Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-633/2021 16.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızından Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha torpaq sahəsindən əsassız olaraq əldə etdikləri əmlakın dəyəri olan 38700 (otuz səkkiz min yeddi yüz) manatın , məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X12 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Şərif kəndində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin 1,0833 ha hissəsini 26 avqust 2004-cü il tarixdə notarial qaydada X3, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi reyestrdə 4-Ə 142 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsində 110 ədəd fındıq toması mövcuddur və qeyd olunan ərazidə fındığın 1 hektara olan məhsuldarlığı 10 sentnerdir (1000 kq) (əsas: Balakən rayon Statistika İdarəsinin 13 aprel 2021-ci il tarixli, 2 nömrəli və Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 may 2021-ci il tarixli, 21 nömrəli arayışları). X14 14 sentyabr 2009-cu il tarixdə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmiş, 29 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı anasının ölümündən sonra ondan qalmış miras əmlakı vərəsə olaraq qəbul etmişdir. Balakən rayonu Şərif kəndində yerləşən həmin 1,0833 ha torpaq sahəsi X11 notarial qaydada satılmasına, iddiaçıya vəsiyyət olunmasına baxmayaraq onların adına dövlət qeydiyyatına alınmamış, iddiaçı 12 aprel 2011-ci il tarixdə Balakən rayonu Şərif bələdiyyəsində təsdiq etdirməklə alqı-satqı müqaviləsi bağlayıb sözügedən torpaq sahəsini Cavabdeh2 7000 ABŞ dollarına satmış, torpaq sahəsini sonuncunun istifadəsinə vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi notarial qaydada bağlanmamışdır. Cavabdeh2 digər Cavabdeh1 qızının anası olmaqla 2011-ci ildən hazırki tarixədək sözügedən torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 qızı tərəfindən istifadə olunmuş, orada olan fındıq tomalarından əldə olunan fındıq məhsulu onlar tərəfindən yığılmış, ot yemi biçilmiş, həmin məhsulun satışından əldə olunmuş vəsait onlar tərəfindən istifadə olunmuşdur. Mübahisəli torpaq sahəsi əvvəlki mülkiyyətçilərin adında qaldığından Cavabdeh2 xahişi ilə X12 və onun ailə üzvləri 12 noyabr 2018-ci il tarixdə mübahisəli 1,0833 ha torpaq sahəsinə öz adlarına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Daha sonra, 20 noyabr 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasındakı alqı-satqı müqaviləsini rəsmiləşdirmək məqsədi ilə sözügedən torpaq sahəsi formal olaraq 5000 manata Cavabdeh1 qızına satılmış, torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan məlumatlı olduqdan sonra, iddiaçı sözügedən hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, həmin məhkəmənin 07 avqust 2019-cu il tarixli, 2(019)-685/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçının iddia tələbi qismən təmin edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 20 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 qızının adına 26 fevral 2019- cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə iddiaçının sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınıb onun sahibliyinə qaytarılması, iddiaçıdan 7000 ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlərə qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxta icra olunması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(019)-685/2019 nömrəli qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir. Əqdin etibarsızlığı nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olmasına baxmayaraq cavabdehlər 2011 -ci il tarixdən hazırki vaxtadək həmin torpaq sahəsindən əldə olunmuş fındıq məhsulunun və ot yeminin dəyərini iddiaçıya qaytarmamış, əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin ödənilməsi sonunculardan tələb olunmasına baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 2011-2020-ci illər üzrə fındığın 1 hektara olan məhsuldarlığı orta hesabla 10,7-11,3 sent olmuş, Respublika üzrə orta illik istehlak qiyməti 4,35-5,59 manat arasında dəyişmişdir. Mübahisə predmeti olan 1,0833 ha torpaq sahəsində 110 ədəd fındıq toması mövcuddur ki, onun yerləşdiyi Balakən rayonu Şərif kəndində fındığın 1 hektar sahəyə olan orta məhsuldarlığı 10 sentner olmuşdur. Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən, bir il ərzində mübahisəli torpaq sahəsindən 120-130 ədəd ot presinin əldə olunması mümkündür. Rəsmi elanlarla müəyyən olunur ki, ot presinin ortalama qiyməti təxminən 5-6 manat arasında dəyişməkdədir.Minimum 3 manatdan hesabladıqda cavabdehlər mübahisəli torpaq sahəsindən əldə olunmuş ot presindən (100 ədədə münasibətdə) illik 300 manat qazanc əldə etmişdirlər. Həmin torpaq sahəsində əkilmiş fındıq topalarından bir il ərzində minimum 1 ton fındıq məhsulunun əldə olunması mümkündür ki, minimum fındığın kilosunun 4 manatdan (fındığın yığılmasına çəkilmiş xərclər çıxılmaqla) nəzərə alındıqda cavabdehlər fındıq məhsulunun satışından il ərzində 4000 manat qazanc əldə etmişlər. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi 12 aprel 2011-ci il tarixdə Balakən rayonu Şərif bələdiyyəsində təsdiq etdirməklə alqı-satqı müqaviləsi bağlanaraq cavabdehlərin istifadəsinə verildiyi vaxtdan bir il sonra, yəni 2012-ci ildən 2020-ci ilədək olan 9 il müddətində cavabdehlər həmin torpaq sahəsindən 2700 manat ot presindən, 36000 manat isə oradan əldə olunmuş fındıq məhsulundan olmaqla, ümumilikdə 38700 manat əsassız olaraq qazanc əldə etmişlər. Məhkəmə iclasında İddiaçı Nurmahama oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qızı iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçı əmisidir. Anası Cavabdeh2 12 aprel 2011-ci ildə İddiaçı 7000 ABŞ dollarına Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini almış, həmin vaxt onlar arasında torpaq alqı-satqı müqaviləsi bağlanmış və Balakən rayon Şərif kənd bələdiyyəsində qeydə alınmışdır. O, vaxt anası Şahruzat 7000 ABŞ dollarını İddiaçı vermiş, sonuncu da torpaq sahəsini anasının istifadəsinə vermişdir. Lakin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Sonradan 20 noyabr 2018-ci il tarixdə torpaq sahəsinin əvvəlki sahibləri X4, X13, X7 və X8 ilə onun arasında həmin torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. 2019-cu ildə İddiaçı RX seriyalı ******* nömrəli 12 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)- 685/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin İddiaçı hal-hazıra kimi onlara ödəməli olduğu 7000 ABŞ dollarını onlara ödəməmişdir. Bu səbəbdən onlar da torpaq sahəsini qaytarmamışlar. Buna baxmayaraq 2020-ci ildə fındıq məhsulunun yarısını onlar, yarısını isə iddiaçının ailə üzvüləri yığmışlar. İddiaçı Hədisov X10 Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinin icrasından yayınmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Lətif qızı, onların nümayəndəsi və vəkili Nümayəndə3 iddianı etiraf etməyərək Cavabdeh1 qızının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 07 may 2021-ci il tarixli 21 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı olduğu 2(019)-685/2019 nömrəli mülki iş üzrə Balakən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin olunmuş, 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Həmin sahədə fındıq bağı yerləşir. Fındıq sahəsindən fındıq məhsulu qarşılıqlı razılaşma yolu ilə alqı-satqı aparıldıqdan, yəni 2011-ci ilin yazından 2020-ci ilə qədər 10 il ərzində Yeni-Şərif kənd sakini Cavabdeh2 və onun ailəsi tərəfindən yığılmışdır. Sahədə 110 toma fındıq vardır.Kəndə hər hektardan orta məhsuldarlıq 10 sentnerdir. Bağ sahəsində çöl sahəsinə nisbətən ot yemi az olur. Bir il ərzində bağ sahəsindən təxmini 120-130 ədəd ot bağlaması yığmaq mümkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayon Şərif kəndi ərazisindən yerləşən 1.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Şərif kənd soveti tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 126663 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında 04 yanvar 1997-ci il tarixli 01 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Hədisova soyadı verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması,torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin və onların nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X12 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Şərif kəndinin ərazisindən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin 1,0833 ha hissəsini 26 avqust 2004-cü il tarixdə notarial qaydada İddiaçı anası X2. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi reyestrdə 4-Ə 142 nömrə ilə qeydə alınmışdır. X14 14 sentyabr 2009-cu il tarixdə özünə məxsus bütün əmlakını, o cümlədən sözügedən torpaq sahəsini İddiaçı Nurmahama oğluna vəsiyyət etmiş, 29 oktyabr 2009cu il tarixdə vəfat etmişdir. İddiaçı Nurmahama oğlu anasının ölümündən sonra ondan qalmış miras əmlakı vərəsə olaraq qəbul etmişdir. O, 12 aprel 2011-ci il tarixdə Balakən rayonu Şərif bələdiyyəsində təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsini Cavabdeh2 7000 ABŞ dollarına satmış, pulu alaraq torpaq sahəsini sonuncunun istifadəsinə vermişdir. O,vaxtdan da torpaq sahəsindən cavabdehlər istifadə etmişlər. 20 noyabr 2018-ci il tarixdə torpaq sahəsinin əvvəlki sahibləri X4, X13, X7 və X8 ilə Cavabdeh1 qızının arasında həmin torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi 26 fevral 2019-cu il tarixdə Cavabdeh1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2019-cu ildə İddiaçı RX seriyalı ******* nömrəli 12 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dаir iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 noyabr 2018-ci il tarixdə X1 adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, AN-İ seriyalı ******* nömrəli 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 alınıb onun sahibliyinə qaytarılması, İddiaçı 7000 (yeddi min) ABŞ dollarının qətnamə icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınıb cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarılması, torpaq sahəsinin qaytarılması ilə pulun qaytarılmasının eyni vaxtda icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin İddiaçı hal-hazıra kimi Cavabdeh1 qızına və Cavabdeh2 ödəməli olduğu 7000 ABŞ dollarını onlara ödəməmişdir. Bu səbəbdən də qətnamənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı 2011-ci ildən Cavabdeh1 qızının və Cavabdeh2 ona məxsus, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edərək 38700 manat gəlir əldə etdiklərini, ona ziyan vurduqlarını, özlərinin isə əsassız varlandıqlarını iddia edir. Məhkəmə qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əsassız varlanma ilə bağlı Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını, İddiaçı, anasından ona miras qalmış, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2011-ci ildə 7000 ABŞ dolları alaraq cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 istifadəsinə və sahibliyinə verməsini, bu səbəbdən cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələrini, Balakən Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(019)-685/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı sahibliyində olmuş, Balakən rayonu Şərif kəndində yerləşən 1,0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona qaytarılmasının onun cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qaytarmalı olduğu 7000 ABŞ dolları ilə eyni vaxtda icra edilməli olmasını,lakin İddiaçı həmin icra sənədini icra etməməsini, bu səbəbdən torpaq sahəsinin cavabdehlərin istifadəsində qalmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı Nurmahama oğlunun cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-633/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-633/2021
16.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver