Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-725/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı1, İddiaçı3 nümayəndəsi Nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 Musa oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əhmədilov oğlunun, İddiaçı3, İddiaçı4 Əhmədilov oğlunun cavabdeh Cavabdeh qarşı 9 hektar 60 sot torpağın bölüşdürülməsi və kompleks fermasının maya dəyərinin ekspertiza və bazar qiyməti ilə təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 Əhmədilov oğlu, İddiaçı3, İddiaçı4 Əhmədilov oğlu cavabdeh Cavabdeh Əhmədilov oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 9 hektar 60 sot torpağın və kompleks fermasının vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özlərinə qaytarılmasını xahiş etmişdirlər. İddiaçı İddiaçı2 Əhmədilov oğlu və İddiaçı4 Əhmədilov oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı1 Əhməilov qızının və İddiaçı3 nümayəndəsi Nümayəndə2 ərizənin baxılmamış saxlanması barədə ərizə vermələrini, cavabdeh Cavabdeh Əhmədilov oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. İddiaçılara izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Əhmədilov oğlunun, İddiaçı3, İddiaçı4 Əhmədilov oğlunun cavabdeh Cavabdeh Əhmədilov oğluna qarşı 9 hektar 60 sot torpağın bölüşdürülməsi və kompleks fermasının maya dəyərininin ekspertiza və bazar qiyməti ilə təyin edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılar İddiaçı1 qızına, İddiaçı2 Əhmədilov oğluna, İddiaçı3, İddiaçı4 Əhmədilov oğluna izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-725/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-725/2020
30.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver