Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-852/2020 05.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsi, ev 10, mənzil 11 nömrəli əmlakdan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməli, həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin hazırki ərizədə cavabdehlər kimi göstərilən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ünvanı göstərilməmişdir. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-852/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-852/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver