Məhkəmə qərarları › İş №2(019)-8/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-8/2020

16.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-8/2020 16.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsinə, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən rayon Katex Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək reyestr nömrəsi **********97 saylı Çıxarışa əsasən X4 və İddiaçı məxsus 0.90 ha torpaq sahəsinin Katex Bələdiyyəsi tərəfindən zəbt olunmuş hissəsinin boşaldılaraq reyestr nömrəsi **********97 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlara uyğun olaraq bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 və Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb etməklə reyestr nömrəsi **********97 saylı Çıxarışa əsasən X4 və İddiaçı məxsus 0.90 ha torpaq sahəsinin 0.0061 ha hissəsindən (mütəxəssis və ekspert rəyində göstərilən hissədə) Balakən rayon Katex bələdiyyəsinin, 0.0731 ha hissəsindən Cavabdeh3 və 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmçinin iş materialları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə və ekspertiza rəyinə əsasən iddiaçının tələb etdiyi 0.90 ha torpaq sahəsinin 0.0731 ha hissəsinin Cavabdeh3 və 0.02 ha hissəsinin Cavabdeh2tərəfindən istifadə olunmasını və onların faktiki istifadəsində olması nəzərə alınaraq, iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh3 və Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyes-trindən, RX N ******* saylı çıxarışa əsasən X4 və ona məxsus 0.90 ha paylı mülkiyyətdən ona məxsus 1/3 hissə payın ayrılması məqsədilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixdə, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qəbul etdiyi qərardada əsasən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 23934 saylı Ekspertiza rəyində istifadə edilmiş xx xxxxxxx 2017-ci il tarixli, **********33 saylı mütəxəssis rəyində, Balakən rayonu Katex kəndində yerlə-şən, RX N ******* saylı çıxarışa əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri, reyestr nömrəsi **********97 olan Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarına uyğun gəlməyərək, 0.7771 ha müəyyən edilmişdir. 2017-ci il tarixli, **********33 saylı mütəxəssis rəyində göstərilmiş sxemdən görünür ki,Reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərinin 0.7771 ha olmasının səbəbi, mütəxəssis rəyinə əlavə edilmiş sxemin sol tərəfində göstərilmiş bələdiyyə mülkiyyəti kimi göstərilmiş əraziyə qatılmasıdır. xx.xx.2017-ci il tarixli, **********33 saylı mütəxəssis rəyində göstərilmiş Sxemdən görünür ki, Reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı (cizgisi) və ölçüsü sənədində qeyd edilmiş sxemin 6 və 7 saylı nöqtələri boyunca təxminən 10 m sahə bələdiyyə mülkiyyəti tərəfindən zəbt edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, reyestr nömrəsi **********97 saylı Çıxarışa əsasən X4 və İddiaçı məxsus 0.90 ha torpaq sahəsinin 0,0061 ha hissəsinin Balakən rayon Katex bələdiyyəsi, 0.0731 ha hissəsinin Cavabdeh3 və 0.02 ha hissəsinin Cavabdeh2 tərəfindən qanunsuz istifadə olunmasının mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edildiyini nəzərə alaraq, həmin 0.90 ha torpaq sahəsinin 0.0061 ha hissəsindən (mütəxəssis və ekspert rəyində göstərilən hissədə) Balakən rayon Katex bələdiyyəsinin, 0.0731 ha hissəsindən Cavabdeh3 və 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi-vəkili Vəkil İddiaçı sözügedən 0.90 ha sahəsindən payının naturada ayrılmadığı halda, təmsil etdiyi X8 iştirakı olmadan hazırki iddianın qaldırılmasına subyektiv hüququnun olmadığını, Balakən rayon Katex Bələdiyyəsi tərəfindən göstərilən torpağın qanunsuz istifadə edilmədiyini göstərmiş, Balakən rayon Katex Bələdiyyəsinə qarşı hissədə iddianın rədd olunmasını xahiş etmiş, qalan cavabdehlər hissəsində isə iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. İş üzrə xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Balakən rayonu Katex Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 heç kimin, o cümlədən İddiaçı torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən ona verildiyini göstərərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş, həmçinin cavabdehlər Balakən rayon Katex Bələdiyyəsinin nümayəndəsi və Cavabdeh2 müvafiq olaraq xx.xx.2019-cu il tarixdən və xx.xx.2020-ci il tarixdən sonra təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərimşdir ki, Azərbaycan Respublikası Şəki Layihə-Tədqiqat İdarəsinin mühəndisi işləyir. Sözügedən 0.90 ha torpaq sahəsinə çıxarış torpaqayırma sənədlərinə uyğun verilmişdir. Həmin torpağın 0.10 ha hissəsi qonşu tərəfdə, artezian torpağı isə şimal-şərq tərəfdədir. Çıxarışın koordinatları yerdəki koordinatla eyni deyildir. Balakən rayonu Katex Bələdiyyəsinin torpağı İddiaçı torpağı ilə aşağı tərəfdən qonşudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Məmmədrəsul oğlu ifadəsində göstərmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyində göstərilən «Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəqiq olaraq 0.04 ha hissəsi artezian quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yol kimi 0.0731 ha bələdiyyə mülkiyyətinə aid olub Cavabdeh3 tərəfindən, 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur» sözlərində texniki səhvə yol verilmişdir. Əslində Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0061 ha hissəsi Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən, 0.0731 ha hissəsi Cavabdeh3 tərəfindən və 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Həmin mütəxəssis rəyində və xx xxxx 2020-ci il tarixli, 2956 saylı ekspertiza rəyində göstərilən Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən istifadə olunan 0.0061 ha torpaq sahəsi, Cavabdeh3 tərəfindən istifadə olunan 0.0731 ha torpaq sahəsi və Cavabdeh2 tərəfindən istifadə olunan 0.02 ha torpaq sahəsi Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir, mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyi də bunu ehtiva edir və bu fakt belə də qəbul olunmalıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkilinin, xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Balakən rayonu Katex Bələdiyyəsinin nümayəndəsinin və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 816609 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə1 ilə X6 arasında nikah Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2013-cü il tarixdə 40 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Namazlı soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndi 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 16 №li reyestr kitabının 74 №li vərəqində 1/3 hissə X2 adına xx.xx.2012-ci il tarixdə, 2/3 hissə X3 adına xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********97 olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Katex kəndi 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020ci il tarixli, 2956 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.76 ha olub hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini müəyyən edən bütün döngə nöqtələrinin koordinatları və bu nöqtələri birləşdirən cizgilərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini müəyyən edən bütün döngə nöqtələrinin koordinatları və bu nöqtələri birləşdirən cizgilər hüquqmüəyyənedici sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatlara və bu koordinatları birləşdirən cizgilərlə uyğun deyildir. Həmin koordinatlar və cizgilər 0.04 ha artezyan quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yola 0.0731 ha hissəsi bələdiyyə mülkiyyətinə aid olan Cavabdeh3 tərəfindən istifadə olunur. Digər 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəqiq olaraq 0.04 ha hissəsi artezian quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yol kimi 0.0731 ha bələdiyyə mülkiyyətinə aid olub Cavabdeh3 tərəfindən, 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arteziyan quyusu qazılmış köməkçi tikililər tikilmişdir. Həmin tikililərin kim tərəfindən və hansı əsasla tikildiyi müəyyən etmək idarələrinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətində olduğu göstərilən 0.324 ha torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən və naturada hansısa hissədə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 5770 nömrəli, xx xxx 2019-cu il tarixli, xx xxxxxx 2017-ci il tarixli, 23934 nömrəli rəyləri arasında, həmçinin xx xxxxxxxx 2019-cu il tarixli, 15503 nömrəli rəydə olan ziddiyyətlərin səbəbi ölçmə işlərinin aparılması zamanı istifadə vəziyyətinin düzgün göstərilməməsi olub. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİnin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.76 ha olub hüquqmüəyyənedici sənədlərə uyğun deyildir (Sxem 1). Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini müəyyən edən bütün döngə nöqtələrinin koordinatları və bu nöqtələri birləşdirən cizgilərə uyğun deyildir. Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərini müəyyən edən bütün döngə nöqtələrinin koordinatları və bu nöqtələri birləşdirən cizgilər hüquqmüəyyənedici sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatlara və bu koordinatları birləşdirən cizgilərlə uyğun deyildir. Həmin koordinatlar və cizgilər 0.04 ha artezyan quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yola 0.0731 ha hissəsi bələdiyyə mülkiyyətinə aid olan Cavabdeh3 tərəfindən istifadə olunur. Digər 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəqiq olaraq 0.04 ha hissəsi artezian quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yol kimi 0.0731 ha bələdiyyə mülkiyyətinə aid olub Cavabdeh3 tərəfindən, 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur (Sxem 2). Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arteziyan quyusu qazılmış köməkçi tikililər tikilmişdir. Həmin tikililərin kim tərəfindən və hansı əsasla tikildiyi müəyyən etmək idarələrinin səlahiyyətləri xaricindədir (Sxem 2). Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Balakən rayonu Katex Bələdiyyəsinin mülkiyyətində olduğu göstərilən 0.324 ha torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən və naturada hansısa hissədə üst-üstə düşmür. Məhkəmə Ekspertizası Mərkəzinin 5770 nömrəli xx xxx 2019-cu il tarixli, xx xxxxxx 2017-ci il tarixli 23934 nömrəli rəyləri arasında, həmçinin xx xxxxxxxx 2019-cu il tarixli, 15503 nömrəli rəydə olan ziddiyyətlərin səbəbi ölçmə işlərinin aparılması zamanı istifadə vəziyyətinin düzgün göstərilməməsi olub. İş materiallarındən görünür ki, iş üzrə ekspertiza xərci cəmi 200 manatdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən işdəki sübutlara və mütəxəssis X1 məhkəmə iclasında verdiyi ifadəsinə əsasən mütəxəssis rəyində və məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyində göstərilən Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəqiq olaraq 0.04 ha hissəsi artezian quyusunun yerləşdiyi torpaq sahəsi 0.0061 ha hissəsi ümumi istifadədə olan yol kimi 0.0731 ha bələdiyyə mülkiyyətinə aid olub Cavabdeh3 tərəfindən, 0.02 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur sözlərində texniki səhvə yol verildiyi, həmin mütəxəssis rəyi və ekspertiza rəyində Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0061 ha hissəsinin Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən, 0.0731 ha hissəsinin Cavabdeh3 tərəfindən və 0.02 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğu, həmin mütəxəssis rəyində və xx xxxx 2020-ci il tarixli, 2956 saylı ekspertiza rəyində göstərilən Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən istifadə olunan 0.0061 ha torpaq sahəsi, Cavabdeh3 tərəfindən istifadə olunan 0.0731 ha torpaq sahəsi və Cavabdeh2 tərəfindən istifadə olunan 0.02 ha torpaq sahəsinin Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu və mütəxəssis rəyi və məhkəmə tikintitexniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyinin də bunu ehtiva etdiyi qəbul olunmuşdur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan çıxarışa əsasən Balakən rayonu Katex kəndi 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 16 №li reyestr kitabının 74 №li vərəqində 1/3 hissə X2 adına xx.xx.2012-ci il tarixdə, 2/3 hissə X3 adına xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki sübutlarla, o cümlədən mütəxəssis X1 məhkəmə iclasında verdiyi ifadəsi, üzrə mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun2020-ciiltarixli, 2956 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0061 ha hissəsi cavabdeh Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən, 0.0731 ha hissəsi Cavabdeh3 tərəfindən və 0.02 ha hissəsi Cavabdeh2 tərəfindən qanunsuz istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 5770 nömrəli xx xxx 2019-cu il tarixli, xx xxxxxx 2017-ci il tarixli 23934 nömrəli rəyləri arasında, həmçinin xx xxxxxxxx 2019-cu il tarixli, 15503 nömrəli rəydə olan ziddiyyətlərin səbəbi ölçmə işlərinin aparılması zamanı istifadə vəziyyətinin düzgün göstərilməməsi olub. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X11”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya iddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İşdəki sübutlardan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0061 ha hissəsi cavabdeh Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən, 0.0731 ha hissəsi Cavabdeh3 tərəfindən və 0.02 ha hissəsi Cavabdeh2 tərəfindən qanunsuz istifadə olunmaqla İddiaçı və X3 mülkiyyət hüquqları pozulmuşdur. Ona görə iddia təmin edilməklə Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən 0.0061 ha hissəsindən cavabdeh Balakən rayonu Katex Bələdiyyəsi, 0.0731 ha hissəsindən Cavabdeh3 və 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılmalı və bu pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun2020-ciiltarixli, 2956 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən 0.0061 ha hissəsindən cavabdeh Balakən rayonu Katex Bələdiyyəsi, 0.0731 ha hissəsindən Cavabdeh3 və 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsindən, Cavabdeh3 və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməli, ekspertizalar məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən iş üzrə cəmi 200 manat ekspertiza xərcinin 100 manatı cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsindən, Cavabdeh3 və Cavabdeh2 və 100 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X9 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən İddiaçı və X3 ümumi paylı mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2956 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən 0.0061 ha hissəsindən cavabdeh Balakən rayonu Katex Bələdiyyəsi, 0.0731 ha hissəsindən Cavabdeh3 və 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsindən, Cavabdeh3 və Cavabdeh2 alınaraq, İddiaçı ödənilsin; iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatı cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsindən, Cavabdeh3 və Cavabdeh2 və 100 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X9 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar