Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-739/2021 18.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən və pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşməklə ailəsinin mülkiyyətində olan 2762.90 kv/m pay torpaq sahəsindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı məhkəmə baxışı iclasında iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 əlavə olaraq cavabdeh qismində işə cəlb edilməsini və 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(019)- 672/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2 (107)-655/2018 saylı qərardadından görünür ki, cavabdehlər Solmaz Çerçiyeva, Cavabdeh2 və Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019cu il tarixli, 2 (102)-1585/2019 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri Vəkil2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli, 2 (107)-767/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2 (102)-7145\18 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli, 2 (102)-511/2019 saylı qərarından görünür ki, kasasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli,13(102)-1/2021 nömrəli qərardadından görünür ki, Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsi və qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilimişdir. Həmin qərardadda göstərilir ki, göründüyü kimi, Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2 (019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, göstərdi ki, Balakən rayon Aqrat İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqları-X6 və X2 Balakən rayonu Meşəşambul kəndində ərazisindən 1.14 ha pay torpaq sahəsi veirlmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kvm torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, Torpağın mülkiyyət hüququna dair» JN-422, KOD 40109018 olan Dövlət Aktında rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində iddiaçının əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, Gülnaz Qzaxova və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bacğlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir,1996-cı ildən orada yaşayır və orada iki mərtəbəli ev inşa etdirmişdir. Oğlu Ruslan da birlikdə həmin evdə yaşayır. Həmin ev pay torpağında tikildiyinə görə həmin evə dair sənəd verilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı adına verilmiş 11.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Ona görə də hazırki iddianın hüquqi əsası aradan qalxmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)- 672/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2 (107)-655/2018 saylı qərardadı ilə cavabdehlər Solmaz Çerçiyeva, Cavabdeh2 və Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2 (102)-1585/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri Vəkil2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli, 2(107)-767/2019 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2 (102)-7145\18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2019cu il tarixli, 2 (102)-511/2019 saylı qərarı ilə kasasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli,13(102)- 1/2021 nömrəli qərardadı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2(019)- 672/2017 nömrəli qətnaməsi və qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli, 2(107)- 655/2018 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilimişdir. Həmin qərardadda göstərilir ki,Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2 (019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə eyni tərəflərə aid qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli, 2(107)- 767/2019 saylı qətnaməsi ilə İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi faktını hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan bir fakt kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə sübütlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81,88,217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə özü tərəfindən müəyynə olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 6-cı maddəsinin tələblərni baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Göründyü kimi, qanunvericiliyə görə mülkiyyət hüququ əmlaka (əşyaya) sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı hüquqların cəmində ifadə olunun hüquqdur. Həm də qanunvericilik birmənalı şəkildə daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiiyatı tarixindən yaranması halı ilə bağlayır. Əgər daşınmaz əmlaka dair hüquqlar, o cümlədən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdırsa, onda həmin əmlak üzərində sərəncam verilə bilməz. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsinin məzmunundan, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-cı il tarixli qərarından və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından görünür ki, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüququna xitam verilməsini tələb etmək hüququna yalnız evin mülkiyyətçisi malikdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.12.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad olunan Konstitusiyasın 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda İddiaçı cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir. Qeyd olunanlar hazırki iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-739/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-739/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver