Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-864/2021 18.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı alqı-satqının hüquqi nəticələrinin rəsmiləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Balakən rayonu Qazbinə (indiki Mahamalar) Bələdiyyəsi arasında faktiki olaraq baş tutmuş, Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olmuş perspektiv sahədən ev tikmək üçün iddiaçıların hər birinə satılmış 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin alqı-satqısınm hüquqi nəticələrinin rəsmiləşdirilərək müvafiq dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, onlar bacıdırlar. 2006cı ilin noyabr ayında ərizə ilə Balakən rayonu Qazbinə Bələdiyyəsinə müraciət edərək Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən hər birinə 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Onların ərizəsinə 08 noyabr 2006-cı il tarixdə Balakən rayon Qazbinə (indiki Mahamalar) Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qazbinə (indiki Mahamalar) Bələdiyyəsinin 08 noyabr 2006-cı il tarixli protokolu və həmin tarixli 3 nömrəli sərəncamı ilə Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən ev tikmək üçün hər birinə 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin ayrılması və hər sotunun hər sotunun 38 manat 11 qəpiyə satılması qərara alınmışdır. 07 mart 2007-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Bölməsindən rəy almışlar. Bundan sonra torpaq sahəsi dəqiq ölçülərək onlara təhvil verilmiş və torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. 06 aprel 2007-ci il tarixdə isə hər biri 229 manat 20 qəpik məbləğində pulu Balakən rayon Qazbinə Bələdiyyəsinin xəzinəsinə ödəmişlər. Həmin torpaq sahəsinin kənarlarını mişar daşı ilə bağlayaraq qapı qoymuşlar, həmin torpaq sahəsində yarımçıq tikililəri vardır. Balakən rayon Qazbinə Bələdiyyəsi onlarla torpaq alqı-satqısı bağlayacağını bildirsə də, işi uzatmışdır. Bir müddət sonra həmin bələdiyyənin sədri vəfat etmiş, onu əvəz edən şəxs isə müqavilə bağlamaqdan imtina etmişdir. Daha sonra Balakən rayon Qazbinə Bələdiyyəsi ləğv edilərək Mahamalar Bələdiyyəsinə birləşdirilmişdir. Hazırda onlara satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısının rəsmləşdirilməsi ilə bağlı Cavabdehnə müraciət etsələr də, tərəflər arasında faktiki olaraq baş tutmuş alqı-satqının hüquqi nəticələri rəsmiləşdirilməmiş, Bələdiyyə onlara satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin alqı- satqısının rəsmiləşdirilməsindən imtina edir. Eyni zamanda qeyd edilməlidir ki, Balakən rayonu Qazbinə Bələdiyyəsi özünün mülkiyyətində olan həmin torpaq sahəsinin iddiaçılara satılması barədə qərar və daha sonra müvafiq sərəncam vermiş, bundan sonra iddiaçılar tərəfindən həmin ərazidə ev tikintisinin aparılmasına hər hansı bir müdaxilə edilməmiş, eyni zamanda qəbul edilmiş 08 noyabr 2006-cı il tarixli 03 nömrəli qərarın və Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən ev tikmək üçün hər birimizə 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin satılması haqqında sərəncamın ləğvi barəsində müvafiq akt qəbul etmədən, eləcə də Bələdiyyə ilə hazırki hüquq münasibətlərinə iddiaçılara yazılı və ya əsaslandırılmış hər hansı bir məlumat bildirmədən qanunla müəyyən edilmiş sonrakı hərəkətlərin edilməsindən qanunsuz olaraq imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biridir. Bu Məcəllənin 66-cı maddəsində izah olunur ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi Balakən rayonu Qazbinə (indiki Mahamalar) Bələdiyyəsinin 08 noyabr 2006-cı il tarixli 03 nömrəli qərarı və Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən ev tikmək üçün iddiaçılara 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin satılması haqqında sərəncamı artıq öz-özlüyündə iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsası kimi çıxış etsə də, tərəflər arasında faktiki olaraq həyata keçirilmiş, ancaq hüquqi nəticələrin rəsmiləşdirilməsi tələb olunan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən Bələdiyyə tərəfindən heç bir əsas göstərilmədən imtina edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən rayon Mahamalar Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazbinə Bələdiyyəsinin 08 noyabr 2006-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş sürətindən görünür ki, iclasda İddiaçı1 ərizəsinin nəzərə alınması, Qazbinə bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən 0,06 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazbinə Bələdiyyəsinin 08 noyabr 2006-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş sürətindən görünür ki, iclasda İddiaçı2 Qazbinə bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən 0,06 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qazbinə Bələdiyyəsinin sədrinin 08 noyabr 2006-ci il tarixli 03 nömrəli sərəncamının təsdiq olunmuş sürətindən görünür ki, Qullar kənd sakini İddiaçı1 alqı-satqı üçün torpaq tələbi barədə ərizəsini və "Torpaq islahatı haqqında" qanunun 19-cu maddəsini nəzərə alaraq ona Qazbinə ərazisində prespektiv sahədən 0,06 hektar həyətyanı üçün torpaq sahəsinin ayrılması, İddiaçı1 ayrılmış torpaq sahəsinin hər bir 0.01 hektarına 38 (otuz səkkiz) manat 11 (on bir) qəpiyin Qazbinə Bələdiyyəsinin hesabına ödənilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri S.Qardaşovdan torpaq sahəsinin yerində ölçülüb göstərilməsi və sxematik xəritələrin hazırlanmasına köməklik göstərməsinin xahiş edilməsi,Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən həyətyanıda tikiləcək evin və tikililərin lahiyə və smeta sənədlərinin hazırlanmasına köməklik göstərilməsinin xahiş edilməsi, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin hazırlanıb verilməsinin Dövlət Torpaq və Xəriçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qazbinə Bələdiyyəsinin sədrinin 08 noyabr 2006-ci il tarixli 03 nömrəli sərəncamının təsdiq olunmuş sürətindən görünür ki, Qullar kənd sakini İddiaçı2 Qazbinə bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən 0,06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması, torpaqların alqısatqısı haqqında Azərbaycan Respubikası Prezidentinin 10.01.1997-ci il Fərmanına, Azərbaycan Respubikası Prezidentinin 15.03.2002-ci il tarixli fərmanına, yəni bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna, «Bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq Balakən rayonu Mahamalar kənd sakini İddiaçı2 Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən 0,06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması, həmin torpağın alınması üçün hər 0,01 hektarına 38 (otuz səkkiz) manat 11 (on bir) qəpik olmaqla Qazbinə Bələdiyyəsinin büdcəsinə ödənilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən torpaq ayırma sənədlərinin hazırlanmasına və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinə köməklik göstərilməsinin xahiş edilməsi, Balakən rayon İcra hakimiyyıətiunin Memearlıq və Tikinti şöbəsindən tikiləcək obyektin layihə-smeta sənədlərinin və situasiya planının tərtib edilməsinə köməklik göstərilməsinin xahiş edilməsi, Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti İdarəsindən qeydiyyat sənədlərinin hazırlanmasına köməklik edilməsinin xahiş edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti bölməsinin 07 mart 2007-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv ərazidən Qullar kənd sakini İddiaçı2 həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan 0,06 ha sahə şimaldan kənd yolu ilə, cənubdan həyətyanı sahə ilə, şərqdən X.Saxalovanın həyətyanı torpaq sahəsi ilə, qərbdən isə İddiaçı1 həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti bölməsinin 07 mart 2007-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv ərazidən Qullar kənd sakini İddiaçı1 həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan 0,06 ha sahə şimaldan kənd yolu ilə, cənubdan həyətyanı sahə ilə, şərqdən İddiaçı2 həyətyanı torpaq sahəsi ilə, qərbdən Ə. Dilənçiyevin həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 029776 nömrəli, 06 aprel 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı2 0,06 ha torpaq sahəsinin alqısatqısı üçün Balakən rayonu Qazbinə Bələdiyyənin kassasına 229.20 manat pul köçürtmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 029777 nömrəli, 06 aprel 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı1 0,06 ha torpaq sahəsinin alqısatqısı üçün Balakən rayonu Qazbinə Bələdiyyənin kassasına 229.20 manat pul köçürtmüşdür. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Qazbinə Bələdiyyəsinin hüquqi varisi Cavabdehdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2006-cı ilin noyabr ayında ərizə ilə Balakən rayonu Qazbinə Bələdiyyəsinə (hazırda Cavabdeh) müraciət edərək, Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən hər birinə 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Onların ərizəsinə 08 noyabr 2006-cı il tarixdə Balakən rayon Qazbinə (indiki Mahamalar) Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayon Qazbinə (indiki Mahamalar) Bələdiyyəsinin 08 noyabr 2006-cı il tarixli,03 saylı iclas qərarları və həmin tarixli 3 nömrəli sərəncamları ilə Balakən rayonu Qazbinə Bələdiyyəsinin (indiki Mahamalar Bələdiyyəsinin) mülkiyyətində olan perspektiv sahədən ev tikmək üçün hər birinə 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin ayrılması və hər sotunun 38 manat 11 qəpiyə satılması qərara alınmışdır. 06 aprel 2007-ci ildə iddiaçıların hər biri torpaq sahəsinin haqqı olaraq bələdiyyənin kassasına 229.20 manat pul köçürmüşlər. Bundan sonra iddiaçılar həmin torpaq sahəsində ev tikdirmişlər. Lakin tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Balakən rayon Qazbinə Bələdiyyəsi (hazırda Cavabdeh) isə özünün mülkiyyətində olan həmin torpaq sahəsininin iddiaçılara satılması barədə qərar və daha sonra müvafiq sərəncam vermiş, bundan sonra iddiaçılar tərəfindən həmin ərazidə ev tikintisinin aparılmasına hər hansı bir müdaxilə etməmiş, eyni zamanda qəbul edilmiş 06 noyabr 2006-ci il tarixli 03 nömrəli iclas qərarları və Balakən rayon Qazbinə Bələdiyyəsinin (hazırda Cavabdeh) mülkiyyətində olan torpaq sahəsinin iddiaçılara satılması haqqında sərəncamların ləğvi barəsində müvafiq akt qəbul etmədən, eləcə də bələdiyyə ilə hazırki hüquq münasibətlərinə daxil olan iddiaçılara yazılı və ya əsaslandırılmış hər hansı bir məlumat bildirmədən qanunla müəyyən edilmiş sonrakı hərəkətlərin edilməsindən qanunsuz olaraq imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Sadalanan hüquq normalarının məzmununda da göründüyü kimi, Balakən rayonu Qazbinə Bələdiyyəsinin (hazırda Cavabdeh) torpaq sahələrinin iddiaçılara ayrılması və satılması barədə 08 noyabr 2006-cı il tarixli, 03 nömrəli qərarları və sərəncamları və həmin torpaq sahələrinin iddiaçıların titul sahibliyinə (faktiki sahibliyinə) verilməsi artıq özüözlüyündə iddiaçıların həmin torpaq sahələri üzərində hüquqlarının yaranması əsası kimi çıxış etsə də, tərəflər arasında faktiki olaraq həyata keçirilmiş, ancaq hüquqi nəticələrinin rəsmiləşdirilməsi tələb olunan alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən bələdiyyə tərəfindən heç bir əsas göstərilmədən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun həyata keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların rəsmiləşdirilməsi üçün iddiaçılar zəruri olan bütün hərəkətlərin edilməsini təmin etsələr də, cavabdeh- Balakən rayonu Qazbinə Bələdiyyəsinin hüquqi varisi olan Cavabdeh öz üzərinə düşən vəzifələri qismən icra edlib, sonrakı hərəkətlərin yerinə yetirilməsindən imtina etməklə vətəndaşların konstitusion hüquqlarını və qanuni mənafelərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz , hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Balakən rayonu Qazbinə (indiki Mahamalar) Bələdiyyəsi arasında faktiki olaraq baş tutmuş, Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olmuş perspektiv sahədən ev tikmək üçün iddiaçıların hər birinə satılmış 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin alqı-satqısının hüquqi nəticələri rəsmiləşdirilərək müvafiq dövlət qeydiyyatına alınmalı, Cavabdehndən 10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Balakən rayonu Qazbinə (indiki Mahamalar) Bələdiyyəsi arasında faktiki olaraq baş tutmuş, Balakən rayonu Qazbinə Bələdiyyəsinin mülkiyyətində olmuş perspektiv sahədən ev tikmək üçün iddiaçıların hər birinə satılmış 0.06 ha, cəmi 0.12 ha torpaq sahəsinin alqı-satqısının hüquqi nəticələri rəsmiləşdirilərək müvafiq dövlət qeydiyyatına alınsın; Cavabdehndən 10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-864/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-864/2021
18.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver