Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-63/2022 29.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, iddiaçı İsayeva(Abdullayeva) Bənövşə Eldar qızının və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətlərində olan 1.74 ha pay torpaq sahəsindən payına düşən hissənin naturada ayrılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 0042 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətlərində olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payına düşən 1/4 hissənin, yəni 0.435 ha hissənin naturada ayrılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona aid torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Balakən rayonunun Kortala kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə onun, qardaşının və valideynlərinin ümumi birgə mülkiyyətlərinə 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 0042 KOD 40106018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Akt hazırlanmışdır. 2000-ci ildə atası Cavabdeh2 ilə anası Cavabdeh1 boşanmışdırlar. Həmin vaxtdan ümumi birgə mülkiyyətlərində olan qeyd etdiyi pay torpaq sahəsi anası Cavabdeh1 istifadəsində olmuşdur. Hal-hazırda o, öz payına düşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən istifadə etmək istəyir. Lakin anası Gülzar onun torpaq sahəsindən istifadə etməsinə maneçilik edir və payına düşən sahəni onun istifadəsinə verməyəcəyini bildirir. Buna görə də qeyd olunmuş torpaq sahəsindən payına düşən hissənin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-579/2021 saylı qətnaməsi ilə bu torpaq sahəsinin 1/4 hissəsi, yəni 0.435 hektarının onun payına düşməsi müəyyən edilmişdir. Hal-hazırda o, bu torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər anası Cavabdeh1 və digərləri onun payına düşən hissədən də istifadə edirlər, onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Payına düşən torpaq sahəsini naturada ayırmaqla ona dair hüquqmüəyyənedici sənəd əldə etmək və öz payından istifadə etmək istəyir. Buna görə də qeyd olunan tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək göstərdi ki, Balakən rayonunun Kortala kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə onun, keçmiş arvadı Cavabdeh1, qızı- Abdullayeva (İsayeva) Bənövşə Eldar qızının və Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 0042 KOD 40106018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Akt hazırlanmışdır. 2000-ci ildən o, torpaq sahəsindən Cavabdeh1 istifadə edir. O da qızı Bənövşənin payının naturada ayrılmasını istəyir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0042 KOD 40106018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1i ərazisindən 1.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(019)-579/2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianin təmin edilməsi, iddiaçı Cavabdeh2,X1,Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə- 0,435 hektarına iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubda göstərilmişdir ki,İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətinizə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Bildiririk ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqəsi təqdim edilir. Təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd "xxxx" MMC-yə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. İşdə olan və məhkəmə iclasında təqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 sentyabr 2022-ci il tarixli 10/3825 nömrəli ekspert rəyindən görünür ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0042 KOD 40106018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən hüquqmüəyyənedici sənəddə göstərilən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı X1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 1/4-0435 ha hissəsi paylarının ayrıayrılıqda naturada ayrılması mümkündür (Bölgü variantı mütəxəssis rəyinə əlavə edilmişdir). Məhkəmə iddiaçını və məhkəmə iclasına gəlmiş cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1i ərazisindən 1.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(019)-579/2021-ci il nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə -0,435 hektarına iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının payı müəyyən edilmişdir. Cavabdehlərlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək payının naturada ayrılması və payına düşən torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını mübahisə predmeti olan ünvan 1ində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərində olmasını, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini,ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların ¼ hissə-0,435 hektar payının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının iddia tələbi təmin edilməli, İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş ünvan 1ində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının ¼ hissə-0,435 hektar olmaqla payı ekspert rəyinə uyğun naturada ayrılmalı, iddiaçının payına verilmiş torpaq sahəsindən cavabdehlər çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 manat dövlət rüsumu xərci tutulub iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızına verilməlidir. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin edilsin. İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş ünvan 1ində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının ¼-0,435 hissə payı 05 sentyabr 2022-ci il tarixli 10/3825 nömrəli ekspert rəyinə əlavə edilmiş plan sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılsın, iddiaçının payına verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 manat dövlət rüsumu xərci tutulub iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızına verilsin. 50 manat ekspertiza xərci cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-63/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-63/2022
29.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver