Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-798/2020 04.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Möhöddin oğluna qarşı Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Möhöddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1i ünvanında yaşayır. Onun xüsusi mülkiyyətində Balakən rayonunun Hənifə (Roçəhməd) kəndində 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.35 hektarına görə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən xx.xx.2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəli çıxarış verilmiş, 1.51 hektar torpaq sahəsinə görə isə JN 05xx xxx 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Torpaq sahələri onun və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq uzun müddətdir ki, mülkiyyətində olan 0,35 hektar torpaq sahəsi və birgə mülkiyyətlərində olan JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən payına düşən 0.10 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini Cavabdeh Möhöddin oğlu qanunsuz olaraq zəbt edilmişdir. Nəticədə o, xüsusi mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh torpaq sahəsindən çıxmaq istəmir. O, mülkiyyətində olan 0.45 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı dəfələrlə müraciət etsədə, cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxmayacağını bildirmişdir. O, müxtəlif orqanlara müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Buna görə də o, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Möhöddin oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0511, KOD 40102018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X10 xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X6, X1, X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Ceerci oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli A seriyalı 472074 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adınadır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-497/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Möhöddin oğlu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X2 mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 13xx xxx 40102018 olan Dövlət Aktında göstərilmiş 0.356 ha torpaq sahəsinin və JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən İddiaçı payına düşən 0.10 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsinin X7, İddiaçı ilə onun arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-497/2020 nömrəli qərardadı ilə baxılmamış saxlanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonunun Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin X9, X4 və X8 ilə ümumi birgə mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Uzun müddətdir ki, onun mülkiyyətində olan 0,35 hektar torpaq sahəsi və X9, X4 və X8 ilə ümumi birgə mülkiyyətində olan, JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən, payına düşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Möhöddin oğlu heç bir hüququ olmadan istifadə edir və iddiaçının oradan istifadə etməsinə imkan vermir. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X17 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 mülkiyyətində olmasını, Cavabdeh Möhöddin oğlunun heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Möhöddin oğlu çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Möhöddin oğlu çıxarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-798/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-798/2020
04.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver