Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-722/2021 14.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızının xx.xx.1940 təvəllüdlü Ərizəçi (Ş/V AZE 0*******| FİN xxxxxxx), xx.xx.1940 təvəllüdlü X2 (İİE 451140 saylı, xx.xx.1964 tarixli nikah şəhadətnaməsi) və xx.xx.1940 təvəllüdlü X1 (AZ ******* saylı 01.07.1968-ci il tarixli doğum şəhadətnaməsi) eyni şəxs olması faktının təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940 təvəllüdlü Ərizəçi (Ş/V AZE 0*******| FİN xxxxxxx), xx.xx.1940 təvəllüdlü X2 (İİE 451140 saylı, xx.xx.1964 tarixli nikah şəhadətnaməsi) və xx.xx.1940 təvəllüdlü X1 (AZ ******* saylı 01.07.1968-ci il tarixli doğum şəhadətnaməsi) eyni şəxs olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızı və maraqlı şəxslər Maraqlı şəxs1 və Baş Pasport, X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 14.07.2021-ci il tarixə, saat 11.10-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızının xx.xx.1940 təvəllüdlü Ərizəçi (Ş/V AZE 0*******| FİN xxxxxxx), xx.xx.1940 təvəllüdlü X2 (İİE 451140 saylı, xx.xx.1964 tarixli nikah şəhadətnaməsi) və xx.xx.1940 təvəllüdlü X1 (AZ ******* saylı 01.07.1968-ci il tarixli doğum şəhadətnaməsi) eyni şəxs olması faktının təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı, ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Həmçinin ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızının xx.xx.1940 təvəllüdlü Ərizəçi (Ş/V AZE 0*******| FİN xxxxxxx), xx.xx.1940 təvəllüdlü X2 (İİE 451140 saylı, xx.xx.1964 tarixli nikah şəhadətnaməsi) və xx.xx.1940 təvəllüdlü X1 (AZ ******* saylı 01.07.1968-ci il tarixli doğum şəhadətnaməsi) eyni şəxs olması faktının təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlansın; ərizəçi Rəşidova (Caniyeva, Cirinqova) İkramat Əli qızı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-722/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-722/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver