Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-763/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Balakən şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən çıxarılaraq ona qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Balakən şəhər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ona verdiyi Çıxarışda qeyd olunmuş Balakən rayonu Füzuli küçəsi ev 6 yerləşən istifadəsində olan 0,0448 ha torpaq sahəsinin Bələdiyyə mülkiyyətindən çıxarılaraq ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, ümumi yurisdiksiyalı məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarından görünür ki, İddiaçı Balakən şəhər Bələdiyyəsinə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ona verdiyi Çıxarışda qeyd olunmuş Balakən rayonu Füzuli küçəsi ev 6 yerləşən istifadəsində olan 0,0448 ha torpaq sahəsinin Bələdiyyə mülkiyyətindən çıxarılaraq ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlara aid edilmişdir. Göründüyü kimi, Balakən şəhər Bələdiyyəsi inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydaları müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), yenə də həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanun normalarının tələbin əsasən hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində göstərilən iddia olduğundan, inzibati orqana qarşı irəli sürüldüyündən və inzibati mübahisəyə dair olduğundan, ona ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Balakən şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarılaraq ona qaytarılması tələbinə dair iddia ərizəsinin ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməli və İddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı Balakən şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarılaraq ona qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; İddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-763/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-763/2021
24.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver