Məhkəmə qərarları › İş №2(019)-703/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-703/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-703/2020 17.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun 1965-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuşdur. X4 Aydın oğlu, anası isə X3 olmuşdur. Onların hər ikisi vəfat etmişlər. Onların arasında rəsmi nikah olmamışdır. O, doğulduqdan sonra valideynləri ona doğum haqqında şəhadətnamə götürməmiş və doğumu müvafiq təşkilatda qeydə aldırmamışlar. Son illərdə isə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda valideynlərindən miras qalmış əmlaklara dair sərəncam vermək istəyir. Mirasın əldə edilməsi ilə bağlı Balakən rayon notariat kontoruna müraciət etmişdir. Oradan ondan doğum şəhadətnaməsi tələb olunmuşdur. Onun isə doğum haqqında şəhadətnaməsi yoxdur. Buna görə də o, Maraqlı şəxsnə müraciət edərək doğum şəhadətnaməsi almaq istəmişdir. Lakin orada ona doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olması bildirilmişdir. Belə ki, həm onun valideynləri vəfat etmiş, həm də ki doğulduğu tibb müəssisəsinin arayışını Qeydiyyat Şöbəsinə təqdim etməsi qeyri-mümkündür. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. Ərizəçi 1965-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuşdur. Atası X6, anası isə X2r. Ərizəçinin hər iki valideyni ölmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs X1 ünvanlanmış məktubda göstərilmişdir ki, “Sizin qeyd etdiyiniz doğum tarixinə uyğun doğum haqqında akt qeydinin tərtib olunması və doğum haqqında şəhadətnamə verilməsi tərəfimizdən mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsinin tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 069026 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş 60 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X3 xx xxxxxx 1999-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən Ərizəçi verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1965-ci ildə anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 1965-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuşdur. Atası X6, anası isə X2r. Atası Musqa xx.xx.2020-ci ildə, anası Qərənfil isə xx xxxxxx 1999-cu ildə ölmüşlər. Valideynləri nikahlarını rəsmiləşdirməmişlər. O, miras əmlakın qəbulu ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmiş, ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Onun isə şəhadətnaməsi yoxdur və təqdim edə bilməmişdir. O, doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən ona doğum haqqında şəhadətnamə verilməmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası X6, anası isə X3 olmaqla 1965-ci ildə Balakən rayonu Hənifə kəndində doğulması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X6, anası isə X3 olmaqla 1965-ci ildə Balakən rayonu Hənifə kəndində doğulması müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar