Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-66/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən onlara düşən payların naturada ayrılması və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-2xx xxx 40110018 saylı Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin payı olan 1/5 hissənin və DƏDRX X12 tərəfindən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evə dair seriya RX olan ******* saylı “Çıxarış” a əsasən həyətyanı torpaq sahəsindən paylarına düşən hissənin birlikdə naturada ayrılması və cavabdehlərin həmin torpaq sahələrindən çıxaırlması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı onunla əsaslandırmışlar ki, Balakən rayonunun Gərəkli kəndində yaşayırlar. Dövlət tərəfindən islahat aparılarkən JN-2xx xxx 40110018 saylı Dövlət aktına əsasən onlara və mərhumlar X8 və X3 0.57 ha pay torpaq sahəsi verilmişdir. Bundan başqa mərhum X4 adında 0.1185 ha həyətyanı torpaq sahəsi olmuşdur. Mərhumlar Mollayev və Xəlilova vəfat etdikdən sonra onlar miras qalmış həyətyanı və pay torpaq sahəsini oğlanları Cavabdeh1, Cavabdeh2 və onlar idarə etmişlər. DƏDRX X12 tərəfindən həyətyanı torpaq sahəsi və üzərində yerləşən evə dair seriya RX olan ******* saylı «Çıxarış» verilmişdir. Bu çıxarışda həyətyanı torpaq sahəsindən paylarına düşən hissələr qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-635/2019 saylı qətnaməsi ilə qeyd etdiyi 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinə 1/5 hissəsinə pay müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların həmin torpaq sahəsindən istifadə etmələrinə mane olurlar. Onlar paylarına düşən həm həyətyanı, həm də pay torpaq sahəsini birlikdə naturada ayırmaq və onlara dair hüquq müəyyənedici sənəd almaq istəyirlər. Buna görə də qeyd edilən tələblə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alıb JN-2xx xxx 40110018 saylı Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin payı olan 1/5 hissənin və DƏDRX X12 tərəfindən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evə dair seriya RX olan ******* saylı “Çıxarış”a əsasən həyətyanı torpaq sahəsindən paylarına düşən hissənin birlikdə naturada ayrılması və cavabdehlərin bu torpaq sahələrindən çıxaırlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-200 KOD-40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon X7 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X3, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.57 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən rayonu Gərəkli kəndində 0.1185 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evləri və torpaq sahəsindən fərdi yaşayış evləri və torpaq sahəsinin 1/15 hissəsi Cavabdeh1, fərdi yaşayış evləri və torpaq sahəsindən fərdi yaşayış evləri və torpaq sahəsinin 1/15 hissəsi Cavabdeh2oviçin, torpaq sahəsinin 3/15 hissəsi X1, torpaq sahəsinin 3/15 hissəsi İddiaçı1, torpaq sahəsinin 3/15 hissəsi İddiaçı3 və torpaq sahəsinin 4/15 hissəsi İddiaçı2 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-635/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən rayonu Gərəkli kəndində yerləşən X4, X2, İddiaçı1, İddiaçı3 və X5 ümumi birgə mülkiyyətində olan 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı1,1/5 hissəsinə İddiaçı3 və 1/5 hissəsinə MollayevEşqin İlimov oğlunun paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxx 2020ci il tarixli **********6 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-2xx xxx 40110018 olan Torpağa Mülkiyyət hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən X4, X2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 200M/0.29 ha, 200V/0.03 ha,200N/0.16 ha, 200V/0.09 ha cizgilərdə və DƏDRX-nin tərtib etdiyi RX ******* nömrəli Çıxarışda göstərilən 0.1185 ha həyətyanı torpaq sahəsinin ölçüləri, naturada istifadə edilən torpaq sahələri ilə konfiqurasiya fərqləri mövcud olduğundan hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. JN-2xx xxx 40110018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayonu X7 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə X10, X9, İddiaçı1, İddiaçı3, İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 1/5 hissə payına, İddiaçı3 1/5 hissə payına və İddiaçı2 1/5 hissə payına və qalan şəxslərin paylarına uyğun naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Hüqüqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında ümumi mülkiyyətə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evinin 0.1185 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 1/15 hissədə payına, Cavabdeh2 1/15 hissədə payına, X1 3/15 hissədə payına, İddiaçı1 3/15 hissədə payına, İddiaçı3 3/15 hissədə payına və İddiaçı2 4/15 hissədə payına uyğun naturada ölçülərək verilməsinə həmin torpaq sahəsində mövcud olan tikili bölündükdən sonra baxıla bilər (sxem 1-2). (Aparılmış tədqiqatın dəyəri 138.98 manatdır). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 31275 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-2xx xxx 40110018 olan Torpağa Mülkiyyət hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən X4, X2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.57 ha kənd təsərrüffatı təyinatlı torpaq sahələri 200M/0.29 ha, 200V/0.03 ha, 200N/0.16 ha, 200V/0.09 ha cizgilərdə və DƏDRX-nin tərtib etdiyi RX ******* nömrəli Çıxarışda göstərilən 0.1185 ha həyətyanı torpaq sahəsinin ölçüləri, naturada istifadə edilən torpaq sahələri ilə konfiqurasiya fərqləri mövcud olduğundan hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 31275 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-2xx xxx 40110018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayonu X7 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə X10, X9, İddiaçı1, İddiaçı3, İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 1/5 hissədə payına, İddiaçı3 1/5 hissədə payına və İddiaçı2 1/5 hissədə payına və qalan şəxslərin paylarına uyğun naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 31275 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında ümumi mülkiyyətə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evinini 0.1185 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 1/15 hissədə payına, Cavabdeh2 1/15 hissədə payına, X1 3/15 hissədə payına, İddiaçı1 3/15 hissədə payına, İddiaçı3 3/15 hissədə payına və İddiaçı2 4/15 hissədə payına uyğun naturada ölçülərək verilməsinə həmin torpaq sahəsində mövcud olan tikili bölündükdən sonra baxıla bilər. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayonu Gərəkli kəndində 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X6, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-635/2019 saylı qətnaməsi ilə Balakən rayonu Gərəkli kəndində yerləşən X4, X2, İddiaçı1, İddiaçı3 və X5 ümumi birgə mülkiyyətində olan 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı1, 1/5 hissəsinə İddiaçı3 və 1/5 hissəsinə X5 payları müəyyən edilmişdir. Həmçinin Balakən rayonu Gərəkli kəndində 0.1185 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evləri və torpaq sahəsindən fərdi yaşayış evləri və torpaq sahəsinin 1/15 hissəsi Cavabdeh1, fərdi yaşayış evləri və torpaq sahəsinin 1/15 hissəsi Cavabdeh2oviçin, torpaq sahəsinin 3/15 hissəsi X1, torpaq sahəsinin 3/15 hissəsi İddiaçı1, torpaq sahəsinin 3/15 hissəsi İddiaçı3 və torpaq sahəsinin 4/15 hissəsi İddiaçı2 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar öz paylarının naturada ayrılmasını istəyir. Cavabdehlər iddiaçıların öz paylarını ayırmasına razı olmadığından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyinə əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 1/5 hissədə payına, İddiaçı3 1/5 hissədə payına və İddiaçı2 1/5 hissədə payına və qalan şəxslərin paylarına uyğun naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Həmçinin Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evinin 0.1185 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 1/15 hissədə payına, Cavabdeh2 1/15 hissədə payına, X1 3/15 hissədə payına, İddiaçı1 3/15 hissədə payına, İddiaçı3 3/15 hissədə payına və İddiaçı2 4/15 hissədə payına uyğun naturada ölçülərək verilməsi həmin torpaq sahəsində mövcud olan tikilinin bölündükdən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X15 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, mübahisəli torpaq sahələrindən iddiaçıların paylarının naturada ayrılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 138,98 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən düşən paylarının naturada ayrılması və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair iddiaları təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 138,98 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-66/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-66/2020
05.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver