Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-720/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdeh Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və əmək münasibətlərinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Qazma 1 nömrəli kənd tam orta məktəbin xx.xx.2020-ci il tarixli 66 saylı əmrinin ləğv edilməsi, Qazma 1 nömrəli tam orta məktəbində əvvəlki “ingilis dili müəllimi” vəzifəsinə eyni dərs yükü ilə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək Balakən rayon Qazma 1 nömrəli kənd tam orta məktəbin xx.xx.2020-ci il tarixli 66 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.1993-cü il tarixdə ünvan 1 A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2010-cu ildə orta məktəbi bitirərək İngilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetinə qəbul olunmuşdur. 2014-cü ildə Azərbaycan Dillər Universitetini bitirdikdən sonra xx.xx.2014-cü il tarixdə Balakən rayonu Qazma 1 saylı kənd tam orta məktəbinin direktoru Aşənnə Mehdiyeva ilə bağlanmış müddətsiz əmək müqaviləsi əsasında xx.xx.2014-cü il tarixli, 51 nömrəli əmrlə həmin məktəbə ingilis dili müəlliməsi təyin olunmuşdur. Cavabdeh ingilis dili müəlliməsi təyin olunarkən 12 saat dərslə təmin olunmuş, 2015-ci ilin sentyabr ayında, yeni dərs ilində dərs saatları tarifləşdirilərkən ona 19 saat dərs yükü verilmişdir. O, həmin 19 saat dərs yükü ilə xx.xx.2016-cı il tarixədək İngilis dili ixtisası üzrə dərs demiş, xx.xx.2016-cı il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Həmin müddət ərzində o, ikinci dəfə ana olduğundan xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək qismən ödənilən analıq məzuniyyətinə çıxmışdır. Lakin ixtisası üzrə fəaliyyətini davam etdirmək üçün işə qayıtmağı ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək bir neçə dəfə ərizə ilə Cavabdeh direktoruna müraciət etsə də ərizələrinin bir qisminə cavab verilməmiş, digər bir qisminə də laqeyd yanaşılaraq “Vətəndaşların müraciətləri haqqında” və “Kargüzarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarının müvafiq tələbləri ciddi surətdə pozularaq süründürməçiliyə yol verilmişdir. xx.xx.2020-ci il tarixli işə qayıtmağı ilə əlaqədar yazmış olduğu ərizə əsasında xx.xx.2020-ci il tarixdə işə qayıtmağını təsdiq edən əmr verilsə də xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 73-cü maddəsi əsas gətirilərək (Müddətli əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 66 nömrəli əmrlə birtərəfli qaydada xitam verilmişdir. Bununla bağlı təhsil müəssisəsindən maraqlanaraq, məlumat almaq istədikdə ona məlum olmuşdur ki, xx.xx.2014-cü il tarixdə bağladığı müddətsiz əmək müqaviləsinə o, analıq məzuniyyətində olduğu zaman onun razılığı olmadan dəyişiklik edilmiş, həmin müqavilə müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli, 66 nömrəli əmr qanunsuzdur. Ona görə də həmin əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, Balakən rayon Təhsil Şöbəsinin xx xxxx 2020-ci il tarixli 41 saylı əmri ilə Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrası ona həvalə edilmişdir. İddiaçı müəllimlərin işə qəbulu qaydalarına zidd olaraq Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinin əvvəlki direktorunun xx.xx.2014-cü il tarixli əmri ilə həmin məktəbə ixtisası üzrə İngilis dili müəllimi qəbul edilmişdir. İddiaçı xx xxxxxx 2016-cı il tarixdən analıq məzuniyyətində olmuş, xx xxxxxx 2020-ci il tarixdə işə qayıtmış və onunla bağlanmış müddətli əmək müqavilənin müddəti başa çatdığı üçün tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli, 66 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. O, həmçinin göstərdi ki, İddiaçı məktəbdə olan şəxsi işində onunla məktəb direktoru arasında xx xxxxxxxx 2014-cü ildə bağlanmış iki əmək müqaviləsi vardır. Əmək müqaviləsinin birində müqavilənin müddətsiz bağlanması qeyd edilmiş, həmin müqavilə İddiaçı tərəfindən imzalanmış və məktəbin möhürü ilə təsdiq edilmişdir. Digər müqavilədə isə İddiaçı imzaları yoxdur, həmin müqavilədə tərəflər arasındakı müqavilənin müddətli, yəni xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixə kimi bağlandığı qeyd edilmişdir. İddiaçı işə qəbulu elektron informasiya sisteminə xx xxxxxx 2017-ci ildə daxil edilmiş və orada əmək müqaviləsinin müddətli bağlandığı qeyd edilmişdir. Ona əsaslanaraq o da İddiaçı ilə bağlanmış müddətli əmək müqavilənin müddəti başa çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli, 66 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam vermişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsindən görünür ki, Balakən rayonu Qazma 1 nömrəli kənd tam orta məktəbinin direktoru X1 ilə X4 arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, X8 1 nömrəli kənd tam orta məktəbinə ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsindən görünür ki, Balakən rayon Qazma 1 nömrəli kənd tam orta məktəbinin direktoru X1 ilə X4 arasında xx.xx.2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilə ilə X8 1 nömrəli kənd tam orta məktəbinə müddətsiz ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. Müqavilədə işçi X2 imzaları yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Qazma kənd 1 saylı tam orta məktəbi üzrə xx xxxxxx 2020-ci il tarixli 66 nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrlə İddiaçı-məktəbin ingilis dili müəllimi müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə işə götürən məktəb direktoru X1 ilə işçi İddiaçı arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qazma 1 nömrəli kənd orta məktəbi üzrə xx.xx.2016-cı il tarixli 19.3 nömrəli əmrdən çıxarışda göstərilmişdir ki, X4 məktəbin müəllimi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılsın. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qazma 1 nömrəli kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçıməktəbin ingilis dili müəllimi müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qazma 1 nömrəli kənd orta məktəbinin direktoru A.Mehdiyeva tərəfindən məktəbin ingilis dili müəlliməsi İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, «Sizin işə qayıtma barədə ərizəyə cavab olaraq bildirirəm ki, xx xxxx 2020-ci il tarixdə koronovirus (covid19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşınısının alınmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bütün məktəbin pedoqoji və texniki işçiləri növbədənkənar məzuniyyətdə olduqları üçün sizin ərizənizin cavablandırılması mümkün olmamışdır. Ümumtəhsil məktəblərində tədris prosesi başlandıqda sizin ərizənizə müsbət baxılması təmin ediləcəkdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx xxxxxxxx 2014-cü ildə Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbinin direktoru ilə müddətsiz əmək müqaviləsi bağlamış, Balakən rayon Qazma kənd 1 saylı tam orta məktəbin direktorunun xx.xx.2014-cü il tarixli 51 nömrəli əmri ilə həmin məktəbə ixtisası üzrə İngilis dili müəllimi təyin edilmiş və xx xxxxxx 2016-cı il tarixə kimi həmin məktəbdə işləmişdir. xx.xx.2016-cı tarixdə İddiaçı analıq məzuniyyətinə çıxmış, həmin müddət ərzində ikinci dəfə ana olduğuna görə xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək yenidən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə işə qayıtması ilə əlaqədar ərizə ilə müraciət etmiş, xx.xx.2020-ci il tarixli əmrlə onun işə qayıtması barədə əmr verilmiş və xx.xx.2020-ci il tarixli 66 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Ona görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Həmin Məcəllənin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, İddiaçı Balakən rayon Qazma kənd 1 saylı tam orta məktəbinə müddətsiz əmək müqaviləsi bağlanılmaqla müəllim vəzifəsinə qəbul edilməsini, onun müddətli əmək müqaviləsinə xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə işdən azad edilməsini, Balakən rayon Qazma kənd 1 saylı tam orta məktəbin direktorunun xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrinin Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı işdən azad edilməsi qanunsuz olduğundan iddia təmin edilməli, İddiaçı işdən azad edilməsi barədə Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2020-ci il tarixli 66 nömrəli əmri ləğv edilməli, İddiaçı Balakən rayon Qazma 1 nömrəli tam orta məktəbində İngilis dili müəllimi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün onun əmək haqqısı ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı işdən azad edilməsi barədə Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2020-ci il tarixli 66 nömrəli əmri ləğv edilsin. İddiaçı Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbində İngilis dili müəllimi vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqısı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-720/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-720/2020
24.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver