Məhkəmə qərarları › İş №2(019)-75/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-75/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-75/2020 08.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X10 və Cavabdeh2 qarşı Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədinin qismən ona məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X10 və Cavabdeh2 qarşı torpaq sahələrinin yerləşməsinin düzgünlüyünün isbatı üçün ekspertiza təyin etməklə Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədinin qismən ona məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilməsi, Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli AN438548 saylı 0.12 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli AN438548 saylı 0.12 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədinin qismən iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, göstərdi ki, iddiaçı bir-birindən təxminən yüz metrədək aralıda olan Cavabdeh2 aid xx.xx.2012-ci il tarixdə Dövlət X11 8281 nömrə ilə uçota alınmış AN 396177saylı planölçüyə aid 0,12 ha torpaq sahəsinin iddiaçıya aid xx xxxx 2013- cü il tarixli, AN438548 saylı plan ölçüsü olan Dövlət Torpaq və Xəritəçəkmə Kadastr kitabında 8347 N ilə uçota alınmış 0,12 ha torpaq sahəsinin 0,0732ha hissəsində üst-üstə düşməsi qeyri- mümkün olması və buraxılmış səhvin düzəldilməsi üçün AR ƏMDK yanında DƏDRX 18 saylı X10 müraciət etmişdir. 18 saylı X14 xx xxx 2019-cu il **********48 saylı məktubla cavab verərək məhkəməyə müraciət etməyi məqsədə uyğun hesab etdi. İddiaçı bu məktuba əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, N-2-1(84)-1050/2019 saylı qərardadına əsasən işə mülki qaydada baxılmasını tövsiyyə edildi. Qeyd etmək istəyir ki, iddiaçı 1991- ci il tarixdən X2 X7ndə Montyor işləmişdir. Həyətyanı torpaq sahəsi və evi olmadığına görə idarəyə məktub yazaraq, evlə təmin olunmağını xahiş etmişdir. X7 Zaqatala Elektrik şəbəkəsinə tabe idi. Azərenerji İB X4 xx xxx 1992- ci il tarixli, 05 0T əmri ilə 1975- ci il tarixdə tikilmiş ümumi sahəsi 108 kvm olan ev Musayeva (Quliyeva) Mina Kamal qızına, 1975- ci il tarixdə tikilmiş ümumi sahəsi 24 kvm olan tək otaqlı ev isə İddiaçı satılmışdır. Satılmış evlərin yerləşdiyi sahədə hərəsinə 30m x 40m = 1200 kvm torpaq sahəsi verilmişdir. Satılmış evlər və verilmiş torpaq sahələri müəsissənin balansında olmaqla Balakən rayon Mahamalar kəndində yerləşən köhnə QES (X15) ərazisindədir və birbirindən təxminən yüz metr aralıdır. Mütəxəssislərdən ibarət komissiya baş memar, baş yer quruluşçusu və idarənin nümayəndələri olmaqla verilmiş ev və torpaq sahələri Mahamalar kənd sovetində (kənd icra nümayəndəlikləri) qeydə alınmaqla xx xxx 1992-ci il tarixdə aktla rəsmiləşdirilərək, sahiblərinə təhvil verilmişdir. Ona verilmiş torpaq sahəsi xx.xx.1992-ci il tarixli aktla rəsmiləşdirilərkən komissiya tərkibində Musayeva (Quliyeva) Mina Kamal qızı da iştirak və imza etmişdir. 1995- ci ildə İddiaçı atası Nümayəndə1 anası X1 ayrıldığından 24 kvm evi müvəqqəti yaşamaq üçün heç bir sənəd imzalamadan yaşamaq üçün atasına vermişdir. 1975- ci ildə tikilmiş tək otaqlı 24 kvm ev köhnə və darısqal olduğundan əsaslı təmir və bərpa işləri aparmışlar. Bu zaman 24 kvm evin altı qazılmış və bu ölçüdə əlavə köməkçi (yardımçı) otaq düzəldilmişdir. Bundan əlavə 24 kvm evə bitişik bir dam örtüyünün altında olmaqla alt-üst biri yaşayış, digəri köməkçi (yardımçı) (45+45) kvm otaqlar əlavə tikildi. Təzə tikilən bu otaqların divarına bitişik təxminən 55 kvm sahəsi olan qəraj da əlavə olundu, bu tikintilərin ümumi sahəsi: 193 kvm oldu. Satın alınmış 1975- ci ildə, daş cingildən tikilmiş-24 kvm, təzə tikilmiş yaşayış sahəsi 45 kvm, köməkçi (yardımçı) otaqlar (45+24) kvm- kubikdən, Qaraj-55 kvm kubikdən tikilmişdir. Beləliklə qarajı nəzərə almasaq, təzə tikinti ümumi yaşayış sahəsi 45,5 kvm, yardımçı (köməkçi) sahə isə (45,5+ 24 kvm) -ümumi sahəsi 115,0 kvm oldu. Əmrlə alınmış 24 kvm evə bitişik halda ümumi sahəsi 139 kvm olan bir bina yarandı. Bu bina 1998-ci ildə tikilib başa çatdırıldı. Bu tikinti Balakən rayonu Mahamalar kəndi üzrə 7 N-li təsərrüftlaşma uçot kitabının 18- ci səhifəsində iddiaçının adına aşağıdakı qaydada qeydiyyata alınmışdır. 1975- ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 118 kvm ümumi, 70,2 kvm yaşayış sahəsi olan fərdi ev və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin iddiaçının olması barədə Mahamalar kənd icra nümayəndəliyinin xx.xx.2011- ci il tarixdə 1776 saylı arayışı məlumat üçün AR ƏMDK yanında DƏDRX-nin X10 təqdim olunmuşdur. Atası Bilal ikinci dəfə Nümayəndə2 ilə 1999- cu ilin axırında evlənmişdir. Onların ailə münasibəti zəminində aralarındakı münasibət pisləşdi. 2011-ci ildə atası bu qadınla boşandı. O, atasından evi geri tələb etdi. Məlum oldu ki, Mahamalar kənd icra nümayəndəliyinin xx xxxxxx 1999- cu il tarixli 1484 Nli saxta arayışı əsasında Balakən rayon DTİ və MHQ idarəsində öz adına qeydiyyata aldırmış, sonra bu evi atası Nümayəndə1 ikinci arvadının qızı Cavabdeh2 xx xxxxxx 2000ci il tarixli alqı-satqı müqaviləsi əsasında pul almadan satdı kimi formal olaraq rəsmiləşdirmişdir. Adı gedən idarədə atanın adına nömrəsiz, tarixsiz qeydiyyat vəsiqəsi yazılmışdır. Bu vəsiqədə torpaq qeyd olunmamış, ümumi sahəsi 193 kvm olan evin bir hissəsi 118 kvm 2 otaqlı 70,0 kvm əvəzinə, 2 otaqlı 45,5 kvm olduğu göstərilir. Beləliklə iddiaçının adına X3 xx xxx 1992- ci il tarixli, 05 oT əmri ilə satın alınmış ümumi sahəsi 24 km olan ev və 1998- ci ildə tikilmiş sahəsi 55 kvm olan qaraj qeydiyyat vəsiqəsində öz əksini tapmır. Bu evin altında yerləşən və xx xxx 1992- ci il tarixli aktla onun adına verilmiş 0,12 ha torpaq sahəsi ( 30m x 40m) də 1996-1998- ci illərdə 24 kvm otağın genişləndirilməsi və bərpası zamanı bu otağa bitişik tikilmiş ümumi sahəsi 118 kvm, yaşayış sahəsi 45,0 kvm kimi qeyd edilib. Balakən rayon DTİ MHQ idarəsi sözü gedən torpaq sahəsinə və evə atasının adına texniki pasport hazırlanmışdır. Azərenerji JB xx.xx.1990-cı il 563 N-li məktubuna əsasən X4xx.xx.1992-ci il tarixli, 05-OT saylı əmri ilə ona verilmiş (30m x 40m)=1200 kvm torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Kadastr kitabında 8347 N ilə qeydə alınmış xx xxxx 2013-cü il tarixli AN 438548 saylı plan ölçü sənədi verilmişdir. Cavabdeh2 cavabdeh AR ƏMDK yanında DƏDRX 18 saylı X10 üçüncü şəxs olan ona qarşı iddia ərizəsi ilə müraciət edərək, ona adına verilmiş xx xxxx 2013-cü il tarixli A seriyalı 438548 saylı plan və ölçü sənədinin ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqdisadi Məhkəməsinin hakimi K.Vəliyevin xx xxxxxx 2015- ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Cavabdeh2 bu qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqdisadi Kollegiyası xx xxxxxxx 2015- ci il tarixli, 2-1(107)-272/2015 saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Şəki İnzibati-İqdisadi Məhkəməsinin 2-1 (84)-601 /2015 saylı,xx xxxxxx 2015- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Cavabdeh2 bu qərardan kassasiya şikayəti verdiyinə görə inzibati işə Ali Məhkəmənin İnzibati-İqdisadi Kollegiyası tərəfindən xx xxxx 2016- cı ildə baxılmış və 2- 1(102)-84/ 2016 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqdisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2l(107)-272/2015 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. 05OT saylı, xx xxx 1992-ci il tarixli əmrlə ona satılmış 24 kvm yaşayış sahəsi olan evin altındakı torpaq sahəsi xx xxx 1992- ci il tarixli Aktla iddiaçıya verilmiş 30m x 40m-1200 kvm torpaq sahəsi ona qanuni verilib və AN 438548 saylı plan ölçü sənədi işlənib. ƏMDK yanında DƏDRX 18 saylı X8 rəisi B.Heraçiyevə ərizə yazaraq Dövlət Torpaq və Xəritəçəkmə Kadastr və kitabında 8247 nömrə ilə qeydə alınmış xx xxxx 2013- cü il tarixli AN 438448 saylı planölçüsü olan torpaq sahəsinə “Çıxarış” verilməsini xahiş etmiş və xx xxxxxx 2017- ci il tarixli, 1747 2000 1545 saylı məktubla cavab almışdır. Məktubda göstərilənlərə əməl edərək, Balakən şöbəsinə lazımi sənədləri təqdim etmiş və 80 manat rüsum ödəmişdir. ********** saylı Təsdiqetmə bildirişində xx.xx.2018- ci il tarixli son icra etmə vaxtı kimi göstərilsə də, B.Heraçiyevdən xx xxxxxxx 2018- ci il tarixli, **********30 saylı “İmtina” bildirişi almışdır. Bu məktubdan məlum olur ki, Azərenerji İB X4 xx xxx 1992- ci il tarixli əmrinə əsasən Musayeva (Quliyeva) Mina Kamal qızı aldığı 108 kvm evin altındakı 0,12 ha ( 30mx 40m) torpaq sahəsinə öz qızı Cavabdeh2 qıının adına aldığı Dövlət X11 8231 nömrə ilə uçota alınmış xx.xx.2012 -ci il tarixli, AN 391177 saylı plan ölçü sənədi (bu sənədə istinad edərək, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi) iddiaçının adına verilmiş Dövlət X11 4347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı 0,12 ha torpaq sahəsinin 0,0732 ha hissəsi üst-üstə düşür. Halbuki bu torpaq sahələri arasındakı məsafə yüz metrədək aralıdır. Bu torpaq sahələrinin döngə nöqtələrinin koordinantıları tam başqadır. 18 saylı X12 rəisi “Balakən sahəsinə müraciət et” göstərişi verəndə, o vətəndaşların şikayətini yerində yoxlatdırmamış, şablon cavab vermiş və iddiaçıya 80 manat rüsum ödədəndən sonra imtina cavabı vermişdir. Hesab edir ki, ƏMDK yanında DƏDRX- 18 saylı X14 Cavabdeh2 adına hazırlanmış ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışı verməkdə haqlı olmamış, torpaq sahələri üst-üstə düşdüyü halda Cavabdeh2 adına 0,12 ha torpaq sahəsinə çıxarış verməməli və hüququn qeydə alınması məhkəmə qaydasında mübahisələndirilməli idi. Onu da qeyd etmək istəyir ki, Azərenerji JB X4 xx xxx 1992- ci il tarixli, 05 OT saylı əmrinə əsasən İddiaçı satılmış 24 kvm ev 30 m (şimal cənub) x 40m ( şərq qərb) sahənin təxminən ortasına düşdüyü halda, Cavabdeh2 adına verilmiş “Çıxarış” da 24 kvm sahəsi olan evə bitişik tikilmiş 118 kvm ev (Cavabdeh2 satılmış hissə) sxemdə torpağın qərb sərhədinə düşür, bir hissəsi onun torpağında qalır. Deməli atası Nümayəndə1 adına verilmiş saxta texniki pasport torpağın sxemasından da düzgün istifadə olunmayıb. (orada torpağın ölçüləri şərqən-qərbə 60, şimaldan cənuba-20 m) Bu da əsası olmayan havadan yazılmış uydurma sahədir. Cavabdeh2 adına verilmiş AN 396177 saylı plan-ölçü sənədində torpağın ölçüləri şərqdən-qərbə 31 m, cənubdan şimala-38m göstərilib. Bu sahədə döngə nöqtələrinin koordinantlarına görə sözügedən əmrlə Quliyeva (Musayeva) Minanın aldığı 108 kvm ümumi yaşayış sahəsi olan evin altındakı sahədir. xx.xx.2012- ci il tarixdə hazırlanmış AN 396177 N-li plan ölçüsü olan 0,12 ha torpaq sahəsi xx xxxx 2013-cü il tarixdə hazırlanmış AN 438548 saylı plan ölçüsü olan sənədlərinin hazırlanması arasında bir il fərq var, niyə o zaman bu torpaq sahələri bir-birinin üzərinə düşmədi. Beş il sonra bu torpaq sahələri 0,0732 ha hissədə üst-üstə necə düşə bilər? Burada da 18 saylı Reyestr İdarəsinin əməkdaşları dünya miqyaslı ixtiraya nail olublar. Cavabdeh2 adına hazırlanmış AN 396177 saylı 0.12 ha torpaq sahəsini yüz metrə qədər aralı olan iddiaçıya məxsus AN 439548 0,12 ha torpaq sahəsi üzərinə əsrarəngiz bir qüvvə ilə ata biliblər. AN 396177 saylı plan-ölçü sənədinə diqqətlə baxılarsa, icraçı Bubuşovun əvəzinə səlahiyyət sahibi olmayan bir şəxsin saxta imza etdiyini görmək olar. xx xxx 2017- ci il tarixli, 201 saylı Balakən rayon Arxiv sənədlərindən də görünür ki, iddiaçının atası Nümayəndə1 adına xüsusi mülkiyyət də onun adına saxta yazılmış 118 kvm evin altında torpaq sahəsi qeyd edilməyib, yəni yoxdur. 18 saylı ərazi X13 bütün bunları nəzərə almalı idi və bu qarmaqarışıqlı mübahisəni məhkəmə yolu ilə həll etməli idi. Sənədləri hazırlayarkən ilkin sənədlərə məhəl qoymayan 18 saylı X14 özbaşınalıq edərək, evin də yerinin torpağın ortasından qərb sərhəddinə sürüşdürüblər. xx.xx.2019- cu il tarixli, 05 OT saylı əmri ilə X4 iddiaçıya satdığı 24 km ev və ona 1996-1998-ci illərdə bitişik tikilmiş 118 kvm ev ona verilmiş 0.12 ha torpaq sahəsinin (plan ölçüsü AN438548) Nümayəndə1 adına saxta yazılmış torpaq sahəsini ( 20m x 60m) =0,12 ha Cavabdeh2 adına verilmiş AN 396177 saylı torpaq sahələrinin ayrı-ayrı hissələrinə düşür. Cavabdeh2 adına AN 396117 saylı, xx.xx.2012- ci il tarixli 0,12 ha torpaq sahəsinin plan ölçüsü hazırlanarkən saxta da olsa Nümayəndə1 adına yazılmış texpasportda göstərilən torpaq sahəsində sxemasından istifadə olunmalı idi. Bu sxemadan da istifadə olunmadan, Musayeva (Quliyeva) Minanın adına əmrlə (xx xxx 2019-cu il N 050T) alınmış 108 kvm evin altındakı torpaq sahəsi hazırlanmış 0.12 ha sahənin (31 m x38m) plan ölçüsünün uzununa şimaldan-cənuba ilkin sənədsiz, (yəni torpağın verilmə aktı) istədikləri kimi yerləşdiriblər ki, nəticədə bir-birindən yüz metrədək aralı torpaq sahələri -0.732 ha üst-üstə düşüb. xx xxx 1992-ci ildə iddiaçıya 050T əmri ilə satılmış 24 kvm sahəsi olan evin altında verilmiş (30mx40m) =1200 kvm ərazinin üzərinə Mahamalar kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 1484 saylı saxta arayışına əsasən, uçotun adına (ilkin sənədsiz-torpağın verilmə aktı) olmadan 60m x 20m = 1200 kvm ölçüdə sxeması olan torpaq sahəsinə, satın alınmış 24 kvm və 1998- ci ildə bu otağa bitişik tikilmiş sahəsi 118 kvm olan bina da daxil olmaqla torpaq sahəsinə Balakən rayon DTİ və MHQ idarəsidə texpasport hazırlamışdır. Bu saxta texniki pasportda evlər toplusu 124 kvm+ 55kvm qaraj + 118 kvm yaşayış sahəsi olan ev), naturada şərqdən-qərbə istiqamətdə 18 m-lik məsafədə olduğu halda, ********** nömrə ilə qeydiyyata alınmış AN 396117 nömrəsi olan 0.12 ha torpaq sahəsinin sxemasında tam şimal-qərb hissəsinə düşür. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, hazırki məsələnin digər məhkəmələrin baxış predmeti olduğunu göstərərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə2, həmçinin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X8 nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin və Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbavcan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 438548 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində X2 18.05. 1992-ci il tarixli 0501 saylı əmri ilə 1200 kv m həyətyanı torpaq sahəsi İddiaçı verilmiş, həmin sənəd dövlət X9 xx xxxx 2013cü il tarixdə 8347 nömrə ilə uçota alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş AN seriyalı 396177 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində Dövlət Notariusunun xx.xx.2000-ci il tarixli müqaviləsinə əsasən 1200 kv m həyətyanı torpaq sahəsi Cavabdeh2 verilmiş, həmin sənəd dövlət X9 xx xxxx 2012-ci il tarixdə 8281 nömrə ilə uçota alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən DTİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, Balakən rayonunun Mahamalar kəndində yerləşən 1975-ci ildə tikilmiş, ümumi sahəsi 118,3 kv m, yaşayış sahəsi 45,5 kv m olan k otaqdan ibarət yaşayış evi Balakən RİH başçısının xx xxxx 1998-ci il tarixli 143 nömrəli sərəncamına əsəsən, reyestr kitabı 362, inventar nömrəsi 970 olmaqla, Balakən dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Nümayəndə1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-154/2019 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə (üçüncü şəxs: Cavabdeh2) qarşı “Cavabdeh2 adına hazırlanmış ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın qismən, ona məxsus 0,12 ha torpaq sahəsinin 0,0732 ha hissəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi və Dövlət X9 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli A seriyalı 438548 nömrəli plan-ölçü sənədində qeyd olunmuş 0,12 ha torpaq sahəsinin adına daşınmaz əmlakın dövlətə reyestrində qeydə alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC Şəki Layihə-Tədqiqat İdarəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi ŞM-126 nömrəli, xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı Plan və Ölçü sənədlərindəki koordinatlarına əsasən 0,12 ha-dır və Plan və Ölçü sənədinə uyğundur. İş materiallarında olan RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi İddiaçı adına tərtib edilmiş AN 438548 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilinə düşür və Cavabdeh2 Dövlət X11 8281 nömrə ilə uçota alınmış xx.xx.2012-ci il tarixli, AN 396177 saylı Plan və Ölçü sənədinə uyğun deyil. Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı 0,12 ha torpaq sahəsi ilə RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında göstərilən 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst- üstə düşür. Cavabdeh2 adına dan Dövlət X11 8281 nömrə ilə uçota alınmış xx.xx.2012-ci il tarixli AN 396177 saylı Plan və Ölçü sənədi daxilində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsi üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 81 manat 60 qəpikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1753 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq, Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı Plan və Ölçü sənədlərindəki koordinatlarına əsasən 0,12 ha-dır və Plan və Ölçü sənədinə uyğundur. İş materiallarında olan RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi İddiaçı adına tərtib edilmiş AN 438548 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilinə düşür və Cavabdeh2 Dövlət X11 8281 nömrə ilə uçota alınmış 05,07.2012-ci il tarixli AN 396177 saylı Plan və Ölçü sənədinə uyğun deyil. Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı 0,12 ha torpaq sahəsi ilə RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında göstərilən 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üstüstə düşür. Cavabdeh2 adına dan Dövlət X11 8281 nömrə ilə uçota alınmış xx.xx.2012-ci il tarixli, AN 396177 saylı Plan və Ölçü sənədi daxilində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsi üst-üstə düşmür. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə iddiaçının nümayəndəsinin və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatlarını dinləyib, işdə olan sübutları blavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, X4 xx.xx.1992-ci il tarixli, 05 nömrəli əmri əmrinə əsasən müəssisənin balansında olan Balakən rayonu Mahamalar kəndində yerləşən 1975-ci ildə inşa olunmuş, yaşayış sahəsi 24 kv.m olan yaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 438548 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində X2 18.05. 1992-ci il tarixli, 0501 saylı əmri ilə 1200 kv m həyətyanı torpaq sahəsi İddiaçı verilmiş, həmin sənəd dövlət X9 xx xxxx 2013cü il tarixdə 8347 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş AN seriyalı, 396177 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində Dövlət Notariusunun xx.xx.2000-ci il tarixli müqaviləsinə əsasən 1200 kv m həyətyanı torpaq sahəsi Cavabdeh2 verilmiş, həmin sənəd dövlət X9 xx xxxx 2012-ci il tarixdə 8281 nömrə ilə uçota alınmışdır. RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi İddiaçı adına tərtib edilmiş AN 438548 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilinə düşür və Cavabdeh2 Dövlət X11 8281 nömrə ilə uçota alınmış 05,07.2012-ci il tarixli, AN 396177 saylı Plan və Ölçü sənədinə uyğun deyil. Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X11 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı 0,12 ha torpaq sahəsi ilə RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında göstərilən 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst- üstə düşür. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında hazırki iddia tələbi digər məhkəmə baxışının predmeti olmamış və hazırki tələblə bağlı məhkəmə qərarı çıxarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət Hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının malik qanunvericiliyə uyğun gəlməyən fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X16 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd olunur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmənin qənaətinə görə, torpaq sahəsinə dair plan-ölçü sənədlərində torpaq sahələrinin koordinatlarının düzgün göstərilməməsi torpağa həmin sənədlər tərtib edilən zaman inzibati orqan tərəfindən yol verilmiş səhvin nəticəsidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hal-hazırda torpaq sahələri üzərində mülkiyyət hüququ çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Ona görə də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş mülkiyyət sənədləri qeydiyyat üçün əsas hesab olunduğundan şəhadətnamələrdə torpaq sahələrinin koordinatlarının düzgün göstərilməməsi hüquqların dövlət qeydiyyatı zamanı buraxılan səhv kimi qiymətləndirilir. Cavabdeh orqan bu düzəlişi aparmaq öhdəliyini daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yer quruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən isə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0.0732 ha hissəsinin İddiaçı adına tərtib edilmiş AN 438548 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilinə düşdüyünü və Cavabdeh2 Dövlət X11 8281 nömrə ilə uçota alınmış 05,07.2012-ci il tarixli, AN 396177 saylı Plan və Ölçü sənədinə uyğun işlənmədiyini, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədi qismən, İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X6 və Cavabdeh2 10 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə və 50 manat ekspertiza xərci tutulub, Dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba, 81.60 manat torpaq sahəsinin inventarlaşdırılması xərci cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətiyanında 18 saylı X6 və Cavabdeh2 tutulub, Kapital bankın Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SMİFT:AİİBAZ2X. Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qə t e t d i : İddia təmin edilsin. Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədi qismən-İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilsin. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X6 və Cavabdeh2 10 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə və 50 manat ekspertiza xərci tutulub, Dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı X6 və Cavabdeh2 81.60 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub, Kapital bankın Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SMİFT:AİİBAZ2X. Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar