Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-681/2021 30.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi Nümayəndə iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktı qeydində düzəliş edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X2 barəsində Maraqlı şəxs tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva” dan ‘Dibirəliyeva”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev” dən "Dibirəliyev”ə, həmçinin mərhum xalası X1 barəsində Maraqlı şəxs tərəfindən 14.07.1953cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”dan “Dibirəliyeva”ya, babasının soyadının “Əliyev” dən "Dibirəliyev”ə, nənəsinin soyadının “Əliyeva”dan “Dibirəliyeva”ya ata adını “Əli’dən “Dibir”ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tələbi ilə ərizəsinin uyğunsuzluğuna görə ərizənin baxılmamış saxlanmasını və sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Nümayəndə ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, Ərizəçi ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, maraqlı şəxsin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi vətəndaşlıq vəziyyəti aktı qeydində düzəliş edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. Ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi izah olunur ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-681/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-681/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver