Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-75/2021 13.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı torpaq sahələrindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilib,hasarlanmasına heç bir maneə törətməməyinin cavabdehin üzərinə qoyulması, Cavabdeh mülkiyyətimdə olan torpaq sahələrimdən istifadə və sahiblik etməyinə qarşı (torpaq sahələrinə daxil olmamaqla müşaiət olunan) qərəzli hərəkətlərə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh xüsusi mülkiyyətində olan 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.0928 ha həyətyanı torpaq sahəsininin 0.0789 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Balakən rayonu Qazma kəndində yerləşən, ona məxsus pay və həyətyanı torpaq sahələrinin hasarlanmasına və onun tərəfindən istifadəsinə, həmin ərazilərin qonşuluğunda yaşayan qardaşı Cavabdeh çox kobud şəkildə maneələr törədir. Bu üsulla ona məxsus olan ərazidən, özünə torpaq sahəsi verməyə məcbur etmək niyyətindədir. Baxmayaraq ki, analarından miras qalan torpaq sahələrindən ona düşən həyətyanı pay hissədən ona-Cavabdeh 10 sot torpaq sahəsi bağışlamışdır, yenə də pay torpaq sahəsindən də torpaq verməyəcəyi təqdirdə onun öz şəxsi torpaq sahələrinə ayaq basa bilməyəcəyini deyir. O, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə ulə müraciət etsə də, heç bir nəticə verməmişdir. Qazma kənd İcra Nümayəndəliyinin sədri Bəşir İbrahimov, kənd sahə polis müvəkkili Niyazi Məmmədov, Dövlət Reyestrinin mütəxəssisi Nəsrəddin Hacıyevin iştirakı ilə torpaq sahələrininin sərhədlərini müəyyənləşdirib hasara almaq üçün ərazidə olduğu halda belə etiraz edərək, maneələr törədir. Bununla yanaşı yaxın ailə üzvlərinin sakit təbiətli olmalarından sui- istifadə edərək, onlara təhdidə yönəlik ifadələr işlədir. O, öz ifadələrində onun həyat yoldaşı və oğlunun həmin əraziyə daxil olacağı təqdirdə, başlarına gələcəklərdən özünün cavabdeh olmadığını bildirir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri qnəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək iddianın əsassız olduğunu göstərərək, iddianın rədd olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 1436 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 85 №li reyestr kitabının 53 №li vərəqində 11.02.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində 0.0928 ha həyətyanı torpaq sahəsi 85 №li reyestr kitabının 51 №li vərəqində 11.02.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli 22.08.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 16 №li reyestr kitabının 95 №li vərəqində 22.08.2012-ci il tarixdə 3/4 hissə İddiaçı, 1/4 hissə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 20 noyabr 2019-cu il tarixli Əmlakın bölgüsü haqqında sazişdən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.30 ha torpaq sahəsi aralarında olan razılaşmaya əsasən İddiaçı-0.225 ha torpaq sahəsi, X6-0.075 ha torpaq sahəsi düşməklə bölünmüşdür. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən mərhum X3 mülkiyyətində olan ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin, 3/4 hissəsi üzrə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, Balakən rayonu Qazma kəndində yerləşən mərhum X3 mülkiyyətində olan ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin 1/4 hissəsi üzrə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 20 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 3/4 hissəsinin 0.0947 ha hissəsini Cavabdeh bağışlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 1436A KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinədair şəhadətnamədən görünür ki, BalakənrayonAqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində 0.25 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********15 olan, 476292 qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.075 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********13 olan, 476293 qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.1572 ha yaşayış məntəqələrinin (həyətyanı) torpaqları X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 məhkəmə tikinti-texniki ekspertizasının 10 mart 2021-ci il tarixli, 10/4027 №-li rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 23 fevral 2021-ci il tarixli, **********70 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.225 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən edilmişdir; mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.0928 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.0789 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən edilmişdir; mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömərli 11.02.2020-ci il tarixli Çıxarışla İddiaçı qızının xüsusi mülkiyyətinə verilmiş Qazma kəndində yerləşən 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh tərəfindən bütövlükdə istifadə edildiyi müəyyən edilmişdir; mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.0928 ha həyətyanı torpaq sahəsindən Cavabdeh 0.0789 hektar hissəsini istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 mart 2021-ci il tarixli, 10/4027 nömrədli bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 19.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə-10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Qazma kəndində yerləşən 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 11.02.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Qazma kəndində yerləşən 0.0928 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki sübutlarla, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının 10 mart 2021-ci il tarixli, 10/4027 №-li rəyi ilə Cavabdeh İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qazma kəndində yerləşən 0.225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bütövlükdə istifadə etdiyi və X8 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.0928 ha həyətyanı torpaq sahəsindən 0.0789 hektar hissəsini istifadə etdiyi müəyyən edilmişdir. Bununla da Cavabdeh İddiaçı sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarına əsassız müdaxilə etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,0928 ha həyətyanı torpaq sahəsinin 0,0789 ha hissəsindən çıxarılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı və 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,0928 ha həyətyanı torpaq sahəsinin 0,0789 ha hissəsindən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin; iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-75/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-75/2021
13.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver