Məhkəmə qərarları › İş №2(019)-711/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-711/2021

14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-711/2021 14.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi eyni şəxs olma faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 və X2 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 306.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qanun normalarına əsasən hüquq haqqında mübahisə olmadığı halında qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində məhkəmə qaydasında müəyyən edilə bilən hüquqi əhəmiyyəti olan faktlar sadalanmışdır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində şəxsin eyni şəxs olması faktının məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında şəxsin eyni şəxs olması faktının məhkəmə qaydasında müəyyən edilməsi müəyyən edilməmişdir. Ərizəçi isə göstərilən qanun normalarının tələblərinə əməl etməmiş, qanunda nəzərdə tutulmadığı və məhkəmədə baxılmalı olmadığı halında şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ancaq hazırki halda bu tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəçi özünə və ya anası X3 aid vətəndaşlaq vəziyyəti aktlarının qeydiyyatında (doğum haqqında akt qeydində və sair) adı, soyadı və ya ata adı qeydinə müvafiq düzəlişin edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etməli, həmin şöbə tərəfindən bu düzəlişin edilməsindən imtina olunduqda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə Ərizəçi X1 və X2 eyni şəxs olması faktının müəyyən edilməsi dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə özünə və ya anası X3 aid vətəndaşlaq vəziyyəti aktlarının qeydiyyatında (doğum haqqında akt qeydində və sair) adı, soyadı və ya ata adı qeydinə müvafiq düzəlişin edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmək, həmin şöbə tərəfindən bu düzəlişin edilməsindən imtina olunduqda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə Ərizəçi X1 və X2 eyni şəxs olması faktının müəyyən edilməsi dair ərizəsinin qəbul edilməsindən imtina edilsin; Ərizəçi özünə və ya anası X3 aid vətəndaşlaqı vəziyyəti aktlarının qeydiyyatında (doğum haqqında akt qeydində və sair) adı, soyadı və ya ata adı qeydinə müvafiq düzəlişin edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmək, həmin şöbə tərəfindən bu düzəlişin edilməsindən imtina olunduqda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar