Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-688/2021 10.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh Nikolayevnaya qarşı miras payının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh Nikolayevnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X4 və mərhum atası X2 məxsus olmuş 0,96 ha pay torpağından (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi), eləcə də 0,09 ha həyətyanı torpaq sahəsindən və həmin ünvanda olan özlərinə məxsus yaşayış evindən nənəsinə və atasına məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi və həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri və həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Lakin hazırki iddia ərizəsində cavabdehlər və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi mərhum X3 və mərhum X1 vərəsələrinin adları və poçt ünvanları göstərilməmiş və həmçinin iddiaçının mərhum nənəsi X4 və mərhum atası X2 məxsus olmuş 0,96 ha pay torpağından (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi), eləcə də 0,09 ha həyətyanı torpaq sahəsindən və həmin ünvanda olan özlərinə məxsus yaşayış evindən kimin və hansı mirasından nənəsinə və atasına məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla kimin və hansı vərəsələr arasında bölünməli olması qeyd edilməməklə iddia tələbi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1 və 50.3-cü maddələrinin mənasına görə özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş konkert, dəqiq ifadə olunmuş və bu konteksdə cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsi və ya edilməməsi ilə bağlı tələb iddia tələbi kimi qəbul olunur. Bundan başqa, iddia ərizəsində mirasın qəbulu və bölünməsi ilə bağlı notariat kontoruna müraciət etməklə cavabdehlə və digər vərəsələrlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi barədə məlumat göstərilməmiş və mirasın qəbulu və bölünməsi ilə bağlı notariat kontoruna müraciət etməklə cavabdehlə və digər vərəsələrlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin ərizəçi mərhum nənəsi X4 və mərhum atası X2 məxsusluğu göstərilən fərdi yaşayış evinin qeydiyyat sənədlərini, vərəsələrin, o cümlədən özünün sözügedən mirası qəbul etməsi barədə iddia tələbinin əsaslandırıldığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Hesab edirəm ki, yuxarıda qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəlllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh Nikolayevnaya qarşı miras payının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh Nikolayevnaya qarşı miras payının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-688/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-688/2021
10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver