Məhkəmə qərarları › İş №2(019)-851/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-851/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-851/2021 16.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Balakən şəhəri, Vidadi küçəsi 11 nömrəli evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, Cavabdeh ona məxsus Balakən şəhəri, Vidadi küçəsi 30 nömrəli evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, Balakən şəhəri Vidadi küçəsində yerləşən, 30 saylı ev onun mülkiyyətindədir. Nəticə olaraq həmin əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. 298 kv.m evinin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyətçisi olaraq 20.11.2015-ci il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesteri xidmətindən ona çıxarış verilmişdir., Vidadi küçəsi, Ev 30 mülkiyyətində olmasına baxmayaraq bildiyinə görə keçmişdə qonşuluqda yaşamış Cavabdeh ona məxsus evdə pasport qeydiyyatında qalmışdır. Cavabdeh demək olar ki, tanımır, onunla heç bir əlaqəsi olmayan bir şəxsdir. Cavabdehin ona məxsus evdə pasport qeydiyyatında olması onun əmlakım barədə sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Beləki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Məhkəmədən kənar pritenziya qaydasında məsələnin həlli üçün aidiyyəti olaraq 17.04.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Balakən RPŞdən ərizəsi təmin edilməmiş, imtina edilmiş və ona məktub ünvanlanmışdır. Məktubda bildirilir: Sizin Balakən RPŞ-na 17.04.2021 -ci il tarixdə yazmış olduğunuz ərizə tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, şəxs yaşayış yeri üzra qeydiyyatdan aşağıdaki hallarda çıxarılır;1.Yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyata alınması barədə müvafiq dövlət organım malumatına əsasən;2.Başqa ökedə yaşayış yeri secdikdə-müvafiq dövlət orqanını məlumatına əsasən;Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ərizədə qeyd etdiyiniz X1 yaşadığınız evdən daimi pasport qeydiyyatından çıxarılması üçün, məhkəmə orqanlarına müraciat etmeyiniz məqsədə müvafiqdir”. Evində qeydiyyatda olan şəxs Cavabdeh olsa da, o, ona məxsus evdə heç vaxt yaşamamışdır. Evində yaşayan şəxslər o, və ailə üzvləri arvadı və uşaqlarıdır. Göstərilənlərə əsaən hesab edir ki cavabdehin mülkiyyətində olan evində formal qeydiyyatda olması onun əlavə kommunal ödənişləri ödəməyi ilə bərabər digər istiqamətdə onun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır və bu səbəbdən cavabdehin onun evində istifadə hüququnun olmaması müəyyən edilməlidir. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********89-10301 olan, ********** qeydiyyat nömrəli 20.11.2015-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 16 №li reyestr kitabının 93 №li vərəqində 20.11.2015-ci il tarixdə X16 oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən Rayon polis Şöbəsi tərəfindlən İddiaçı oğluna ünvanlanmış 03.05.2021-ci il tarixli 108-8942Q-3221 №li arayışından görünür ki, «Sizin Balakən RPŞ-na 17.04.2021 -ci il tarixdə yazmış olduğunuz ərizə tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, şəxs yaşayış yeri üzra qeydiyyatdan aşağıdaki hallarda çıxarılır; 1.Yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyata alınması barədə müvafiq dövlət organım malumatına əsasən; 2.Başqa ökedə yaşayış yeri secdikdə-müvafiq dövlət orqanını məlumatına əsasən; 3.Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ərizədə qeyd etdiyiniz X1 yaşadığınız evdən daimi pasport qeydiyyatından çıxarılması üçün, məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi-yaşayış yeri üzrə qeydiyyat haqqında 16 may 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Tofiq oğlu 10 aprel 2009-cu ildən ünvan 5 ünvaında qeydiyyatdadır;Qeydiyyatda olan digər şəxslər-X11,X8, X4, Cavabdeh, Qurdayeva Nəzrin Natiq qızı, X7. İş materiallarında olan 06.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Hazırki mülki mübahisənin həlli ilə bağlı məhkəmə qeyd edir ki, beynəlxalq normativhüquqi aktların tələbinə görə əslində istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bunun üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyasının) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X9 zavodları Yunanıstana qarşı, X5rşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının qanunvericiliyində isə istifadə hüququ ilə mülkiyyət hüququnun statusunda,habelə istifadə hüququnun əmələ gəlməsi əsaslarında müəyyən ziddiyətlər vardır. Belə ki, qanunvercilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik həm də evdən və ya mənzildən istifadə hüququna təkcə mülkiyyət hüququnu məhdudlaşdıran hüquq kimi deyil, həmçinin müstəqil hüquq kimi baxır və onu mülkiyyət hüququ ilə barəbar sayır. Eynilə mənzildən (evdən) istifadə hüququnun yaranması əsasları və halları da müxtəlifdir. Belə ki, əvvəl qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən evin icarədarı öz ailə üzvlərini və onlara bərabər şəxsləri öz yaşayış sahəsinə köçürdüyü andan həmin şəxslərin həmin evdən və ya mənzildən istifadə hüququ yaranırdı. Bunun üçün digər hər hansı sənəd və ya məhkəmə qətnaməsinə lüzum görülmürdü. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 maddələri istənilən şəxsin yaşayış sahəsinə olan istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrinldə qeydə alınması ilə şərtləndirirdisə, sonradan Mülki Məcəlləyə əlavə olunmuş 228.5-ci maddədə mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin-ərin, arvadın, valideynlərin və uşaqların yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ, həmçinin mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarı tanınmış, digər ailə üzvlərinin (ərin, arvadın) isə köçürülməsi mülkiyyətçinin buna razılığı ilə şərtləndirilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində evdən istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçinin razılığı ilə şərtləndirilsə də, mülkiyyətçinini razılığının olmadığı bəzi hallarda bu hüququn reallaşdırılması təsbit olunmuşdur (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi göstərilmişdir. Göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması imperativ qaydada təsbit edilmişdir ki, bu da qeydiyyat yerinin şəxsin yaşayış yeri olmasını təsbit edir və bu hal da həmin yaşayış yerindən istifadəni nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə onu da qeyd edir ki, əslində göstərilən şəxsin-Cavabdeh sözügedən evdə qeydyyatda olması evdən istifadənin həyata keçirilməsi üçün faktoloji əsas kimi çıxış etdiyi üçün, bu halın iddiaçıya ev üzərində öz mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsi; evə sahiblik, evdən istifadə və ona dair sərəncam verməsi üçün maneə yaratması şübhəsizdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında yaşayış sahəsindən istfiadə hüququna mülkiyyətçinin təklif etdiyi kompensasiya əsasında xitam verilməsi institutu yaradılmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Sonradan Konstitusiya Məhkəməsinin Plenumu kompensasiya institutu barədə öz hüquqi mövqeyini daha da təkmilləşdirərək, bununla bağlı müəyyən şərt və hallar müəyyənləşdirmiş, bir sıra hallarda kompensasiya ödənilmədən də mənzildən (evdən) istifadə hüququna xitam verilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsirdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin (servituta xitam verilməsi) müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasının qarşısını alır. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verəkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, Cavabdeh oğlu heç vaxt iddiaçıya məxsus evdə yaşamamışdır, cavabdeh özünə məxsus başqa evdə yaşayır və o, formal olaraq iddiaçıya məxsus evdə qeydiyyatdadır. Cavabdehin iddiaçıya məxsus evdə ümumiyyətlə yaşamamasına, başqa yaşayış evində yaşamasına baxmayaraq, onun iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının həmin evə mülkiyyət hüquqlarını; sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də yuxarıda göstərilən qanun normalarına istina edən məhkəmə hesab edir ki, cavabdehin həmin evdən istifadə hüququnun olmaması müəyyən edilməklə, iddiaçının həmin evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması halı aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh oğlunun İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evdən istifadə hüququnun olmaması müəyyən edilməli, Cavabdeh ödənilmiş 10 manat dövlət rüsumu alınaraq, İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evdən istifadə hüququnun olmaması müəyyən edilsin; Cavabdeh ödənilmiş 10 manat dövlət rüsumu alınaraq, İddiaçı oğluna ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar