Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-649/2021 23.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X6 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş onun, anası Ərizəçi mənşəyinin müəyyən olunması, atası X2 atalıq faktının müəyyən olunması, eyni zamanda atası X5 və anası Ərizəçi qızı olmaqla 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, qızı- 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş X3 doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə səhvən ərizəçi olaraq o deyil, qızı -X3 adı qeyd edilmişdir. Odur ki, ərizəçi olaraq X3 onunla əvəz edilməsi, qızı- X10 qızının 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə icraata qəbul edilmiş, ərizəçi X10 qızı Ərizəçi ilə əvəz edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi onun anasıdır. Ərizəçi 07 dekabr 1969-cu ildə X5 ilə rəsmi nikah bağlamaqla evlənmişlər. Onlar Ermənistanın Amasiya rayonunun Balıqlı kəndində yaşamışlar. 1988-ci ildə onlar Ermənistandan qaçqın düşmüşlər və Balakən rayonu Mahamalar kəndində məskunlaşmışlar. Ərizəçi 02.08.1993-cü ildə Azadə adlı qızı doğulmuşdur. Həmin vaxt Ərizəçi sənədləri olmadığından və uşaq ev şəraitində doğulduğuna görə doğumu xəstəxanada qeydiyyata alınmamışdır. Qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır.O, Maraqlı şəxsnə qızı Azadə üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsində qızı barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır.Maraqlı şəxs doğumun qeyd edilməsi üçün heç bir sənəd olmadığından həmin sənədi verməkdən imtina etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyil. Ona görə də o yuxarıda qeyd olunan sənədlərin əsasında doğum faktının müəyyən edilməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Ərizəçi 02.08.1993-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş qızı- X4 doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçi 02.08.1993-cü il tarixdə anadan olmuş İbrahimova Azadə Yasin qızının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə göstərilən tələblə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır. Ərizəçi Ərizəçi ailəsi ilə birlikdə 1988ci ildə Balakən rayonunun gəlmiş və rayonunun Mahamalar kəndində məskunlaşmışlar. Ərizəçinin 1993-cü ildə ev şəraitində Azadə adında bir qızı olmuşdur. Azadə İbrahimovanın atası İbrahimov Yasin İbrahim oğlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ermənistan SSR Amasiya rayonunun Balıqlı kənd soveti tərəfindən 07 dekabr 1969-cu il tarixdə verilmiş İ-ZJ seriyalı 250503 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 07 dekabr 1969-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada İbrahimova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 18 may 2021ci il tarixdə Ərizəçi ünvanlanmış 05/76-607/15 nömrəli məktubda göstərilmişdir ki, ”Maraqlı şəxsnə 18.05.2021-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, təqdim etdiyiniz sənədlərə əsasən 02.08.1993-cti il tarixdə Balakən rayonunun Mahamalar kəndində dediyinizə görə ev şəraitində doğulan qız uşağınızın doğumunun şöbəmiz tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 3 1 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1 -ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 17 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 353658 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov Yasin İbrahim oğlu 27 yanvar 2009-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 535 nömrəli arayışda göstərilmişdir ki, X1 rayonu Mahamalar kənd sakinidir.Vətəndaş Mahamalar kəndində daimi qeydiyyatdadır və ailəsinin bildirməsinə görə 12 nömrəli Təsərrüfatbaşına kitabda 991 nömrəli şəxsi hesabda doğuş tarixi 02.08.1993-cü il qeyd olunmuşdur. Hal-hazırda Mahamalar kəndində Təsərrüfatbaşına kitabda daimi qeydi vardır, həmçinin ailəsinin bildirməsinə görə X6 02.08.1993-cü il tarixdə ev şəraitində anadan olmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsininin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızı 07 dekabr 1969-cu ildə X5 ilə rəsmi nikah bağlamaqla evlənmişlər. Onlar Ermənistanın Amasiya rayonunun Balıqlı kəndində yaşamışlar. 1988-ci ildə onlar Ermənistandan qaçqın düşmüşlər və Balakən rayonu Mahamalar kəndində məskunlaşmışlar. Ərizəçi 02.08.1993-cü ildə Azadə adlı qızı doğulmuşdur. Həmin vaxt Ərizəçi sənədləri olmadığından və uşaq ev şəraitində doğulduğuna görə doğumu xəstəxanada qeydiyyata alınmamışdır.Qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır.Ərizəçi qızının doğumunun müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsində doğumun qeyd edilməsi üçün heç bir sənəd olmadığından həmin sənədi verməkdən imtina etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 1 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi qızı- X3 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qızının qızı- X3 02.08.1993-cü ildə Balakən rayonu Mahamalar kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-649/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-649/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver