rəylərindən sonra ekspert rəyləri arasında olan uyğunsuzluğun araşdırılması məqsədi ilə DƏDRX-nə müraciət etmişdir. DƏDRX tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, Torpaq sahəsinin yerləşdiyi ərazidə ümumilikdə, vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlə olan koordinatlara uyğun yerləşmə vəziyyətləri arasında fərqlər (sürüşmələr) vardır.DƏDRX-nin vermiş olduğu məlumatdan, ekspert rəyindən və çıxarışdan aydın olur ki, cavabdehlərin zəbt etdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Ramazan oğlu və Cavabdeh2 Əhmədullah qızı, onların vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını,iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızı,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə yazılı etirazını göndərərək göstərmişdir ki, iddianı etiraf etmir. 2020-ci ildə İddiaçı ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Şambul kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0.6381 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, 600 (altı yüz) manat dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert onun İddiaçı məxsus torpaq sahəsini zəbt etməməsi barədə rəy vermişdir. Bu rəyə əsasən İddiaçı iddia ərizəsini geri götürmüşdür. Buna görə də 11 fevral 2021-ci il tarixli qərardadla həmin iş baxılmamış saxlanılmışdır. O, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun istifadəsində olan torpaq sahəsi qardaşına məxsus torpaq sahəsidir. İddiaçı məxsus torpaq sahəsi isə qardaşı İbrahimov Əlinin torpaq sahəsinə bitişik ərazidir. Bir övladı bu yaxınlarda öldürüldüyündən qisas hissi ilə yaşayır. Hazırda səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir, işə onun iştirakı olmadan baxaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 18 may 2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixi ********** saylı mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan, ********** qeydiyyat nömrəli 18.05.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür həmin torpaq sahələrinin naturada istifadə vəziyyəti və DƏDRX-nin tərtib etdiyi A№ 5326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “X5” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyindən görünür ki, naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki istifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X1 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə (oriyentirlərə) istinadən JN-512 saylı Dövlət Aktının 512Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsilə ortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 avqust 2021-ci il tarixdə verilmiş 311 nömrəli arayışdan görünür ki, Balakən Heyvan Bazarında 1 bağlama təbii otun bazar satış qiyməti 4.00 (dörd) manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 və İbrahimova X2 rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı 500 (beş yüz) manata satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Şambul bələdiyyəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli 01 nömrəli arayışdan görünür ki, Daşınmaz Əmlakın 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli müqaviləsi ilə alqı-satqı olunmuş 0.6381 ha torpaq sahəsinin torpaq vergisini 2014-cü ildən 2020-ci il daxil olmaqla X4 tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızı mülkiyyətlərində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı 500 (beş yüz) manata satmışlar.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızı həmin ərazidə olan, qohumlarına məxsus torpaq sahəsindən istifadə edirlər. İddiaçı Nəcməddin oğlu cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin ona satılmış torpaq sahəsi olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının onun mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək oradan istifadə etdiklərini göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçı təqdim etdiyi “X5” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyi isə məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir.Belə ki, Azərbaycan Respublikasının Ədliyyə NazirliyininTəşkilat-nəzarət baş idarəsinin birinci instansiya və apellyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış 01 iyun 2021-ci il tarixli 02/28-75 nömrəli məktubunda göstərilmişdir ki,heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim edilir. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. İddiaçının özünün təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən isə görünür ki, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan, ********** qeydiyyat nömrəli 18.05.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda İddiaçı vəsatəti əsasında Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, iddiaçı mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərci ödəməkdən imtina etdiyindən ekspert rəyinin alınması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi torpaq sahəsindən çıxarılmaya aid hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının İddiaçı mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmələri təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsinə aid hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-61/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-61/2022
13.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver