Məhkəmə qərarları › İş №2(019)-754/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-754/2022

29.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-754/2022 29.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu,Ərizəçi doğum haqqında faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirərək müəyyənetdim: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ərizənin təmin edilməsi, mərhum anası xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 xx.xx.1932-ci il tarixdə doğulması, atasının X2 ,anasının X4 olması faktının təsdiq edilməsi, doğum haqqında arayışın verilməsi vəzifəsinin Balakən Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ərizənin təmin edilməsi, mərhum anası xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 xx.xx.1932-ci il tarixdə doğulması, atasının X2 ,anasının X4 olması faktının təsdiq edilməsi, doğum haqqında arayışın verilməsi vəzifəsinin Balakən Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Balakən Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasına baxmayaraq Ərizəçi ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Bundan başqa Ərizəçi ərizəsində mərhum anası xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 xx.xx.1932-ci il tarixdə doğulması, atasının X2, anasının X4 olması faktının təsdiq edilməsi ilə yanaşı doğum haqqında arayışın verilməsi vəzifəsinin Balakən Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə də qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsi inzibati orqandır və inzibati orqanın üzərinə hər hansı vəzifənin qoyulması məsələsinə mülki mühakimə icraatı qaydasında baxılmır. Ərizəçi yenə də ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa əməl etməyərək doğum faktının müəyən edilməsi ilə yanaşı doğum haqqında arayışın verilməsi vəzifəsinin Balakən Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə də qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: Ərizəçi doğum haqqında faktının müəyyən edilməsi tələbinə dair ərizəsi qaytarılsın. Ərizəçi izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar