Məhkəmə qərarları › İş №2(019)-625/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-625/2021

03.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-625/2021 03.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin ailələrinin ümumi birgə mülkiyyətinə verilmiş 0.96 ha pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 511 KOD 40113018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ailələrinin ümumi birgə mülkiyyətinə verilmiş 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.96 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Talalar kənd sakinləridir. Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə onların və ailə üzvülərinin - X5, X2 və X1 ümumi birgə mülkiyyətlərinə Balakən rayonunun Talalar kəndi ərazisindən 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 511 KOD 40113018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 20.10.2000-ci ildə atası Ramiz Abdullayev, 04.12.2001-ci ildə isə anası Patimat Abdullayeva vəfat etmişdirlər. 2006-cı ildə onların tərəfindən mülkiyyətlərinə verilmiş 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.96 ha çöl sahəsində yerləşən hissəsini müvəqqəti 10 il müddətinə istifadə üçün həmin dövrdə Talalar kənd Bələdiyyə Sədri vəzifəsində işləyən Cavabdeh verilmişdir. Hal-hazıra qədər ailələrinin mülkiyyətinə verilmiş torpaq sahəsindən Cavabdeh istifadə edir. Dəfələrlə onlar Cavabdeh torpaq sahəsindən çıxmağı tələb etsələr də o, torpaq sahəsindən çıxmır və istifadə etməkdə davam edir. Ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun kəndçiləridir. Onların atası Abdullayev Ramiz 20.10.2000ci ildə, anası Patimat Abdullayeva 04.12.2001-ci ildə vəfat etmişdirlər. O, həmin vaxt kəndin bələdiyyə sədri olmuş və iddiaçılara valideynlərinin dəfn işlərində kömək etmişdir. 2004-cü ilin fevral ayında İddiaçı1 onun yanına gələrək ailələrinə məxsus torpaq sahəsinin çöl sahəsində yerləşən 0,96 hektar hissəsini satmaq istədiyini bildirmiş, torpaq sahəsini ******* AZM-ə razılaşmışlar. O, pulu İddiaçı1 vermiş, Rəşad da torpağa dair Dövlət aktının əslini ona vermiş və torpağın satılması barədə ərizə yazıb vermişdir. Həmin ərizə kənd icra nümayəndəliyində təsdiq olunmuşdur. O,vaxtdan da torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Həmin vaxt torpaq sahəsinin alqı-satqısı həyata keçirilmədiyindən notariat qaydasında alqı-satqı müqaviləsi bağlamamışlar. O, heç vaxt düşünməmişdir ki, iddiaçılar ona qarşı belə hərəkət edərlər. Hazırda həmin torpaq sahəsinin qiyməti 7000-10000 manatdır. Bu səbəbdən iddiaçılar kimlərinsə təsiri ilə ona qarşı bu iddianı qaldırmışlar. O, torpaq sahəsini geri qaytarmağa etiraz etmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 gəlib torpağın indiki dəyərini ödəsinlər, o da torpağı qaytarsın. Onun pulu qaytarılmayana kimi torpaq sahəsini geri qaytarmayacaqdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ şöbəsi tərəfindən 10 yanvar 2002-ci il tarixdə verilmiş AZ seriyalı 057703 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 dekabr 2001-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ şöbəsi tərəfindən 23 oktyabr 2000-ci il tarixdə verilmiş AZ seriyalı 031909 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 oktyabr 2000-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-511 KOD-40113018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X6, X4, Abdullayeva Aynurə Ramiz qızına, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Talalar kəndi ərazisindən 1.23 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X6, X4, X3, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Talalar kəndi ərazisindən 1.23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı1 2004-cü ildə həmin torpaq sahəsinin 0.96 hektar hissəsini Cavabdeh istifadəsinə vermişdir.Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh həmin torpaq sahəsindən çıxmasını tələb edirlər. Cavabdeh isə sözügedən torpaq sahəsini 2004-cü ildə ******* AZM-ə aldığını bildirərək torpağın hazırkı dəyəri ona ödənməyənə kimi torpaq sahəsindən çıxmayacağını bildirir. Buna görə də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Torpaq sahəsini iddiaçılardan 2004-cü ildə ******* AZM-ə alması, torpaq sahəsinin ona məxsus olması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh arasında sözügedən torpaq sahələrinə görə notariat qaydasında alqı-satqı bağlanmamışdır.Ona görə də məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etmir. Eyni zamanda Cavabdeh izah olunur ki, o, torpaq sahəsinə görə verdiyi pul tələbi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0.96 ha hissəsini istifadə etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçıların mülkiyyətində olan 0.96 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X5, X2, X1 ümumi birgə mülkiyyətlərində olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar