Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-662/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, cavabdeh X2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 JN 133, KOD 40109018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş 1.31 ha torpaq sahəsindən naturada bölünərək verilmiş 2/4 hissəsinə dair torpaq sahəsinə çəkmiş olduqları xərclərin müəyyən olunaraq cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək qətnamə qəbul edərkən torpaq sahəsinə çəkmiş olduqları 11580 (on bir min beş yüz səksən) manat məbləğində xərclərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir, İddiaçı1 məhkəməyə ərizə göndərərək xx.xx.2020-ci il tarixə saat 14:30-a təyin olunmuş mülki iş üzrə icraatı dayandıraraq, ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdehlər X4 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini göstərdilər. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı1 ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, digər İddiaçı2 məhkəmə iclasına gəlməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçılara izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-662/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-662/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver