Məhkəmə qərarları › İş №2(019)-836/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-836/2021

13.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-836/2021 13.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, 26.05.1998-ci ildə ölmüş X3 qalmış mirasın qəbulu üçün ötürülmüş müddətin altı həftə müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 12 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə və Ərizəçi3 məhkəməyə ərizə təqdim edərək, tələbi dəqiqləşdirərək, 26.05.1998-ci ildə ölmüş X3 qalmış mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə və Ərizəçi3 məhkəmə iclasında ərizələrini müdafiə edərək, onunla əsaslandırmışlar ki, onlar doğma bacı və qardaşdırlar. Ərizəçi2 17.05.1967-ci ildə Balakən rayon Hənifə kəndində, Ərizəçi3 02.05.1974-cü ildə Balakən rayon Hənifə kəndində və Nümayəndə-17.03.1976-cı ildə Balakən şəhərində anadan olmuşlar. X11 2009-cu ildə ölmüşdür. X2 26.05.1998-ci ildə ölmüşdür. Aqrar islahat dövründə tək analarının mülkiyyətində Balakən rayon Hənifə kəndində 0.35 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi analarından miras qalmışdır. Qardaşları Nümayəndə mərhum X2nın mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsnə təqdim etdiyi sənədlərdə, mərhum X2ndan qalmış mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyünə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bu barədə 22.06.2021-ci il tarixli 843 nömrəli imtina məktub ilə Nümayəndə cavab ünvanlamışdır. Maraqlı şəxs xüsusi notariusu mirasin qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmələrini izah etmişdir. X1 miras qalmış torpaq sahəsinin faktiki olaraq Nümayəndə qəbul etmişdir, hal-hazırda onun istifadəsindədir. Fındıq bağına o, qulluq etmişdir, torpaq vergisini də o, ödəmişdir. Məhsulunu yığmışlar. Buna görə də göstərilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənləri nəzərə alıb, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında maraqlı şəxslər: mərhum X18 arvadı X16, oğlu X36 və qızı-X33 X6 X21 düşən pay üzrə mirası qəbul etmədiklərini, mirasdan pay istəmədiklərini və miras paylarını Nümayəndə verdiklərini göstərmişlər. Məhkəmsə iclasında maraqlı şəxs X4 Zinaida Hacımurtuz qızından qalan mirası qəbul etmədiyini və mirasdan pay istəmədiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 1620 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X48 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli qərarı ilə Balakən rayonu Hənifə kəndi 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X24 qızına verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd soveti tərəfindən 1 aprel 1976-ci il tarixdə verilmiş İV-JQ-345058 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə 17.03.1976-ci il tarixdə anadan olmuş, atası X46 oğlu, anası X14 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş 572 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X34 ilə X15 arasında nikah Balakən rayon Qazma kənd icra nümayəndəliyində 27.02.1965-ci il tarixdə 02 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVAQ şöbəsi tərəfindən 17 dekabr 1991-ci il tarixdə verilmiş V-JQ seriyalı 479255 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X35 ilə X12 arasında nikah Balakən rayon VVAQ şöbəsində 17 dekabr 1991-ci il tarixdə 175 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVAQ şöbəsi tərəfindən 19 iyul 2000-ci il tarixdə verilmiş AZ seriyalı 031861 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 26 may 1998-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 12 yanvar 2010-ci il tarixdə verilmiş AZ-İ seriyalı 366908 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X34 24 dekabr 2009-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 12 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 613844 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 24 avqust 2013-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Kontoru tərəfindən Nümayəndə ünvanlanmış 22 iyun 2021-ci il tarixli, 843 nömrəli məktubda göstərilmişdir ki, mərhum X8 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoru müraciət etmişdir. Mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür, müddətin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsinin 22.06.2021-ci il tarixli, 1217 №-li arayışından görünür ki, mərhum X20 qızı vəfat etdiyi 26.05.1998-cı il tarixdə ünvan 3 ünvanında daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) həyat yoldaşı-X34; 2) qızı-X28; 3) qızı-X27; 4) X22; 5) X35; 6) oğlu-Nümayəndə İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsinin 12.08.2021-ci il tarixli, 1367 №-li arayışından görünür ki, mərhum X35 vəfat etdiyi 24.08.2013-cü il tarixdə ünvan 3 ünvanında daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur: 1) yoldaşı-X16; 2) oğlu-X36; 3) qızı-X33 Məhkəmə, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Nümayəndə və Ərizəçi3 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 doğma bacı və qardaşdırlar. Ərizəçi2 17.05.1967-ci ildə Balakən rayon Hənifə kəndində, Ərizəçi3 02.05.1974-cü ildə Balakən rayon Hənifə kəndində və Nümayəndə-17.03.1976-cı ildə Balakən şəhərində anadan olmuşlar. X9 2009-cu ildə ölmüşdür. X2 26.05.1998-ci ildə ölmüşdür. Aqrar islahat dövründə analarının mülkiyyətinə Balakən rayon Hənifə kəndində 0.35 ha pay torpaq sahəsi verilmişdir. Nümayəndə mərhum X2nın mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsnə təqdim etdiyi sənədlərdə, mərhum X2ndan qalmış mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyünə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçilər hüquqi cəhətdən savadsız olduğundan və qanunu bilmədiyindən mərhum analarından qalmış mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişlər. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə hesab edir ki, Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, onlar mirası faktiki qəbul etməklə, qanunu bilmədiklərindən mərhum analarından qalmış mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişlər. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçilərin vərəsələri olduğu mərhum analarının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Ona görə də ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 mərhum analarından qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar