Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-670/2021 30.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi doğum şəhadətnaməsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "X7" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona- xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1940-cı il tarixdə Balakən rayonun Sarıbulaq kəndində anadan olmuşdur, atası X4, anası X5r. Qeyd edir ki, 01.09.1964-ci il tarixdə X10 ilə nikah bağlamış, lakin 06.05.1965-ci il tarixdə mərhum əri X10 xəstəlikdən vəfat etmişdir. Sonra isə X8 ilə faktiki nikah münasibətlərində yaşamışdır. O, savadı olmayan evdar xanım olduğu üçün nikah bağlamaq lazım olduğunu bilməmişdir. Birinci əri də özü nikah mərasimini təşkil etmişdir. Sonra isə Rəşidova soyadını aldığını bilmiş və ona Rəşidova soyadıyla vəsiqə vermişlər. Lakin 26.09.2005-ci il tarixdə hipertoniya xəstəliyindən ikinci əri X8 vəfat etmişdir. O, yaxın zamanlara qədər sənədləşmə işləri və soyadının düz yazılmasının vacibliyini anlamamış, lakin müəyyən sənədləşmə işləri getdiyinə görə anlamışdır ki, həm bütün sənədləşmə işlərinə nəzarət etmək, həm də öz hüquqlarını bilmək lazımdır. O, ikinci nikahı ilə bağlı Maraqlı şəxs1nə, Qeydiyyat, Notariat Baş İdarəyə və hətta Milli Arxiv İdarəsinə sorğu vermişdir ki, öyrənsin ki, hansı əsaslarla ona Rəşidova soyadı verilmişdir, lakin heç bir nikah müqaviləsi aşkarlanmamışdır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu vermişdir ki, hansı əsaslarla o, Rəşidova soyadı ilə şəxsiyyət vəsiqəsi almışdır. Nikah müqaviləsi təqdim edilibsə, xahiş edib ki, surətini ona təqdim etsinlər. Lakin ona qeyri-adi cavab gəldi ki, o, doğum şəhadətnaməsi əsasında sovet pasportu almışdır, onun da əsasında vəsiqə almışdır və 25.12.1980-ci il tarixli, AZ1434658 saylı doğum şəhadətnaməsində soyadı Rəşidova yazılmışdır. Onun doğum şəhadətnaməsində soyadı Cirinqova yazılıb və sənədin tarixi başqa 01.07.1968 (lakin qeydiyyata alınıb 08.02.1940-ci il tarixdə) yazılıb, amma həminki seriyası AZ1434658 yazılıb, lakin üstündə 25.12.1980-ci il tarixli ştamp vardır. BPQMİ-nin məktubundakı guya “Rəşidova” olan doğum şəhadətnaməsinin seriyası ilə əlində olan “Cirinqova” soyadı olan doğum şəhadətnaməsinin seriyası eynidir. Demək, bu da təsdiq edir ki doğum şəhadətnaməsində olan Cirinqova həqiqətən şəxsiyyət vəsiqəsində olan Rəşidova ilə eyni şəxsdir. Düşünür ki, mərhum əri Ramazan öz maraqları naminə o vaxtki Pasport Masasına saxta doğum şəhadətnaməsi düzəltdirib verib, həmin seriya və tarixlə ki, elə biliblər originaldı və daxili pasport veriblər. 1980-cı il elə həmin ikinci əriylə faktiki nikah münasibətlərində yaşadıqları dövrə təsadüf edir və onların adət-ənənə ilə toyları olmuşdur. Sadəcə yəqin müəyyən səbəblərə görə istəməyib ki, nikah bağlasınlar. Eyni zamanda istəyib ki, hamı bilsin ki, arvadıdır, ona görə bir yolnan öz soyadını ona vermək üçün bu yola əl atıb. Doğum şəhadətnaməsində olan X2 şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyniləşdirmə faktı təsdiq edilməli və hüquqi qiymət verilməlidir ki, o, şəxsiyyət vəsiqəsini dəyişərək, Cirinqova soyadını götürsün. Sonra da yenidən özünün və bacısının doğum şəhadətnaməsi barədə sorğu verilsin, götürsün və notariusda vərəsəlik işini bitirsin. Qeyd edir ki, X11 onun bacısı olmuş, o,1930-cı il tarixdə dünyaya gəlmiş və mərhum bacısı 03.10.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Sadəcə soyadında problem olduğu üçün bacısının doğum şəhadətnaməsi barədə sorğu verə bilmir. 1930-cu il 91 il əvvələ təsadüf etdiyi üçün ola bilər ki, hətta həm Maraqlı şəxs1ndə, həm də Milli Arxiv İdarəsində sənəd aşkarlanmasın. Çünki bildiyi qədər bütün sənədlər arxivdə maksimum 75 il qorunur. Lakin qeyd edir ki, soyadı və ata adı eynidir. Demək Pirdas xanımın onun bacısı olmasını qəbul etmək olar. Mərhum bacısının ölənə qədər əri və övladı olmamışdır. Bacısı keçmiş əri X1 ilə 22.10.1981-ci il tarixdə nikahlarını pozmuşlar. Miras qoyanın birinci dərəcəli varisləri olmadığı təqdirdə, ikinci dərəcəli varislər sırasında olan varislər həqiqi məcburi payı olan varislər sayılır. X8 ilə birgə nikah münasibətlərindən 08.12.1969-cu təvəllüdlü X9 adlı övladı olub. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-X12 ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-592/2021 saylı qətnaməsindən görünür ki, Ərizəçi "X7" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona-xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi ( Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-592/2021 saylı qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsi ilə də Ərizəçi "X7" yazılan AZ ******* saylı 01.07.1968-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş doğum şəhadətnaməsinin ona-xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi ( Ş/V AZE 0*******| FİN xxxxxxx) məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi təmin edilməmişdir. Hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-592/2021 saylı qətnaməsinin qəbul edildiyi mülki işin tərəfləri ilə eynidir, həmin ərizələrin predmetləri və əsasları da eynilik təşkil edir, məzmun və mənasına, predmet və əsaslarına görə eynidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi doğum şəhadətnaməsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair №2(019)-670/2021 saylı mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməli, tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilməli və Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 262, 114, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi doğum şəhadətnaməsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair №2(019)-670/2021 saylı mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilsin; tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin; Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-670/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-670/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver