Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-80/2021 01.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Hüseynov Tərlan Əsildər oğluna və Cavabdeh2 oğluna qarşı evə uşağı ilə birlikdə yaşamaq hüququnun tanınması və evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Hüseynov Tərlan Əsildər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində Cavabdeh1 ilə birlkidə tikdikləri ümumi sahəsi 100 kv/m, yaşayış sahəsi 80 kv/m olan evə uşağı ilə birlikdə yaşamaq hüququ tanınmaqla həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2012-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2013-cü il tarixdə Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2013-cü ildə X13 adında uşaqları olmuşdur. O, Cavabdeh1 ilə evləndiyi ilk vaxtlardan ailə münasibətləri normal olmuşdur. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə işləmək üçün Türkiyəyə getmişlər. Bir müddət sonra o, uşağın məktəb məsələsinə görə 2019-cu ildə geri, Azərbaycana qayıtmış, 2-3 ay sonra Cavabdeh1 onunla əlaqəni kəsmişdir. Bundan sonra 2020-ci ilin iyun ayında boşanma və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, nikahları Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur və 120 manat aliment kəsilmişdir. O, Cavabdeh1 ərə gedərkən ünvan 1ində, qaynatası-Cavabdeh2 məxsus 2 otaqlı çətəməyə gəlin köçmüş, orada yaşamış, uşağı həmin evdə doğulmuşdur. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin yaşadıqları çətəmə zərər gördüyündən, dövlət tərəfindən təmir-bərpa işləri üçün 4000 manat pul ayrılmışdır. Həmin pulun yarısını-2000 manatını qaynatası onlara vermiş, onun valideynlərinin köməkliyi ilə 2015-ci ildə qaynatasına məxsus torpaqda ümumi sahəsi 100 kv/m, yaşayış sahəsi 80 kv/m 1 mərtəbəli, 3 otaqlı evi inşa edib, orada yaşamağa başlamışlar. Həmin dövrdə Cavabdeh1 Rusiya Federasiyasında qardaşının yanında işləmişdir. Demək olar ki, ev onun və valideynlərinin hesabına tikilmişdir. Öz zəhməti ilə tikdiyi evdə çox çətinliklə də olsa 1 uşağı ilə birlikdə yaşayır. Qaynatası Cavabdeh2 tüfeyli həyat tərzi keçirir. O isə boşanmış, əri olmayan bir qadın kimi onun müəyyən etikasız və kobud rəftarlarına, davranışlarına dözə bilmir. Hər dəfə Əsildar özünün əyyaş dostlarını evə gətirir, uşağının tərbiyəsinə təsir edən mühit yaradır. Demək olar ki, hər gecə qorxu içində yaşayır. Bu barədə polisə şikayət etmişdir. Qaynatası belə hərəkətlər etməklə məcbur edir ki, o, evdən çıxıb getsin. Onun isə başqa yaşayış yeri yoxdur. Hal-hazırda həftənin 4-5 gününü orada-burada, qohumlarda və 2-3 gününü mübahisəli evdə yaşayır. Bir sözlə rahatlığı yoxdur. Ona aid hər bir əşyası, cehizi bu evdədir. Daimi yaşayış yeri mübahisəli evdir və mübahisəli evdə pasport qeydiyyatındadır. Ona görə də istəyir ki, məhkəmə qaydasında qanunla onun həmin evdə yaşamaq hüququ təmin edilsin və qanunla müəyyən edilmiş qaydada həmin evə köçürülsün. Mübahisəli evə köçməyi barədə aralarında heç bir qeyd-şərt nəzərdə tutulmamışdır. Uşağı ilə birlikdə daimi yaşayış yeri mübahisəli evdir. 8 ildir ki, həmin evdə yaşayırlar. Onun və və uşağının həmin evdə yaşamaq hüququ vardır. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, həmçinin iddia ərizəsində göstərdiyi məlumatları dəqiqləşdirərək, mübahisəli evin 2015-ci ildə qaynatası Cavabdeh2 tərəfindən tikildiyini, evin tikintisinə sərf olunan vəsaitin müəyyən hissəsinin yoldaşı Cavabdeh1 tərəfindən göndərildiyini, xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasına-İnquşetiya Respublikasına getdiyini, xx.xx.2016-cı il tarixdə isə Azərbaycan Respublikasına geri qayıtdığını, ev tikilən zaman onun əri Cavabdeh1 ilə Rusiya Federasiyasında olduğunu, uşağı ilə həmin mübahisəli evdə tək yaşadığını, qaynatası Cavabdeh2 eyni həyətdə olan başqa evdə yaşadığını qeyd edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur. Oğlu Tərlan İddiaçı ilə 2012-ci ildə evlənmiş, nikahlarını isə xx.xx.2013-cü il tarixdə Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirmişlər. İddiaçı onun adına olan ünvan 1ində yerləşən evə gəlin köçmüşdür. Bir müddət mehriban yaşamışlar. Evləndikdən sonra oğlu və gəlini gedib Rusiyada yaşamışlar. Mədinə ilə Tərlanın birgə nikahından xx.xx.2013-cü ildə X13 adında bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri davam etməmiş və 2020-ci ilin dekabr ayında onlar ər-arvad münasibətlərinə son qoymuşlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. İddiaçı uşağı ilə köçüb ona məxsus, onun həyətyanı torpaq sahəsində tikdiyi qeyd olunan evdə yaşayır. İddiaçı uşağı ilə həmin evdə yaşamasına etiraz etmir. Həmin mübahisəli evi 2015ci ildə ona məxsus torpaq sahəsində tikmişdir. Həmin evdə qardaşı ustalıq etmişdir. Ev tikilən vaxt İddiaçı ailəsi ilə X3 Respublikasında yaşamışdır. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində dövlət tərəfindən təmir-bərpa işləri üçün onlara verilmiş 4000 manat pulun hamısını həmin evin tikintisinə xərcləmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2012-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2013-cü il tarixdə Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2013-cü ildə X13 adında uşaqları doğulmuşdur. İddiaçı yaşayış hüququnu verilməsini tələb etdiyi ev Cavabdeh2 tərəfindən özünə məxsus torpaq sahəsində 2015-ci ildə tikilmişdir. İddiaçı həmin vaxt ailəsi ilə X3 Respublikasında yaşamışdır. Belə ki, İddiaçı əri və uşağı ilə 2014-cü ilin iyun ayında Rusiya Federasiyasına, İnquşetiya Respublikasına getmiş, 2016-cı il aprel ayının əvvəlində isə Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçı uşağı ilə Cavabdeh2 məxsus 2015-ci ildə tikilmiş həmin evdə yaşayır. Cavabdeh2 isə həmin həyətdə olan başqa evdə yaşayır. Bildiyinə görə Cavabdeh2 İddiaçı uşağı ilə həmin evdə yaşamasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X14 da X5 ifadəsinə uyğun ifadələr vermiş və onun ifadəsində qeyd etdiyi halları təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 19 avqust 2020-ci il tarixdə verilmiş 05/Q-03/69 nömrəli nikah akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh1 ilə Ramazanova Mədinə Ramazanovna arasında nikah 06 mart 2013-cü il tarixdə 04 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Ramazanovna ünvan 1i ünvanında qeydiyyata alınmışdır və onun yaşayış yeri ünvan 1idir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 24 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 175332 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X21 oğlu 14 iyul 2013-cü ildə anadan olmuş, atası Cavabdeh1, anası X9 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nin Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli, 898 nömrəli arayışdan görünür ki, İddiaçı Talalar kənd sakinidir. Talalar kənd İƏD üzrə nümayəndəliyininin 10 №li təsərrüfatbaşına kitabın 14 nömrəli səhifəsində təsərrüfata məxsus 2015-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, yaşayış sahəsi 80 kv.m olan yaşayış evi qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2 (019)-534/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 Əsildar oğlu arasında bağlanmış Balakən rayon Şambul kənd X15 xx xxxx 2013-cü il tarixdə 04 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə doğulmuş X13 anası İddiaçı yanında saxlanılmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Talalar bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 45 nömrəli arayışdan görünür ki, Cavabdeh2 torpaq və əmlak vergilərinin ödəyicisi kimi Talalar bələdiyyəsində qeydiyyatdadır və hesablanmış vergiləri özü tərəfindən ödənilir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İHB-nin Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1306 nömrəli arayışdan görünür ki, nümayəndəlikdə Talalar kənd sakini Cavabdeh2 ailəsinə məxsus JN 802 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin satılıb-satılmaması və payçılar arasında mübahisənin olubolmaması barədə məlumat aşkar olunmamışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli **********97 nömrəli məktubdan görünür ki, Cavabdeh2 adına fərdi yaşayış evininin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrininin arxiv fondunda məlumat aşkar edilməmişdir. Ləğv edilmiş DTXT-nin arxiv fondundan miqrasiya edilmiş məlumatlarda Cavabdeh2 və ailə üzvlərinin (6 nəfər subyekt) ümumi birgə mülkiyyətində ünvan 1i ünvanında yerləşən JN-0091 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» səndində qeyd olunan 1.29 ha kənd təsərrüfatı təyinatlı və JN-802F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan 0.07 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdlir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası sərhəb-keçid məlumatlarından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həmçinin xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2019-cu il tarixdə Azərbpaycan Respublikasına qayıtmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 2012-ci il tarixdə qeyri-rəsmi Cavabdeh1 ilə evlənmiş, nikahlarını xx.xx.2013-cü il tarixdə Balakən rayon Hənifə kənd icra Nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2013-cü ildə Hüseynov Rəsul Tərlan oğlu adında bir uşaqları olmuşdur. İddiaçı ünvan 1ində yerləşən qaynatası-Cavabdeh2 məxsus iki otaqlı evə gəlin köçmüş və uşaq da həmin evdə doğulmuşdur. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin ev dağılmış və dövlət tərəfindən təmir-bərpa işləri üçün Cavabdeh2 4000 manat pul ayrılmışdır. İddiaçı yaşayış hüququnun verilməsi və köçürülmə tələb etdiyi ev Cavabdeh2 tərəfindən 2015-ci ildə özünün mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsində tikilmişdir. İddiaçı evin tikildiyi 2015-ci ildə ailəsi ilə X3 Respublikasında yaşamışdır. Belə ki, işdəki sübutlardan görünür ki, İddiaçı əri və uşağı ilə 2014-cü ilin iyun ayının 19-da Azərbaycan Respublikasının sərhədini keçərək Rusiya Federasiyasına, İnquşetiya Respublikasına getmiş, 2016-cı il aprel ayının 02 tarixində isə Azərbaycan Respublikasına qayıtmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-534/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı uşağı ilə Cavabdeh2 məxsus 2015-ci ildə tikilmiş həmin evdə yaşayır. Cavabdeh2 isə həmin həyətdə olan başqa evdə yaşayır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərə qarşı iki tələb irəli sürmüşdür:1) ünvan 1ində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində Cavabdeh1 ilə birlikdə tikdikləri iddia edilən ümumi sahəsi 100 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan evə uşağı ilə birlikdə yaşamaq hüququnun tanınması; 2) onun uşağı ilə həmin evə köçürülməsi. Məhkəmə hər bir iddia tələbinə ayrıca hüquqi qiymət verməyi və bu xüsusda aşağıdakı qanun normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağıl məsələlərələ baxılarkən 2009-cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifyələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülukiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanunvericilikdə evdə yaşamaq hüququnun tanınması institutu mövcud deyildir. Hər bir daşınmaz əmlakla bağlı mülkiyyət hüququ həmin əmlaka sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını özündə ehtiva edir. İş materiallarından görünür ki, İddiaçı azyaşlı uşağı ilə xeyli vaxtdır ki, Cavabdeh2 məxsus mübahisəli evə köçmüşdür və orada faktiki olaraq yaşayır. Evdə yaşamaq isə evə faktiki sahibliyi həyata keçirməyi və evdən və yardımçı tikililərdən istifadə etməyi nəzərdə tutur. Ayrıca evdə yaşamaq hüququnun tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də belə bir tələb absurd, heç bir faktoloji və hüquqi əsaslara söykənməyən bir tələbdir. Ümumiyyətlə nəzərə çatdırılmalıdır ki, yaşamaq hüququ şəxsin bu dünyada fiziki yaşam hüququdur. Yaşamaq hüququ hər bir fərdin təbii ayrılmaz hüququdur və Allah tərəfindən verilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə, o cümlədən Avropa Konvensiyasının 2-ci maddəsində öz əksini tapmışdır. Yaşamaq hüququnun məhkəmə tərəfindən və ya hər hansı dövlət orqanı tərəfindən tanınması qanunda nəzərdə tutulmamışdır. Ona görə də belə bir tələb əsassız tələbdir və təmin edilə bilməz. Bundan başqa, iddiaçının tələb etdiyi evdən uşağı ilə birlikdə yaşamaq hüququnun tanınması tələbində evdən istifadə hüququnun müəyyən edilməsi tələbi ehtimal edildiyi təqdirdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındlıqdan sonra həmin daşınmaz əmlak üzərində hər hansı hüquqların müəyyən edilməsindən və həyata keçirilməsindən söhbət gedə bilər. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən fərdi yaşayış evi üzərində İddiaçı və cavabdehlərin, o cümlədən Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də həmin ev iddiaçının və cavabdehlərin xüsusi mülkiyyətində deyildir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində əşya istifadə hüququ mülkiyyət hüququndan daha geniş bir hüquqdur. İstifadə hüququ həm mülkiyyət hüququndan, həm qanundan, həm də müqavilədən yarana bilər. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilikdə evdən və ya mənzildən istifadə hüququ mülkiyyət hüququndan, qanundan və müqavilədən yaranan bir hüquq və mülkiyyət hüququnu məhdudlaşdıran hüquq statusu verilmişdir. Qanunun tələbinə görə də evdən istifadə hüququnun yaranması üçün birmənalı şəkildə həmin evə mülkiyyət hüququ olmalı, bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının və cavabdehlərin sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və həmin ev onların mülkiyyətində olmadığı üçün İddiaçı uşağı ilə həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. Belə ki, qeyd edildiyi kimi, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hüquqdur. Evə mülkiyyət hüququ olmadığından, istifadə hüququnun yaranması üçün də hüquqi əsas mövcud olmur. Digər tərəfdən ümumiyyətlə iddiaçının, onun keçmiş ərinin və uşağın evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. İşdəki sübutlarla İddiaçı həmin evi birgə nikah dövründə əri Cavabdeh1la birlikdə tikməsi tamamilə təkzib olunur. Belə ki, tərəflər işin mübahisəsiz halı kimi qəbul etmişlər ki, mübahisəli ev Cavabdeh2 məxsus, yəni onun mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsində 2015-ci ildə tikilmişdir. 2015-ci ildə isə Hüseynova X1muşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ailəsi ilə xx xxxx 2014-cü il tarixdə Azərbaycan sərhədini keçmiş, X3 Respublikasına getmiş, orada yaşamış, yalnız xx xxxxx 2016-cı ildə Azərbaycan Respublikasına qayıtmışdır. Yəni 2015-ci ildə ev tikilən vaxt İddiaçı və Cavabdeh1 Azərbaycanda olmamış və evin tikintisində şəxsən iştirak etməmişlər. Halbuki o, iddia ərizəsində evi onun və əri Tərlanın valideynlərinin köməyi ilə tikdiyini göstərir, məhkəmə iclasında verdiyi izahatında isə iddia ərizəsində göstərilən bu məlumatları təkzib edir. Həmçinin İddiaçı evin tikintisinə Rusiya Federasiyasından pul göndərmələrini və həmin pulun sözügedən evin tikintisinə sərf olunmasını, həmçinin onun valideynlərinin evin tikintisi üçün hansısa məbləğdə vəsait sərf etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna göbrə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də İddiaçı iddia predmetini təşkil edən evə mülkiyyət və istifadə hüquqları yaranmamışdır. Ona görə də bu iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçının evə köçürmə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işdəki sübutlara əsasən İddiaçı xeyli müddətdir ki, həmin mübahisəli evə köçmüşdür, bu evdə uşağı ilə birlikdə faktiki yaşayır. Cavabdeh2 isə həmin həyətdə olan başqa evdə yaşayır və İddiaçı həmin evdə yaşamasına etiraz etmir. Ona görə İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə tələbin faktoloji və hüquqi əsasları aradan qalxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının evə köçürmə tələbinə dair hissədə də iddianın təmin olunmaması nəticəsinə gəlir. Hazırki iddia ilə bağlı məhkəmə onu da qeyd edir ki, Avropa Konvensiyasının 8-ci maddəsində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və X23 Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mənzil hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Eyni zamanda Avropa Məhkəməsinin presedent hüququna görə şəxsin mənzillə yetərli və davamlı əlaqələrinin olması sübut olunmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X16 zavodları Yunanıstana qarşı, X8rşı, Slivçenko Litvaya qarşı və s.) presedentlərində mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun yetkinlik yaşına çatmayan uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı və Cavabdeh1 2012-ci ildən ər-arvad münasibətlərində olmaqla nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Yəni tərəflər xx xxxxxxx 2009-cu ildən qüvvəyə minən yeni Mərzil Məcəlləsinin qüvvədə olma müddətində ailə münasibətlərinə girmiş və mübahisəli hüquq münasibətləri də həmin vaxtdan yaranmışdır. İddiaçının evin faktiki mülkiyyətçisi Cavabdeh2la müvafiq razılaşması olmadığı halında Cavabdeh1la nikah münasibətləri pozulduqdan sonra onun həmin evdən istifadə hüququ saxlanılmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1la nikah münasibətlərinə xitam verilmişdir, iddiaçı Cavabdeh1 keçmiş arvadı olmaqla Cavabdeh2 keçmiş ailə üzvüdür və iddiaçı ilə Cavabdeh2 arasında iddiaçının mübahisəli evdən istifadə hüququnun saxlanması ilə bağlı heç bir razılaşma yoxdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Eynilə işdə iddiaçının həmin evdən istifadə hüququnun saxlanması üçün qanunda göstərilən heç bir hal yoxdur. İddiaçı da maddi vəziyyəti və digər diqqətəlayiq hansısa halların onu yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini, ona və uşağına mübahisəli evdən istifadə hüququnun mütləq qaydada verilməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, hazırki işdə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması və təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin müəyyən edilməsi qanunda nəzərdə tutulmadığından qanuni məqsəd daşımır. Həmin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin təmin edilməsinin təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi halının olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdehin iddiaçını və onun uşağını evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Hazırda iddiaçının və uşağının evdən istifadə hüquqlarının müəyyən olunmasının təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsini və onları öz evində yerləşdirməsinin cavabdehlərin vəzifəsi olmasını təsdiq edən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da bildirir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi barədə iddiada evə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının dəqiq müddəti və bununla əlaqədar mülkiyyətçiyə hansı məbləğdə kompesasiyanın ödənilməli olması barədə heç bir tələb və təklif qoyulmamışdır. Halbuki Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ məhdudlaşdırılan zaman onun məhdudlaşdırılması da müddətli olmalıməhdudlaşdırılmanın müddəti göstərilməli, həmçinin mülkiyyətçiyə ağlabatan, ədalətli və səmərəli kompensasiya ödənilməli, məhz bu yolla mülkiyyət hüququnun məhdulaşdırılması kompensasiya edilməli, mülkiyyətçi həddən artıq yükə məruz qoyulmamalı və hüquqlar arasında ədalətli tarazlıq gözlənilməlidir. Əks hal isə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusudur (bax Sporronq və Lonnrot İsveçə qarşı iş). İddiaçı və azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən olunması və onların həmin yaşayış evinə köçürülməsi barədə faktoloji tələbə qiymət verilərkən Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsi araşdırılmalıdır. Hazırki işdə İddiaçı və uşağının həmin evdə istifadə hüquqlarının müəyyən olunması və evə köçürülməsinin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamışdır. Eyni zamanda iddiaçı və uşağına istifadə hüququnun verilməsi ilə cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün mülkiyyətçiyə hər hansı kompensasiya təklif edilməmişdir. Belə olan halda iddiaçıya və uşağına istifadə hüququnun verilməsi və onun uşağı ilə həmin evə köçürülməsinin müəyyən edilməsi, heç bir təxrəsalınmaz ictimai tələbatla şərtləndirilmədiyi, bu məhdudlaşdırmanın müddəti müəyyən olunmadığı, həmçinin istifadə hüququnun müəyyən olunması ilə bağlı cavabdehmülkiyyətçi Cavabdeh2 heç bir kompensasiya ödənişi həyata keçirilmədiyi halında cavabdehin evə dair hüquqlarının məhdudlaşdırılması mülkiyyətçinin fərdi hüququnun pozulması, onun ağır yükə məruz qalması və bununla da ədalətli tarazlığın pozulmasıdır. Ona görə də hazırkı vəziyyətdə iddiaçıya və uşağına evdən istifadə hüququ verilməklə onun və uşağının evə köçürülməsinin təmin edilməsi Cavabdeh2 mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüququnun) məhdudlaşdırılaması və bununla da ədalətli tarazlıq prinsipinin kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən xüsusi olaraq vurğulayır ki, İddiaçı və uşağının mübahisəli yaşayış evinə istifadə hüquqlarının müəyyən olunaraq, onların həmin evə köçürülməsinin müəyyən olunması zamanı həmin fərdi yaşayış evinin sahibi Cavabdeh2 müvafiq kompensasiya ödənilməli, həmin kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçı və ya digər hər hansı şəxs tərəfindən evin mülkiyyətçisinə səmərəli, ağlabatan və vaxtında ödənilən hər hansı kompensasiyanın təklif edilməsi müəyyən olunmamışdır. Əks hal, yəni iddiaçıya və onun qeyd etdiyi uşağına evdən istifadə hüququnun verilməsi və evə köçürmənin təmin edilməsi mülkiyyətçinin evə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müdafiəsi altına düşən mülkiyyət hüquqlarının, həmçinin mənzil hüququnun pozuntusu ilə nəticələnmiş olardı. Qeyd olunanlar iddianın əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə tam əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Hüseynov Tərlan Əsildər oğlu və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində Cavabdeh1 ilə birlkidə tikdikləri ümumi sahəsi 100 kv/m, yaşayış sahəsi 80 kv/m olan evə uşağı ilə birlikdə yaşamaq hüququ tanınmaqla həmin evə köçürülmələri barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Hüseynov Tərlan Əsildər oğlu və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində Cavabdeh1 ilə birlikdə tikdikləri ümumi sahəsi 100 kv/m, yaşayış sahəsi 80 kv/m olan evə uşağı ilə birlikdə yaşamaq hüququ tanınmaqla həmin evə köçürülmələri barədə iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-80/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-80/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver