Məhkəmə qərarları › İş №2(019)-634/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-634/2020

01.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-634/2020 01.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli vermiş olduğu əmək müqaviləsinə xitam əmrinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən İddiaçı yazılı ərizə verməklə razılığı əsasında ilk cavabdeh olan Cavabdeh əsl cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPMnin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə iclasında həmçinin İddiaçı məhkəməyə iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx xxxx 2020-ci il tarixli, 44 saylı əmrinin ləğv edilməsi və onun Balakən şəhər 3 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Balakən rayon Sarıbulaq kənd tam orta məktəbinə laborant təyin olunmuşdur. Məktəbdə işlədiyi müddətdə bütün tapşırıqları yerinə yetirməklə yanaşı məktəb kollektivinin də hörmətini qazanmışdır. Həmin müddətdə əmək haqqı 110 manat təşkil etmişdir. 2014-cü ildə isə digər ixtisas üzrə Akademik Z. Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə müəllimə təyin olunmaqla yanaşı, fərdi təhsil alan şagirdlərə də dərs keçərək, əmək haqqısı 105 manat təşkil etmişdir. 2016-cı ildə analıq məzuniyyətinə çıxmaqla yanaşı, 3 il uşağını baxmalı olmuşdur. 2019-cu ildə 3 illik məzuniyyəti başa çatdıqdan sonra uşağının xəstəliyi ilə əlaqədar daha 1 il də öz hesabına məzuniyyət götürməli olmuşdur. 2019-cu ildən 2020-ci il müddətində olan bir illik məzuniyyəti başa çatdıqdan sonra ona heç bir xəbərdarlıq edilmədən işinə xitam verilməsi barədə əmr verilmişdir. Halbuki Əmək Məcəlləsinin 45.5-ci maddəsində göstərilir ki, hər hansı bir şəxs öz iş yerində fasiləsiz 5 il müddətində işlədiyi halda aralarında bağlanan müqavilə müddətsiz sayılır. Lakin buna baxmayaraq, Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi əmək müqaviləsini pozarkən həmin məcəlləni nəzərə almadan azyaşlı uşaqlarının baxılması üçün vəsaitə ehtiyacı olduğu bir vaxtda heç bir əsas olmadan, heç bir qanun pozuntusuna yol vermədiyi halda onu işdən azad etmişdir. Ona görə də onun işdən azad edilməsi barədə məktəbin əmri ləğv edilməli və o, əvvəlki işinə bərpa edilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbin nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, Baradova (Abalova) Kifayət Nəsrəddin qızı xx.xx.2014-cü il tarixdən məktəbə müvəqqəti ibtidai sinif müəllimi işinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənilən analıq məzuniyyətinə, xx.xx.2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə o, işinin icrasına başlamış, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən bu müddətli əmək müqaviləsinə xitam verilmişdir. Baradova (Abalova) X1 Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli, 44 nömrəli əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2014-cü il tarixli, 94 nömrəli əmrdən görünür ki, Baradova (Abalova) Kifayət Nəsrəddin qızı şəxsi ərizəsi əsasında məktəbə müvəqqəti müddətli müqavilə ilə işləyən ibtidai sinif müəllimi təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilmə tarixi xx.xx.2016cı il göstərilən X2 ilə X3 Bildirişindən görünür ki, İddiaçı ilə Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi arasında əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2014-cü il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2016-cı il göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2016-cı il tarixli, 30 nömrəli əmrdən görünür ki, 124538 № li xəstəlik vərəqəsi nəzərə alınmaqla məktəbdə müddətli müqavilə ilə işləyən Baradova (Abalova) Kifayət Nəsrəddin qızı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2016-cı il tarixli, 69/2 nömrəli əmrdən görünür ki, şəxsi ərizəsi əsas göstərilməklə məktəbdə müddətli müqavilə ilə işləyən ibtidai sinif müəllimi Baradova (Abalova) Kifayət Nəsrəddin qızı xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 62 nömrəli əmrdən görünür ki, məktəbdə müddətli müqavilə ilə işləyən ibtidai sinif müəllimi Baradova (Abalova) Kifayət Nəsrəddin qızının qismən ödənişli analıq məzuniyyətinin vaxtı xx.xx.2019-cu il tarixdə bitdiyi üçün uşağın xəstə olduğuna görə qulluğa ehtiyac olduğundan şəxsi ərizəsi əsasında həmin tarixdən xx xxxx 2020-ci il tarixədək ödənişsiz analıq məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli, 44 nömrəli əmrdən görünür ki, məktəbdə müddətli müqavilə ilə işləyən Baradova (Abalova) Kifayət Nəsrəddin qızının ödənişsiz məzuniyyəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün xx.xx.2020-ci il tarixdən onunla bağlanmış müqaviləsi ləğv edilmiş və həmin tarixdən işdən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə X3 bildirişindən görünür ki İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu bildiriş sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassızdır və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə müvəqqəti ibtidai sinif müəllimi təyin edilmiş, sistemə daxil edilmə tarixi xx.xx.2016-cı il göstərilən X2 ilə X3 bildirişində onunla xx.xx.2014-cü il tarixdə müddətli X2 və bu müddətli əmək müqaviləsi müddətinin qurtardığı tarixin xx.xx.2016-cı il olması göstərilmişdir. Abalova (Baradova) Kifayət Nəsrəddin qızı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək qismən ödənilən analıq məzuniyyətinə, xx.xx.2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək uşağa qulluqla bağlı ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.2020ci il tarixdə o, işinin icrasına başlamış, Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 44 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən Abalova (Baradova) Kifayət Nəsrəddin qızı ilə bağlanmış müvəqqəti əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş və o, həmin tarixdən işdən azad edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci hissələrinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davm edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci hisslərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşdəki sübutlardan görünür ki, cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbi ilə iddiaçı Abalova (Baradova) Kifayət Nəsrəddin qızı arasında bağlanmış 15.09. 2014-cü il tarixli əmək müqaviləsinə və həmin məktəbin xx.xx.2014-cü il tarixli, 94 nömrəli əmrinə əsasən Abalova (Baradova) Kifayət Nəsrəddin qızı cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə müvəqqətixx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ibtidai sinif müəllimi təyin edilmiş, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmış, həmin bildirişdə tərəflər arasında bağlanmış əmək müqaviləsinin növü müddətli göstərilməklə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2014-cü il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2016-cı il göstərilmişdir. Qanunun tələbinə görə də tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli hesab edilməlidir. Abalova (Baradova) Kifayət Nəsrəddin qızı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətinə, xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənilən analıq məzuniyyətinə, xx.xx.2019cu il tarixdən xx xxxx 2020-ci il tarixədək uşağa qulluğa görə ödənişsiz məzuniyyətə buraxılmış, xx.xx.2020-ci il tarixdə o, işinin icrasına başlamış, Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 44 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən Abalova (Baradova) Kifayət Nəsrəddin qızı ilə bağlanmış müvəqqəti əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş və o, həmin tarixdən işdən azad edilmişdir. Həmin əmr qanunun tələblərinə uyğun verilmiş və düzgün olaraq Abalova (Baradova) Kifayət Nəsrəddin qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə istinad edilmişdir. Həmçinin bu zaman işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməli olmasını nəzərdə tutan Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissənin tələbləri nəzərə alınmışdır. O da bildirilməlidir ki, Abalova (Baradova) Kifayət Nəsrəddin qızı ilə xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi onun ərizəsi əsasında iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, elektron informasiya sistemə müvafiq bildirişin qeydiyyatı ilə onunla əmək müqaviləsinin xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bağlanması, yəni müddətli olması qeyd edilmişdir. Məhkəmə iddiaçının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə istinad etməklə 5 ildən artıq müddətə fasiləsiz həmin məktəbdə işlədiyindən onunla bağlanmış müqavilənin müddətsiz hesab edilməli olması və bu əsasla işdən azad edilməsinin qeyriqanuni olması barədə iddia tələbinin əsaslandırıldığı hala hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının gətirdiyi bu hal əsassızdır və iddianın təmin olunması üçün əsas hesab oluna bilməz. Belə ki, Abalova (Baradova) Kifayət Nəsrəddin qızı xx.xx.2014-cü il tarixdə müvəqqəti əmək müqaviləsi üzrə işə başladıqdan sonra onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək qismən ödənilən analıq məzuniyyətinə, xx.xx.2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək uşağa qulluqla bağlı ödənişsiz məzuniyyətə buraxılması cavabdehin iradəsindən asılı olmayan hallarla bağlı olmuş, cavabdeh bu zaman qanunun tələblərinə əməl etmiş, həmçinin qanunda belə hallarda işçinin işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı tələbləri gözləmişdir. Ona görə də Abalova (Baradova) Kifayət Nəsrəddin qızının xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas analıq məzuniyyətində, xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənilən analıq məzuniyyətində və xx.xx.2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək uşağa qulluqla bağlı ödənişsiz məzuniyyətdə olması onun əmək müqaviləsinin fasiləsiz davam etdirilməsi kimi qəbul edilə bilməz. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və düzgün olaraq da onunla bağlanmış müddətli əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam verilmiş və o, işdən azad edilmişdir. Ona görə iddianın təmin edilməsi və Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinin xx xxxx 2020-ci il tarixli, 44 saylı əmrinin ləğv edilməsi və Abalova (Baradova) Kifayət Nəsrəddin qızının əvvəlki iş yerinə bərpa edilməsi üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə qarşı Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbin xx xxxx 2020-ci il tarixli, 44 saylı əmrinin ləğv edilməsi və onun Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi işinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə qarşı Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbin xx xxxx 2020-ci il tarixli, 44 saylı əmrinin ləğv edilməsi və onun Akademik Z.Əliyeva adına Balakən şəhər 3 saylı tam orta məktəbinə ibtidai sinif müəlliməsi işinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar